Aktrisa "Bolt"dan şikayətçidir - "Sürücünü də, sərnişini də aldadırsınız"
Aktrisa Mətanət Eres Bakıda fəaliyyət göstərən "Bolt" taksi şirkətindən şikayətçidir.
Axşam.az xəbər verir ki, bu barədə aktrisa sosial media hesabında paylaşım edib. O, gedişhaqqının 3 manat 37 qəpik göstərildiyi halda şirkət kart hesabından 5 manat 90 qəpik məbləğində vəsait çıxıldığını bildirib:
"Bolt"dan taksi sifariş vermişəm. Kartla ödəniş seçdim. Sürücü də təsdiqləyir ki, "Bolt" keçib fırıldağa. Ona görə də sifariş vuranda qiymətə baxın. Sizə az göstərib çox pul çıxırlar. 3 manat 37 qəpik hara, 5 manat 90 qəpik hara! Camaatı niyə bu qədər aldadırlar? Haram yeyərək hara qədər gedəcəklər?"
Aktrisa əlavə edib ki, o, şirkətin Azərbaycandakı nümayəndəliyinə gedəcək:
"Şəkillərini çəkib saxlamışam. Şirkətə gedəcəyəm, görüm nə deyəcəklər. "Bolt"un sahibinin kim olduğunu bilmirəm, amma bilirəm ki, yedikləri haram tikə bir gün burunlarından gələcək. Hərəmizdən 1,90 manat oğurlasalar hara gedib çıxır?.. Camaatı talamaqdan əl çəkin".
M.Eres mənzil başına çatdıqda sürücünün tətbiqində isə tamam fərqli qiymət yazıldığını vurğulayaraq şirkətin həm də onları aldatdığını deyib:
"Deməli, mənim hesabımda 3 manat 37 qəpik yazılır, sürücü də isə 3 manat 97 qəpik. Kartımdan isə başqa məbləğ çıxılır. "Bolt", haramın olsun, sürücüləri də, sərnişinləri də aldadırsınız. Bizi sürücü ilə üz-üzə qoyursunuz".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYayda dondurma yeyənlərə XƏBƏRDARLIQ
Yay mövsümünü dondurmasız təsəvvür etmək çətindir. Həm böyüklərin, həm də uşaqların sevimli sərinləşdirici qidalarından biri olan dondurma isti havalarda ən çox istehlak edilən məhsullardandır. Lakin vitrindəki hər dondurma eyni keyfiyyət və təhlükəsizlik göstəricilərinə malik olmaya bilər. Məhsulu
16.08.2026 267 Alsunun makiyajsız halı
Türkiyənin Belek şəhərində istirahət edən rus müğənni Alsu yeni fotosunu paylaşıb. OLAY yazır ki, kadrda 43 yaşlı ulduz çiçəkləyən kolun qarşısında qara bikinidə poza verib. Saçlarını səliqəli topuz şəklində yığan Alsu makiyajdan da istifadə etməyib. "Qadın çiçək kimidir. Onun özü üçün həm günəş
20.08.2026 534 Kamil Zeynallı: "Elədiyim hərəkəti də bilməmişdim, çox peşman oluram..."
Tanınmış fitnes məşqçisi Kamil Zeynallı keçmişi ilə bağlı etirafı ilə diqqət çəkib. İdmançı vaxtilə törətdiyi əməldən peşman olduğunu və həbsdə olduğu dövrün həyatında dönüş nöqtəsinə çevrildiyini bildirib. Kamil Zeynallı bıçaqlanma hadisəsi ilə bağlı həbs olunduğunu xatırladıb:. "Başıma çox işlə
22.08.2026 541 "Yalı çapkını"nın ulduzlarının övladı olacaq
Türkiyəli aktrisa Beril Pozamla aktyor həyat yoldaşı Ersin Arıcının övladı olacaq. Axşam.az xəbər verir ki, bu barədə aktrisa özü açıqlama yayıb. Qeyd edək ki, cütlük "Yalı çapkını" serialında tanış olub. Beril və Ersin iki ildir evlidir
19.08.2026 642 Qızı İbrahim Borçalı ilə fotolarını paylaşdı
Müğənni İbrahim Borçalı qızı Aysu atası ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, övladı ifaçı ilə çəkdirdiyi şəkilləri sosial media hesabında paylaşıb. Qeyd edək ki, İ.Borçalı bir neçə il əvvəl oğlunu itirib. Rəhim Gürcüstanda avtomobil qəzasında dünyasını dəyişib. İfaçının iki övladı var id
21.08.2026 443 Tarkanı dinləmək üçün 18 min manat ödəyəcəklər
Məşhur türkiyəli müğənni Tarkan 29 avqustda Marmarisdə yerləşən lüks hoteldə yalnız 400 nəfərin iştirak edəcəyi özəl konsert proqramı ilə çıxış edəcək. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, "meqastar"ı canlı dinləmək istəyənləri yüksək qiymətli paket gözləyir. Belə ki, "Gel Konuşalım"
22.08.2026 279 Merti daha bir serialda görəcəyik
Türkiyəli aktyor Mert Ramazan Demir daha bir serialda rol alacaq. Axşam.az xəbər verir ki, aktyor "Susuz yaz" adlı serialda çəkiləcək. O, "Hasan" obrazı ilə izləyicilərin qarşısına çıxacaq. Qeyd edək ki, aktyor hazırda "Delikanlı" serialında da çəkilir
15.08.2026 274 8 il sonra eyni serialda çəkiləcəklər
"TRT1" kanalında yayımlanan "Teşkilat" serialına yeni aktyor daxil olacaq. Axşam.az xəbər verir ki, ekran işində Serhat Kılıç rol alacaq. O, layihədə "Yadigar"ı canlandıracaq. Qeyd edək ki, serialın baş rolunu Tolqa Sarıtaş ifa edir. Tolqa və Serhat 8 il əvvəl "Söz"
23.08.2026 244 Almaxanım HƏYAT YOLDAŞI İLƏ - YENİ GÖRÜNTÜLƏRİ
Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədlidən xəbər var. xəbər verir ki, Almaxanım sosial mediada həyat yoldaşı ilə olan görüntüsünü paylaşıb
16.08.2026 294