"Qarabağ" Bakıda "Olimpiakos"la heç-heçə edib - YENİLƏNİB

"Qarabağ" Bakıda "Olimpiakos"la heç-heçə edib - YENİLƏNİB"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Oxu.Az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupunun IV turunda Bakıda Yunanıstan "Olimpiakos"unu qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın ilk 10 dəqiqəsi kəşfiyyat xarakteri daşıyıb. Daha sonra "köhlən atlar" təşəbbüsü ələ alıb. 13-cü dəqiqədə Kadi Borgesin zərbəsindən sonra top qapının yanından keçib. Ardınca Marko Veşoviç və Qara Qarayevin zərbələrində dəqiqlik çatmayıb.

23-cü dəqiqədə Pirey təmsilçisinin heyətində Andreas-Rixardos Ntoi fərqlənməyə yaxın olsa da, çərçivəyə düşə bilməyib. 38-ci dəqiqədə qonaqların hücumçusu Abubakar Kamaranın qapı önünə asmasından sonra top dirəyə dəyib. 44-cü dəqiqədə Pyer Kundenin fərqlənməsinə qapıçı Şahruddin Məhəmmədəliyev imkan verməyib. İlk hissə qolsuz heç-heçə ilə başa çatıb.

"Qarabağ" ikinci yarıya da daha fəal başlayıb və topa nəzarət edən tərəf olub. "Olimpiakos" ara-sıra hücumlar yaratsa da, istəyinə çata bilməyib. İlk hissənin əvvəlində ayağından zədə alan Kadi Borges 62-ci dəqiqədə Filip Ozobiçlə əvəzlənib. 5 dəqiqə sonra Qara Qarayevin uzaq məsafədən zərbəsi dəqiq alınmayıb. Ozobiç 71-ci dəqiqədə fərqlənməyə yaxın olsa da, şansı boşa verib. "Köhlən atlar" oyunun sonlarına yaxın hücumlarının kəsərini artırsa da, rəqib qapısına yol tapa bilməyib.

Beləliklə, rəqibi ilə qolsuz bərabərə qalan "Qarabağ" xallarının sayını 7-yə çatdıraraq UEFA Konfrans Liqasının pley-offunda iştirakı təmin edib.

"Qarabağ" (Azərbaycan) - "Olimpiakos" (Yunanıstan) - 0:0

Qrupun digər görüşündə Almaniya "Frayburq"u Fransada "Nant"a qalib gəlib - 4:0. 12 xala malik Bundesliqa təmsilçisi ən azı ikinci pillənin sahibi kimi növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib. "Qarabağ" 7 xalla ikinci, "Nant" 3 xalla üçüncü, "Olimpiakos" 1 xalla sonuncu pillədədir.

22:30

Bakıda "Qarabağ" və Yunanıstan "Olimpiakos"u arasında UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda ikinci hissə başlayıb.

Oxu.Az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmada hesab açılmayıb.

21:37

Bakıda "Qarabağ" və Yunanıstan "Olimpiakos"u arasında UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda ilk hissə başa çatıb.

Oxu.Az-ın məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

20:47

Bakıda "Qarabağ" və Yunanıstanın "Olimpiakos" komandası arasında UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu başlayıb.

Oxu.Az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:45-də start götürüb.

Görüşü Kreyq Pausonun başçılıq etdiyi ingiltərəli hakimlər briqadası idarə edir.

Qrupun digər matçında Almaniya "Frayburq"u Fransada "Nant"la üz-üzə gəlir.

Qeyd edək ki, G qrupuna 9 xalla "Frayburq" başçılıq edir. "Qarabağ" 6 xalla ikinci, "Nant" 3 xalla üçüncü sıradadır. Hər üç oyunda məğlub olan "Olimpiakos" sıfır xalla sonuncu pillədədir.

19:26

Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda üz-üzə gələcək "Qarabağ" və Yunanıstan "Olimpiakos"unun start heyətləri açıqlanıb.

Oxu.Az xəbər verir ki, qitə futbol qurumundan məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k) 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 20. Kadi Borges. 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev

Baş məşqçi: Qurban Qurbanov

"Olimpiakos": 91. Aleksandros Pasxalakis, 2. Şime Vrsalko, 5. Andreas Buxalakis, 8. Pyer Kunde, 15. Sokratis Papastatopulos, 17. Marius Vrusai, 18. Hvan İy Co, 21. Pep Biel, 45. Oleq Ryabçuk, 47. Abubakar Kamara, 74. Andreas-Rixardos Ntoi,

Baş məşqçi: Miçel Qonsales

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.

08:18

"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupunun IV turunda Bakıda Yunanıstan "Olimpiakos"unu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionundakı görüş saat 20:45-də başlayacaq. Qarşılaşmanı Kreyq Pausonun başçılıq etdiyi ingiltərəli hakimlər briqadası idarə edəcək.

"Qarabağ" G qrupunda 6 xalla ikinci, hər üç oyunda məğlub olan Pirey təmsilçisi sıfır xalla sonuncu pillədədir. "Köhlən atlar" ən azı heç-heçə sayəsində qrup üçüncülüyünü və UEFA Konfrans Liqası üçün pley-offa vəsiqəni təmin edəcək.

Qrupun digər görüşündə 9 xala malik Almaniya "Frayburq"u Fransada "Nant"la üz-üzə gələcək.

İlk iki pilləni rəsmiləşdirmək üçün qonaqlara bərabərlik də kifayət edəcək.

UEFA Avropa Liqası

Qrup mərhələsi, IV tur

20:45. "Qarabağ" (Azərbaycan) - "Olimpiakos" (Yunanıstan)

Baş hakim: Kreyq Pauson (İngiltərə)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Xal durumu: "Frayburq" - 9, "Qarabağ" - 6, "Nant" - 3, "Olimpiakos" - 0


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 1490   Tarix: 13 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Canni İnfantino: "Bakıdakı U-15 dünya çempionatı və festivalı FIFA-nın ən uğurlu layihəsidir"

Bakıda keçirilən U-15 dünya çempionatı və festivalı son 120 ildə həyata keçirilən ən uğurlu layihədir. "Report" xəbər verir ki, bunu Canni İnfantino prezidenti olduğu FIFA-nın mətbuat xidmətinə açıqlamasında deyib. O, 189 ölkənin qatıldığı turnirin unudulmaz təcrübə olduğunu bildirib:. "Bütü

31.10.2026 418
.

"Liverpul" David Otorbini 30 milyon avro qarşılığında heyətinə qatmaq istəyir

İngiltərənin "Liverpul" klubu İspaniya təmsilçisi "Valensiya"da çıxış edən futbolçu David Otorbini heyətinə qatmaq istəyir. "Report" "Tribuna Deportiva" nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 19 yaşlı hücumçuya görə 30 milyon avro ödəmək niyyətindədir

24.10.2026 651
.

UEFA Çempionlar Liqası: "Sabah" Norveçdə "Vikinq"lə üz-üzə gəlir

"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxacaq. BİG.AZ report-a istinadən xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv bu gün Norveçdə "Vikinq"in qonağı olacaq. Qarşılaşma Stavanger şəhərində, Bakı vaxtı ilə saat 00:00-d

04.11.2026 338
.

Azərbaycanın daha iki güləşçisi dünya çempionatında medal qazandı

Azərbaycanın daha iki təmsilçisi ABŞ-nin Las-Veqas şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında medal qazanıb. xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, sərbəst güləşçilərdən Anar Cəfərli (92 kq) və Xetaq Karsanov (125 kq) bürünc mükafata sahib çıxıblar

18.10.2026 774
.

Zlatan İbrahimoviç 7 milyonluq avtomobil aldı - Fotolar

Ulduz futbolçu Zlatan İbrahimoviç 4 milyon dollarlıq (6 milyon 800 min manat)"Ferrari F80" alıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə İsveç mətbuatı məlumat yayıb. "Milan"da yüksək səviyyəli məsləhətçi vəzifəsində çalışan 45 yaşlı isveçli futbol əfsanəsi yeni avtomobilini

05.10.2026 931
.

Kriştianu Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu

Beşqat "Qızıl top" sahibi və futbol tarixinin ən məhsuldar qolçularından olan portuqaliyalı hücumçu Kriştianu Ronaldu ümumi qazancı 2 milyard dollara çatan ilk aktiv idmançı olub. xəbər verir ki, bu barədə "Forbes" nəşri məlumat yayıb. Nəşrin qiymətləndirməsinə görə, futbolçu 2026/2027-c

25.10.2026 656
.

Eldəniz Əzizli beşinci dəfə dünya çempionu oldu

Azərbaycan güləşçisi Eldəniz Əzizli Astanada keçirilən dünya çempionatında qızıl medal qazanıb. xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda iranlı Payam Əhmədiyə 3:1 hesabı ilə qalib gələrək beşqa

25.10.2026 732
.

Çempionlar Liqası: "Sabah" Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək

"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. Qaynarinfo-nun məlumatına görə, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv turnirin II turunda Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionunda

20.10.2026 775
.

İspaniyada futbolçunun vəfatı ilə əlaqədar oyunlar təxirə salındı

İspaniya Kral Futbol Federasiyası (RFEF) "Tenerife"nin futbolçusu Xesus de Migelin vəfatından sonra ölkə kubokunun bu gün keçirilməli olan oyunlarını təxirə salıb. xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Federasiyanın açıqlamasında qərarın futbolçunun ölümündən sonra ehtira

03.11.2026 560
.