Şou-biznesin acı reallığı - Boşananlar mövsümü... - FOTOLAR

Şou-biznesin acı reallığı - Boşananlar mövsümü... - FOTOLARYayı yola salıb, payızı qarşıladığımız zamandan bəri ayrılıq xəbərlərinin ard-arası kəsilmir. Şou-biznesin tanınmış simaları yarpaq tökümü kimi bir-bir ayrıldığını açıqlayır. Kimisi isə səssiz qalaraq acı reallıqdan qaçmağa çalışır.

OLAY sərin payız günlərində gündəmi "alovlandıran" ayrılıqlardan yazır...

Şou-biznesin acı reallığı - Boşananlar mövsümü... - FOTOLARSentyabrın əvvəllərində bir-birinə ən çox yaraşdırılan məşhurlar – Oksana Rəsulova və Şəhriyar Əbilov yollarını ayırdıqlarını açıqladılar. Gecə saatlarında status paylaşan Oksana bildirdi ki, münasibətlərini dost kimi davam etdirməyə qərar veriblər. Hələ evli olduqlarını açıqladıqlarından 1 il keçməmiş, boşandıqlarını söylədilər. Bu xəbər şou-biznes gündəminə bomba kimi düşdü. Söz-söhbətlər yayılsa da, tərəflər oğulları Osman üçün dost olduqlarını dedilər. Buna baxmayaraq, instaqramda bir-birilərini izləmədən də çıxardılar. Şəhriyar OLAY-a açıqlamasında dedi ki, sosial şəbəkələr əsas göstərici deyil, həyatda dostdular, salam-sağolları var. Təki, elə olsun. Amma atmacalı statuslar, paylaşımlar, məhz bu izləmədən çıxarmaları göstərir ki, çox ayrılıq kimi, onlarınkı da səssiz-səmirsiz olmayıb...

Şou-biznesin acı reallığı - Boşananlar mövsümü... - FOTOLARSezonun ikinci ayrılıq xəbəri isə müğənni Aysun İsmayılovadan gəldi. O, bu ilin iyununda ailə qurduğu Eşqin Cəlilovun soyadını və birgə fotolarını instaqramdan silib, onu "follow"dan çıxardı. Sonradan ayrılıq paylaşımları və məclislərdə Eşqinlə birgə görüntülənməməsi bu iddiaları daha da gücləndirdi. Heç Aysun özü də açıqlama yayaraq ayrılıq xəbərlərini yalanlamadı.

Şou-biznesin acı reallığı - Boşananlar mövsümü... - FOTOLAROnun susqunluğu isə təsdiq kimi başa düşüldü. Elə şayiə yayılandan sonra hər gün TikTok-da, instaqramda birgə paylaşım etdiyi həyat yoldaşı ilə bir video, foto belə yerləşdirmədi. Aysun, Atilla İlhan demiş, ayrılıq da sevdaya daxildir. Yəni açıqlamaqdan çəkinmə, danış ki, sonra bəzi həmkarların kimi yalançı çıxmayasan...

Şou-biznesin acı reallığı - Boşananlar mövsümü... - FOTOLARKeçək, üçüncü xəbərə... Biz bu ayrılığın sorağını aylar əvvəldən eşitmişdik. O, da həyat yoldaşının soyadını instaqramdan silmiş, tez-tez atmacalı statuslar paylaşmışdı. Dəfələrlə özü ilə əlaqə saxlayıb, ayrılıb-ayrılmadığını soruşmuşduq. Amma kəskin şəkildə yalanlamış, belə bir vəziyyətin olmadığını bildirmişdi. Nə sözü uzadım...

Şou-biznesin acı reallığı - Boşananlar mövsümü... - FOTOLARSöhbət XTQ giziri Xəyyam Qaragözovla ailə quran Əməkdar artist Nigar Şabanovadan gedir. Hər nə qədər açıqlamaq istəməsə də, "Səhər mərkəzi" verilişində aparıcı Afaq Gəncəli ağzından sözü "kəlpətin"lə aldı. Nigar hərbçi həyat yoldaşından boşandığını açıqladı. Demə, cütlük hələ 6 ay əvvəldən, yəni bizim şübhələndiyimiz vaxtlardan yollarını ayırıb. Hətta Şabanova status paylaşaraq keçmiş həyat yoldaşını təhqir edib, haqqında bir sıra iddialar səsləndirib, lakin peşəsinə hörmət kimi çox danışmaq istəmədiyini dedi. Qarşı tərəf isə sükuta qərq olub, eks-xanımının ittihamlarını cavabsız qoydu. Nə vaxt danışar bilmək olmaz, amma tək gerçək var ki, bu evliliyin də ömrü heç 1 il çəkmədi... Şabanovanın özü demiş, hər ikisi də xoşbəxt olsun.

Şou-biznesin acı reallığı - Boşananlar mövsümü... - FOTOLARGündəmin sonuncu ayrılıq xəbəri! Hələ evliliyi ilə bağlı yeni-yeni paylaşımlar edən, ailə qurduqdan sonra dərin dənizlərə qərq olan müğənni Mina Hüseynin iş adamı həyat yoldaşı Sərxan Həsənov OLAY-a ayrıldıqlarını açıqladı. O, dedi ki, Mina köhnə şəkillər paylaşaraq adından PR kimi istifadə edir. Bundan əlavə, S. Həsənov bildirdi ki, bu vəziyyət belə davam etsə, işi hüquq çərçivəsində həll edəcək. Həmçinin o, boşanmaq üçün məhkəməyə müraciət etdiyini də xüsusi vurğuladı. Lakin M. Hüseyn nə instaqramdakı "married" yazısını, nə də həyat yoldaşı ilə birgə şəkillərini sildi.

Şou-biznesin acı reallığı - Boşananlar mövsümü... - FOTOLARAçıqlama üçün zəng etsək də, danışmaq istəmədiyini söylədi. Hələ Mina bir neçə gün əvvəl qonaq olduğu "Səhər mərkəzi" verilişində ailəsində problem yoxmuş, sanki evliliyi davam edirmiş kimi açıqlama vermişdi... Lakin dünən o, "MTV Magazin"ə sükutu pozdu. Dedi ki, həyat yoldaşı ona yalanlar danışıb, aldadıb, hətta ayrılıq qərarını da özü verib. Bundan da əlavə Mina hekayə bölməsində ərinin üzü düşən fotoları paylaşıb, səhifədə post kimi atdıqlarını sildi. Həmin "married" yazısı da yoxa çıxdı. O, da ayrıldığını, bu gerçəyi qəbullandı. Düzdür, bəzən reallıq ağrılı olur, qəbul etmək istəmirsən. Amma efirə çıxıb insanları aldatmaq da bir iş deyil...

Şou-biznesin acı reallığı - Boşananlar mövsümü... - FOTOLARHər birinizi ayrı-ayrılıqda başa düşmək olar. Axı bizim cəmiyyətdə boşanmaq böyük qəbahət kimi qələmə verilir. Ona görə sizin də açıqlamaq istəməməyiniz normaldır. Unutmayın ki, evlilik qədər boşanmaq da anormal hadisə deyil. Problem varsa, mədəni şəkildə yollarınızı ayıra bilərsiniz. Gizlədib, tozu xalça altına süpürməyin. Sonra Bakının güclü küləyi əsər, o xalçanı da , altındakı tozu da gün üzünə çıxarar. Sizə xoşbəxtliklər...


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 3664   Tarix: 15 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Tacir Şahmalıoğlu Fədayə Laçının yolunu gözləyib: "Gəlmədisə, sağ olsun"

Müğənni Fədayə Laçın duet ortağı Tacir Şahmalıoğlunun səhhəti ilə maraqlanmayıb. Qaynarinfo xəbər verir ki, Tacir Şahmalıoğlu müsahibələrinin birində bu barədə danışıb. Müğənni Fədayə Laçının onu ziyarət edəcəyini gözlədiyini də gizlətməyib:. "Fədayə Laçın gəlmədi, amma ondan umdum. İstədim ki

27.10.2026 895
.

"Dərddən şəkərim qalxdı"

Müğənni İbrahim Borçalı səhhəti ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Bəh-bəh" verilişində danışıb. O, şirniyyatı çox sevdiyini, lakin şəkər xəstəliyinə görə ondan uzaq durmağa çalışdığını bildirib:. "Şirniyyatı xoşlayıram. Amma dərddən şəkərim qalxdı deyə

31.10.2026 490
.

Mənzurə Musayevanı 500 manata toya çağırmaq istədilər

Müğənni Mənzurə Musayeva yarım saatlıq toy çıxışının qiyməti ilə bağlı müzakirələrə səbəb olub. Qaynarinfo xəbər verir ki, müğənni bu günlərdə qatıldığı televiziya proqramlarından birində müzakirə mövzusuna çevrilib. Veriliş zamanı orta məktəbdə müəllim işləyən tamaşaçı canlı yayıma qoşularaq övladlarını

29.10.2026 750
.

Almaxanım yeni GÖRÜNÜŞÜ İLƏ DİQQƏT ÇƏKDİ - FOTOLAR

Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədlidən xəbər var. xəbər verir ki, Almaxanım instaqramda yeni görüntülərini paylaşıb. Onun xeyli çək

01.11.2026 619
.

Miss Mister Of Azerbaijan 2026 - Final Gecəsi

Ollin Professional`ın baş sponsorluğu ilə keçirilən Miss Mister Of Azerbaijan 2026 Milli Gözəllik Müsabiqəsinin final gecəsi 28 oktyabr Elektra Events Hall`da baş tutdu. Müsabiqədə münsiflər heyəti, zalda əyləşən tamaşaçılar və idarə heyətinin verdiyi səslərlə qaliblər müəyyən olundur. Layihənin Münsi

03.11.2026 612
.

Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO

Xalq artisti Röya Ayxanın evindən yayılan görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb. xəbər verir ki, pop ulduzun dəbdəbəli villasından paylaşdığı kadrlarda makiyaj üçün xüsusi olaraq ayrılmış otaq izləyicilərin diqqətini çəkib. Müğənninin şəxsi istifadəsi üçün nəzərdə tutulan bu məkanın görünüş

10:45 165
.

Dekabrda evlənəcəklər

Şəxsi həyatı və səmimi açıqlamaları ilə hər zaman gündəmdə olan məşhur türkiyəli müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə toy planları haqqında yeni təfərrüatı bölüşüb. "Qafqazinfo" xəbər verir ki, daha əvvəl evliliklə bağlı zarafatcıl tələbləri ilə diqqət çəkən sənətçi nikah tarix

05.11.2026 419
.

Firəngiz Mütəllimova bu səbəbdən AİLƏ QURA BİLMƏYİB

Xalq artisti Firəngiz Mütəllimova "Görüş yeri" verilişində şəxsi həyatı ilə bağlı açıqlama verib. BİG.AZ Axşam.az-a istinadla xəbər verir ki, sənətçi ailə həyatı qura bilməməsinin səbəbindən danışıb:. "Mən gənc qız idim. Ailə həyatı qura bilmədim. Niyə? Çünki elə düşünürdüm ki, hamı "Sən

31.10.2026 763
.

Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto

Türkiyəli müğənni Rafet El Romanın evlənməyə hazırlaşdığı azərbaycanlı xanımın kimliyi bəlli olub. Axşam.az türk mediasına istinadən xəbər verir ki, ifaçı Rəhimə Hacıyeva adlı xanımla nişanlıdır. Sosial şəbəkələrdə cütlüyün birgə çəkilmiş fotosu da yayılıb. Məlumata görə, Rəhimənin 32 yaşı var və o

25.10.2026 1039
.