Di Kaprio milyardlarla dollarlıq dələduzluq işi üzrə ifadə verəcək

Di Kaprio milyardlarla dollarlıq dələduzluq işi üzrə ifadə verəcəkTanınmış aktyor Leonardo Di Kaprio dələduzluq işi ilə bağlı məhkəmədə ifadə verəcək.

İş "The Fugees" qrupunun keçmiş üzvü, reper Prakazrel Mişel və malayziyalı iş adamı Lou Thek Coya qarşı qaldırılıb. Onlar 2019-cu ildə 21 milyon dollardan çox pulun yuyulmasında ittiham olunublar.

Müstəntiqlərin fikrincə, müttəhimlər qeyri-qanuni yolla əldə etdikləri pulları 2012-ci ildə ABŞ-ın keçmiş prezidenti Barak Obamanın seçki kampaniyasına yönəltməyə cəhd ediblər. Hər iki şəxs günahlarını inkar edib.

Məlumata görə, oğurlanmış vəsaitlər həmçinin bir sıra filmlərin, o cümlədən "Uoll-strit canavarı"nın maliyyələşdirilməsi üçün istifadə edilib. Di Kaprionun baş rolda çəkildiyi filmin prodüseri Malayziyanın keçmiş baş nazirinin ögey oğlunun həmtəsisçisi olduğu "Red Granite Pictures" şirkəti olub.

Bundan əlavə, 2017-ci ildə Di Kapriodan Pablo Pikassonun bir tablosu müsadirə edilib. Əsər 3,2 milyon dollar dəyərində qiymətləndirilib. Aktyorun onu Loudan aldığı vurğulanıb.

Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi bu yaxınlarda Lou və Mişel işi üzrə şahidlərin siyahısını açıqlayıb. Onlardan biri də Di Kapriodur. Ondan başqa siyahıda ən azı 24 nəfər də var. Əvvəllər aktyor gizli ifadə verib.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 650   Tarix: 15 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gülay Zeynallı paylaşımı ilə DİQQƏT ÇƏKDİ - FOTO

Müğənni Gülay Zeynallı sosial mediada paylaşım edib. xəbər verir ki, müğənni sosial mediada yeni fotolarını paylaşıb. Görüntülərdə Gülay zərif, fit görünüşü və gözəlliyi ilə maraq doğurub. Fotolara çoxsaylı bəyəni gəlib. Həmin fotoları təqdim edirik:

15.08.2026 497
.

Bu da aparıcı Ülviranın modelə bənzəyən GÖZƏL QIZI - YENİ FOTO

Tanınmış aparıcı Ülvira Qarayevanın qızı Zeynəb sosial mediada paylaşım edib. xəbər verir ki, o "instagram" hesabında yenin fotosunu yayımlayıb. Onun paylaşımına çoxsaylı bəyəni gəlib. Qeyd edək ki, Ülviranın qızı tibb təhsilini Türkiyədə alıb, orada da çalışır. Həmin fotonu təqdim edirik:

22.08.2026 535
.

Merti daha bir serialda görəcəyik

Türkiyəli aktyor Mert Ramazan Demir daha bir serialda rol alacaq. Axşam.az xəbər verir ki, aktyor "Susuz yaz" adlı serialda çəkiləcək. O, "Hasan" obrazı ilə izləyicilərin qarşısına çıxacaq. Qeyd edək ki, aktyor hazırda "Delikanlı" serialında da çəkilir

15.08.2026 273
.

"Ajda Pekkanın stilisti saçlarımı məhv etdi"

Aparıcı Xoşqədəm Hidayətqızı Türkiyədə qarşılaşdığı hadisə ilə bağlı sosial mediada şərh bildirib. Axşam.az-ın məlumatına görə, aparıcı türkiyəli müğənni Ajda Pekkanın stilistinin saçlarını yandırdığını açıqlayıb:. "Oxşar hissi keçən il yaşadım və davam edir. Üç il qulluq etdim, proqram zamanı dah

18.08.2026 492
.

Almaxanım HƏYAT YOLDAŞI İLƏ - YENİ GÖRÜNTÜLƏRİ

Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədlidən xəbər var. xəbər verir ki, Almaxanım sosial mediada həyat yoldaşı ilə olan görüntüsünü paylaşıb

16.08.2026 292
.

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

Tanınmış repçi Elşad Xose sosial şəbəkədəki addımı ilə diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, o, "Instagram" hesabındakı bütün paylaşımlarını silərək, yalnız 2021-ci ildə paylaşdığı "Bir azdan sükut pozulacaq" şərhli fotosunu saxlayıb. Qeyd edək ki, bir müddət əvvə

25.08.2026 168
.

55 yaşlı Aygün Kazımova GÖRÜNÜŞÜ İLƏ GÖZ OXŞADI - VİDEO

Xalq artisti, pop diva Aygün Kazımova konsert proqramı ilə pərəstişkarlarına yaddaqalan anlar yaşadıb. xəbər verir ki, sənətçinin illərdir sevilən "Yalana bax" mahnısını səsləndirməsi tamaşaçılarda nostalji hisslər yaradıb. İfa zamanı mahnını Aygün Kazımova ilə birlikdə oxuyan pərəstişkarlar

15.08.2026 455
.

Nadir Qafarzadədən nəvəsi ilə bağlı paylaşım - Foto

Müğənni Nadir Qafarzadə öz adını daşıyan nəvəsi ilə paylaşım edib. Axşam.az xəbər verir ki, ifaçı nəvəsi ilə çəkdirdiyi fotoları sosial media hesabında izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, N.Qafarzadənin iki oğlu və iki nəvəsi var

16.08.2026 654
.

8 il sonra eyni serialda çəkiləcəklər

"TRT1" kanalında yayımlanan "Teşkilat" serialına yeni aktyor daxil olacaq. Axşam.az xəbər verir ki, ekran işində Serhat Kılıç rol alacaq. O, layihədə "Yadigar"ı canlandıracaq. Qeyd edək ki, serialın baş rolunu Tolqa Sarıtaş ifa edir. Tolqa və Serhat 8 il əvvəl "Söz"

23.08.2026 241
.