Nəsrinin 16 yaşlı pişiyi öldü
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin pişiyi ölüb.
OLAY yazır ki, sənətçi 16 illik ev yoldaşı barədə İnstaqramda paylaşım edib:
"Çikom, ən pis düşdüyün fotonu ən birinci paylaşmağım yəqin ki, səni əsəbiləşdirərdi. Amma məni bağışla! Bu foto 16 illik mübarizəmiz və mücadiləmizin bir xülasəsidir. Ötən həftə çəkmişdim. Bilmirəm neçənci dəfə o biri dünyaya addım atmağa qərar verdiyin, nəfəssiz qaldığın bir anının ortasında evdən ümidsizliklə getmişdim. Bilərək saatlarla çöldə vaxt keçirib, dönüşümdə cansız bədənini görəcəyəmi gözləmişdim. Sən isə bilmirəm neçənci dəfə qapıda məni bu gözlərlə qarşılamış və yenə qorxaqlığıma meydan oxumuşdun. Sən kartlarını həmişə həyatda qalmaq üçün istifadə etdin. Doğuşdan daşıdığın su içində qəlbin, böyrək çatışmazlığın və son 4 ildə məni hər 12 saatda bir insulin dozası professoru etdiyin diabetinlə tibblə, elmlə, yazılmamış həyat qanunları ilə bağlı bildiyimiz hər şeyə "kəllə atdın". Sən kitablarda yazılan hər şeyin tam tərsi idin. "Əsla yaşaya bilməz", "İlk dəfədir belə bir şey görürük, evə aparın..." - Bu cümlələri neçə ünvandan neçə dəfə eşitdik. Neçə kərə yanlış diaqnozlara, müalicələrə məruz qaldıq. Amma ölmədik, 16 il yaşadıq. Həm də elə-belə yox, bənzəri olmayan bir mübarizə örnəyi kimi, inadla yaşadıq.
Məni belə bir həyat yaşayaraq çarəsizliyin, qorxaqlığın, ümidsizliyin, pessimistliyin, inancsızlığın qaranlıq dəhlizlərində gəzdirdiyin üçün sənə çox təşəkkür edirəm. Buralardan güclənərək çıxdım. Hələ də qorxağam, amma əvvəlki kimi deyil, hələ də pessimistəm, ancaq öncəki kimi deyil, hələ də çarəsizəm, lakin əvvəlki kimi yox... Zaman keçdikcə, evdəki boşluğun daha da böyüyür, Çikom!
Sən mənə möcüzələrə inanmağı öyrətdin. Möcüzəvi bir şəkildə yaşadığın üçün ölümün də bir ölümdən çox möcüzəyə bənzədi. Ağ, şişman bir bulud olacağına və mənə hər gün görünəcəyinə əminəm. Bizi bu manyakca həyat mücadiləmizdə və bu inadımızda yalnız tək buraxmayan anama, köməkçimə təşəkkür edirəm.
Birisi bir möcüzəyə inananda onu gerçəyə dönüşdürmək üçün yoldaşlar lazımdır. Bütün yol yoldaşlarımıza təşəkkür edirəm!".

BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Bir səhər əllərini sonuncu dəfə tutdum"
Aparıcı Jalə Həsənli dünyasını dəyişən anası ilə bağlı duyğusal paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkədə anası ilə çəkdirdiyi son fotolardan birini yayımlayaraq onun yoxluğundan yazıb:. "Və bir səhər, 6 il bundan öncə əllərini sonuncu dəfə tutdum, saçlarının qoxusunu sonunc
01.11.2026 524 Anasının evində əşyalara əl vurulmasını qoymur
Aparıcı Kamilə Babayeva bir müddət əvvəl vəfat edən anasının evindən görüntülər paylaşıb. Axşam.az xəbər verir ki, aparıcı anasının yoxluğundan sonra evdəki əşyaların yerini dəyişmədiyini bildirib. O, anasının sağlığında hər şeyi necə qoyubsa, elə də saxladığını qeyd edib. K.Babayeva anasının eyvanda
07.11.2026 349 Gülay Zeynallı paylaşımı ilə HAMINI MAT QOYDU - FOTOLAR
Müğənni Gülay Zeynallı sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, müğənni instaqram hesabında yeni görüntülərini izləyiciləri ilə bölüşüb. Gülay görünüşü və yeni tərzi ilə diqqət çəkib. Fotolarda onun anası və qızı da yer alıb. Paylaşıma xoş sözlər yazıblar. Həmin fotoları təqdim edirik
01.11.2026 834 Miss Mister Of Azerbaijan 2026 - Final Gecəsi
Ollin Professional`ın baş sponsorluğu ilə keçirilən Miss Mister Of Azerbaijan 2026 Milli Gözəllik Müsabiqəsinin final gecəsi 28 oktyabr Elektra Events Hall`da baş tutdu. Müsabiqədə münsiflər heyəti, zalda əyləşən tamaşaçılar və idarə heyətinin verdiyi səslərlə qaliblər müəyyən olundur. Layihənin Münsi
03.11.2026 612 Murad Adıgözəlzadə və Ayselin qızı - VİDEO
"Avroviziya" təmsilçilərimizdən olan Aysel Teymurzadə qızı Leyla ilə bağlı paylaşım edib. Bizim.Media xəbər verir ki, müğənni övladının rəqs festivalındakı çıxışını sosial şəbəkə hesabında yayımlayıb. İfaçı qızının görüntüsünə "Mənim sevgim, Leyla" şərhini yazıb. Qeyd edək ki, Ayse
07.11.2026 459 "Mən əməliyyatda olanda bacımın ürəyi gedib"
"Oğlum da, qızım da, bacım da etiraz etdi. Hara gedirdimsə, deyirdilər ki, əməliyyat etdirmə. Amma mən qərar vermişdim, özümü buna hazırlamışdım". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli TMB-də qonaq olarkən deyib. Abdominoplastika əməliyyatı keçirən müğənni həmi
31.10.2026 515 Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Türkiyəli müğənni Rafet El Romanın evlənməyə hazırlaşdığı azərbaycanlı xanımın kimliyi bəlli olub. Axşam.az türk mediasına istinadən xəbər verir ki, ifaçı Rəhimə Hacıyeva adlı xanımla nişanlıdır. Sosial şəbəkələrdə cütlüyün birgə çəkilmiş fotosu da yayılıb. Məlumata görə, Rəhimənin 32 yaşı var və o
25.10.2026 1039 Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
Xalq artisti Röya Ayxanın evindən yayılan görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb. xəbər verir ki, pop ulduzun dəbdəbəli villasından paylaşdığı kadrlarda makiyaj üçün xüsusi olaraq ayrılmış otaq izləyicilərin diqqətini çəkib. Müğənninin şəxsi istifadəsi üçün nəzərdə tutulan bu məkanın görünüş
10:45 165 79 yaşlı müğənni gənc qalma sirrini açıqladı
Türkiyəli müğənni Erol Evgin gənc və enerjili qalmasının sirrindən danışıb. Axşam.az xəbər verir ki, 79 yaşlı sənətçi qatıldığı televiziya proqramında sağlam həyat tərzi və gündəlik vərdişləri ilə bağlı açıqlamalar verib. Evgin bildirib ki, hər gün 8-9 saat yatır, qlütensiz və laktozasız qidalanır. Müğənn
01.11.2026 496