Şəhidimizin atası ilə son danışığı YAYILDI - VİDEO

Şəhidimizin atası ilə son danışığı YAYILDI - VİDEO30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımız iki il öncə, sentyabrın 27-də başladılan əks-hücüm əməliyyatı nəticəsində 44 gün ərzində addım-addım azad olunub. Torpaqlarımız yeni tarix yazan igid əsgərlərimizin qanı, canı bahasına azadlığa qovuşub. İkinci Qarabağ döyüşlərinin igid şəhidlərindən biri də leytenant Ənvər Əliyevdir.

Şəhidimizin atası ilə son danışığı YAYILDI - VİDEOBiG.AZ xəbər verir ki, onun atasıyla son danışığı sosial şəbəkələrdə yayılıb.

Şəhidin "Sağ qalsaq, görüşərik" sözləri eşidənləri kövrəldib.

Şəhid Ənvər Əliyev kimdir?

Əliyev Ənvər Nizami oğlu 4-iyun 1997-ci ildə Naxçıvan Muxtar Respublikasının, Şərur rayon Axaməd kəndində anadan olub. 2003-cü ildə doğulduğu Axaməd kəndində 1-ci sinifə daxil olub. Məktəbdə nizam-intizam, öz savadı ilə seçilib. Ənvər, 9-cu sinfi bitirərək, 2012-ci ildə Naxçıvan şəhərindəki "Heydər Əliyev adına" hərbi liseyə daxil olub.

Dərslərində fəallığı, nizam-intizamı, vətənpərvərliyi, mənəvi keyfiyyətləri ilə seçilən Ənvər kursant kimi neçə-neçə Fəxri fərmanlara, medallara, təşəkkürnamələrə və "İlin ən yaxşı kursantı" adına layiq görülüb. Kursant kimi Hərbi liseyi gümüş medalla bitirib və hərbi liseyin nümunəvi tələbələrindən biri olduğu üçün Ənvər 2015-ci ildə Türkiyənin Ankara şəhərindəki "Kara Harp Okulu"na (Quru qoşunları məktəbinə) təhsilini davam etdirmək üçün göndərilib. 2016-cı ildə Vətənə qayıdaraq, təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbində davam etdirib.

Təhsilini 4 il burada davam etdirib, 2020-ci ilin may ayında həmin məktəbi "leytenant" rütbəsi ilə bitirib.

1 iyul 2020-ci il tarixində Tərtər rayonunda "N" saylı hərbi hissədə leytenant olaraq xidmət etməyə başlayıb. İlk günlərdən müharibənin ən fəal iştirakçılarından biri olub. "Vətən müharibəsində" Talış kəndi və Suqovuşan uğrunda gedən döyüşlərdə hünər göstərən Ənvər Əliyev, oktyabrın 14-də Talış yüksəkliyində 2 əsgəri ilə birgə top mərmisindən şəhid olub.

Əliyev Ənvər, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda "Şəhidlər xiyabanında" dəfn olunub. Ölümdən sonra Prezidentin sərəncamı ilə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "İgidliyə görə", "Vətənə xidmətə görə" medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!

Şəhidimizin atası ilə son danışığı YAYILDI - VİDEOŞəhidimizin atası ilə son danışığı YAYILDI - VİDEOŞəhidimizin atası ilə son danışığı YAYILDI - VİDEOŞəhidimizin atası ilə son danışığı YAYILDI - VİDEOŞəhidimizin atası ilə son danışığı YAYILDI - VİDEOŞəhidimizin atası ilə son danışığı YAYILDI - VİDEOŞəhidimizin atası ilə son danışığı YAYILDI - VİDEOŞəhidimizin atası ilə son danışığı YAYILDI - VİDEOŞəhidimizin atası ilə son danışığı YAYILDI - VİDEONatəvan Baxşiyeva


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1550   Tarix: 19 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İranda nüvə hücumuna hazırlıq başladı: Əhaliyə yod paylayır

ABŞ-nin ehtimal olunan zərbəsi ilə bağlı yaranan təşviş fonunda İran hökuməti nüvə obyektlərinin yaxınlığında yaşayan sakinlərə yod həbləri paylamağa başlayıb. xəbər verir ki, bu barədə "The Times" nəşri İranın Səhiyyə Nazirliyinin nümayəndəsinə istinadən yazıb. Bildirilib ki, dərman preparatlar

17:30 158
.

Rəcəb Tayyib Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər" - Video

"Azərbaycanın 44 günlük müharibədə qazandığı şanlı Qələbə bütün Türk dünyasında sevinc doğurmaqda davam edir və tarixi ədalətin bərpasının göstəricisidir". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevl

17:41 152
.

İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdülər

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə hərbi qulluqçularla görüşüblər. xəbər verir ki, görüşdə Vətən Müharibəsi Qəhrəmanları, eləcə də "Qarabağ" və "Zəfər" ordenlər

19:59 162
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

21:29 130
.

Seneqal sahillərində qayıq qəzasında ən azı 21 miqrant həlak olub

Seneqal sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ən azı 21 nəfər həlak olub. "Report" "Euronews"a istinadən xəbər verir ki, bu barədə Seneqalın Daxili İşlər Nazirliyi (DİN) bildirib. Axtarış-xilasetmə əməliyyatı davam edir, hələlik sağ qalan yalnız bir nəfər tapılıb

22:30 75
.

"Reuters": Rubio Dövlət Departamentində nizam-intizamı gücləndirməyi tələb edib

ABŞ-nin dövlət katibi Marko Rubio Dövlət Departamentinin yüksəkvəzifəli əməkdaşlarından öz səlahiyyətləri çərçivəsində hərəkət etməyi tələb edib və hökumətdəki əlaqələrindən asılı olmayaraq qeyri-etik davranışa görə işdən çıxarılmalarla bağlı xəbərdarlıq edib. "Report" xəbər verir ki, bu barəd

16:40 169
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

19:46 177
.

Azərbaycan və Türkiyə liderlərinin Şuşada görüşünə dair videoçarx

Prezident İlham Əliyevin sosial media hesablarında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada baş tutan görüşünə dair videoçarx paylaşılıb. BİG.AZ həmin paylaşımı təqdim edir:

19:37 172
.

Azərbaycanın və Türkiyənin birinci xanımları çay süfrəsi arxasında söhbət ediblər - Foto

Noyabrın 8-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan ilə çay süfrəsi arxasında söhbət ediblər. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

17:39 196
.