Ölən yaxınımızın geyimlərini nə etməliyik? - Basdırmaq, yandırmaq...
Hər birimizin həyatında gec-tez itkilər baş verir - nə vaxtsa nənələrimiz və babalarımız ayrılır, sonra valideynlər və digər yaxın insanlar. Yaxınlarımızı itirdikdən sonra bir çox suallarla üz-üzə qalırıq: "Onların əşyalarını evdə saxlamaq olarmı?", "Geyimlərini nə etməliyik?", "Özümüz geyinə bilərikmi?"
Bununla bağlı bir neçə inanclar var ki, kimisi geyimləri yandırır, kimisi ölən şəxsin yanında basdırır, kimisi isə özü istifadə edir. Belə bir deyim var: "Ölülərin yatağında yatmaqdansa, məzarı üstündə yatmaq yaxşıdır!". Bəlkə də bu deyim bizə nə isə ifadə edir.
Maraqlıdır bəs, dinimiz bu barədə nə buyurur? İslama görə ölən yaxınımızın geyimlərini nə etməliyik?
Məsələ ilə bağlı Lent.az-a açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, fəlsəfə doktoru İbrahim Quliyev bildirir ki, din bununla bağlı bir neçə şərt buyurur:
"Müsəlman mədəniyyətində ölən insanın mirası vərəsələr arasında bölüşdürülməlidir. Ölən şəxsin Quranı, üzüyü və qılıncı, həmçinin geydiyi, ya geymək üçün saxladığı paltarlar böyük oğlunun malıdır. Əgər ölən şəxsin adı çəkilən bu üç şeyi birdən çox olarsa, məsələn, iki Quranı və ya iki üzüyü olsa, yaxşı olar ki, böyük oğul digər başqa vərəsələr ilə razılaşsın. Rəhl, (Quran qoyulan taxta) tüfəng, xəncər və bu kimi silahların, qılıncın qını, Quranın qabı da onlara aiddir".
Bəs, oğlu yoxdursa?
"Ola bilər ki, ölən adamın oğlu olmasın. Belə olduğu halda vərəsələr öz aralarında razılığa gələ, paltarları bölüşə və yaxud da onu kiməsə bağışlaya bilərlər. Bundan başqa istəsələr paltarları basdıra və ya yandıra da bilərlər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2550 Tarix: 19 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİranda nüvə hücumuna hazırlıq başladı: Əhaliyə yod paylayır
ABŞ-nin ehtimal olunan zərbəsi ilə bağlı yaranan təşviş fonunda İran hökuməti nüvə obyektlərinin yaxınlığında yaşayan sakinlərə yod həbləri paylamağa başlayıb. xəbər verir ki, bu barədə "The Times" nəşri İranın Səhiyyə Nazirliyinin nümayəndəsinə istinadən yazıb. Bildirilib ki, dərman preparatlar
17:30 158 Rəcəb Tayyib Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər" - Video
"Azərbaycanın 44 günlük müharibədə qazandığı şanlı Qələbə bütün Türk dünyasında sevinc doğurmaqda davam edir və tarixi ədalətin bərpasının göstəricisidir". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevl
17:41 152 İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdülər
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə hərbi qulluqçularla görüşüblər. xəbər verir ki, görüşdə Vətən Müharibəsi Qəhrəmanları, eləcə də "Qarabağ" və "Zəfər" ordenlər
19:59 162 Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
21:29 130 Seneqal sahillərində qayıq qəzasında ən azı 21 miqrant həlak olub
Seneqal sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ən azı 21 nəfər həlak olub. "Report" "Euronews"a istinadən xəbər verir ki, bu barədə Seneqalın Daxili İşlər Nazirliyi (DİN) bildirib. Axtarış-xilasetmə əməliyyatı davam edir, hələlik sağ qalan yalnız bir nəfər tapılıb
22:30 75 "Reuters": Rubio Dövlət Departamentində nizam-intizamı gücləndirməyi tələb edib
ABŞ-nin dövlət katibi Marko Rubio Dövlət Departamentinin yüksəkvəzifəli əməkdaşlarından öz səlahiyyətləri çərçivəsində hərəkət etməyi tələb edib və hökumətdəki əlaqələrindən asılı olmayaraq qeyri-etik davranışa görə işdən çıxarılmalarla bağlı xəbərdarlıq edib. "Report" xəbər verir ki, bu barəd
16:40 169 Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video
8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:
19:46 177 Azərbaycan və Türkiyə liderlərinin Şuşada görüşünə dair videoçarx
Prezident İlham Əliyevin sosial media hesablarında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada baş tutan görüşünə dair videoçarx paylaşılıb. BİG.AZ həmin paylaşımı təqdim edir:
19:37 172 Azərbaycanın və Türkiyənin birinci xanımları çay süfrəsi arxasında söhbət ediblər - Foto
Noyabrın 8-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan ilə çay süfrəsi arxasında söhbət ediblər. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb
17:39 196