Mediamızın inkişafı ali təhsil ocaqlarının jurnalistika fakültələrindən başlayır

Mediamızın inkişafı ali təhsil ocaqlarının jurnalistika fakültələrindən başlayırXəbər verdiyimiz kimi, oktyabrın 19-da Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Bakı Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandumun imzalanmasında məqsəd qarşılıqlı fəaliyyət istiqamətləri üzrə əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi, universitet tələbələri üçün praktiki və nəzəri təlimlərin təşkilinin reallaşdırılması, media sahəsində müasir çağırışlara cavab verən kadrların hazırlanmasına dəstək göstərilməsidir.

Qeyd etməliyik ki, bu MEDİA və univeristetlər arasında əməkdaşlığın qurulması istiqamətində atılan çoxsaylı addımlardan sadəcə biridir. Bundan əvvəl də Agentlik jurnalistika tələblərinin peşəkar kadrlar kimi hazırlanması məqsədilə çoxsaylı zəruri addımlar atıb.

Mediamızın inkişafı ali təhsil ocaqlarının jurnalistika fakültələrindən başlayırElə bu il, martın 17-də ADA universiteti ilə MEDİA arasında imzalanan əməkdaşlıq memorandumunu xatırlada bilərik. Əməkdaşlıq çərçivəsində artıq bir sıra addımlar da atılıb.

Memorandumun imzalanmasından 1 ay sonra, aprelin 18-də Medianın İnkişaf Agentliyi (MEDİA) və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə "Media və kommunikasiya siyasəti medianın gözü ilə" mövzusunda silsilə seminarlar keçirilib.

Oktyabrın 10-da isə MEDİA və ADA-nın birgə təşkilatçılığı ilə telejurnalistlər üçün "Audiovizual media mühitində universal jurnalist" mövzusunda təlimlərə başlanılıb.

BDU və ADA ilə yanaşı, Medianın İnkişafı Agentliyinin Bakı Slavyan Universiteti və İdman Akademiyası ilə əməkdaşlığını da xatırlatmaqda fayda var.

Nümunələrdən də göründüyü kimi, MEDİA son aylarda universitetlərlə əməkdaşlığın qurulması yönündə ciddi tədbirlər görür.

Bu da müsbət qarşılanmalıdır. Çünki günümüzdə peşəkar, çağımızın tələblərinə cavab verən jurnalistlərə böyük ehtiyac var. Jurnalistlər isə ilk növbədə universitetlərdə yetişməyə başlayır, onların peşə fəaliyyətinin bünövrəsi məhz burada qoyulur.

Mediamızın inkişafı ali təhsil ocaqlarının jurnalistika fakültələrindən başlayırHəmin dönəmdən etibarən nəzəri biliklərə yiyələnməklə yanaşı, praktiki bilgilərə də sahib olmaq da mühüm əhəmiyyət kəsb edir. Bunun üçün isə MEDİA öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirir, yetirməyə davam edir.

Agentlik mütəmadi olaraq təşkil olunan təlimlərə yerli və xarici peşəkar jurnalistləri cəlb edir, eləcə də bu ixtisas üzrə təhsil alan tələbələrin daha da təkmilləşməsi üçün mötəbər tədbirlərə və xarici səfərlərə qatılmasına imkan yaradır.

Digər tərəfdən MEDİA könüllüləri layihəsini də bu yöndə xüsusi addım kimi vurğulamalıyıq. Jurnalistika ixtisası üzrə təhsil alan tələbələr Agentlikdə könüllü fəaliyyət keçməklə, bu işin sirrlərinə yerindəcə yiyələnmək və çalışmaq imkanı əldə edirlər.

Mediamızın inkişafı ali təhsil ocaqlarının jurnalistika fakültələrindən başlayırÜmumilikdə, universitetlərlə əməkdaşlıq son illər mütəmadi xarakter alan media islahatlarının sadəcə bir hissəsidir.

Medianın İnkişafı Agentliyinin media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, maddi-texniki və hüquqi bazalarının möhkəmləndirilməsi, infrastrukturun modernləşdirilməsi, müvafiq sahədə yeni iqtisadi modelin yaradılması yönündə zəruri tədbirlər həyata keçirir ki, bu da ölkəmizdə müasir çağırışlara cavab verən medianın yaradılması baxımından mütərəqqi addımlar hesab oluna bilər.

Bununla yanaşı, son günlərdə Agentliyin media qurumlarının reyestrə salınması istiqamətində fəal işlər görür.

Mediamızın inkişafı ali təhsil ocaqlarının jurnalistika fakültələrindən başlayırBu istiqamətdə Agentlik Media Reyestri İnformasiya Sistemindən istifadəyə dair detallı video təlimat yayımlayıb. Eyni zamanda yaranan suallar da Agentliyin rəsmiləri tərəfindən operativ şəkildə cavablandırılır, reyestrə düşməkdə çətinliklər yaşayan media qurumlarına zəruri yardım göstərilir.

Əminliklə deyə bilərik ki, MEDİA-nın fəaliyyəti nəticəsində ölkəmizdə jurnalistika fəaliyyəti üçün yeni mərhələnin əsası qoyulub.

Nəticələri isə artıq aydın şəkildə görmək mümkündür. Və fəaliyyətin bu templə davam etməsi, davamlılığı təkcə Azərbaycanda gənc və peşəkar jurnalistlərin yetişməsi baxımından yox, ümumilikdə, ölkə mediasının müasir çağırışlara cavab verən yüksək inkişaf səviyyəsinə çatması aspektindən öz məntiqi nəticələrini göstərəcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 621   Tarix: 20 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İranda nüvə hücumuna hazırlıq başladı: Əhaliyə yod paylayır

ABŞ-nin ehtimal olunan zərbəsi ilə bağlı yaranan təşviş fonunda İran hökuməti nüvə obyektlərinin yaxınlığında yaşayan sakinlərə yod həbləri paylamağa başlayıb. xəbər verir ki, bu barədə "The Times" nəşri İranın Səhiyyə Nazirliyinin nümayəndəsinə istinadən yazıb. Bildirilib ki, dərman preparatlar

17:30 158
.

Rəcəb Tayyib Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər" - Video

"Azərbaycanın 44 günlük müharibədə qazandığı şanlı Qələbə bütün Türk dünyasında sevinc doğurmaqda davam edir və tarixi ədalətin bərpasının göstəricisidir". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevl

17:41 152
.

İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdülər

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə hərbi qulluqçularla görüşüblər. xəbər verir ki, görüşdə Vətən Müharibəsi Qəhrəmanları, eləcə də "Qarabağ" və "Zəfər" ordenlər

19:59 162
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

21:29 130
.

Seneqal sahillərində qayıq qəzasında ən azı 21 miqrant həlak olub

Seneqal sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ən azı 21 nəfər həlak olub. "Report" "Euronews"a istinadən xəbər verir ki, bu barədə Seneqalın Daxili İşlər Nazirliyi (DİN) bildirib. Axtarış-xilasetmə əməliyyatı davam edir, hələlik sağ qalan yalnız bir nəfər tapılıb

22:30 75
.

"Reuters": Rubio Dövlət Departamentində nizam-intizamı gücləndirməyi tələb edib

ABŞ-nin dövlət katibi Marko Rubio Dövlət Departamentinin yüksəkvəzifəli əməkdaşlarından öz səlahiyyətləri çərçivəsində hərəkət etməyi tələb edib və hökumətdəki əlaqələrindən asılı olmayaraq qeyri-etik davranışa görə işdən çıxarılmalarla bağlı xəbərdarlıq edib. "Report" xəbər verir ki, bu barəd

16:40 169
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

19:46 177
.

Azərbaycan və Türkiyə liderlərinin Şuşada görüşünə dair videoçarx

Prezident İlham Əliyevin sosial media hesablarında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada baş tutan görüşünə dair videoçarx paylaşılıb. BİG.AZ həmin paylaşımı təqdim edir:

19:37 172
.

Azərbaycanın və Türkiyənin birinci xanımları çay süfrəsi arxasında söhbət ediblər - Foto

Noyabrın 8-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan ilə çay süfrəsi arxasında söhbət ediblər. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

17:39 196
.