"Azyaşlıların nişanlanmasına görə heç kəs məsuliyyətə cəlb oluna bilməz" - AÇIQLAMA
Ötən gün Abşeronda dəhşətli qətl hadisəsi baş verib. 16 yaşlı qız başı kəsilərək amansızlıqla öldürülüb. Məlum olub ki, qızı öldürən onun 26 yaşlı nişanlısı imiş. Qız 14 yaşından həmin şəxslə nişanlı olub. Nişanı qaytarmaq istədiyi üçün qətlə yetirilib.
Bu məsələlər nə qədər müzakirə edilsə də, heç bir nəticəsi yoxdur. Bəzi ailələr məktəb yaşlarında olan qızlarını oxutmaq əvəzinə nişanlayırlar. Azyaşlılarla nişanlananlar da qızların yaşının fərqinə varmadan razılıq verirlər.
Bəs görəsən, yeniyetmə qızların nişanlanmasında kimlər günahkardır? Ümumiyyətlə, həmin azyaşlı qızların valideynləri və onunla nişanlanan şəxs məsuliyyətə cəlb oluna bilərmi?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, nişanlanma qanunla tənzimlənmir:
"Qanuni nöqteyi-nəzərdən, 18 yaşınadək şəxslərin nikaha daxil olması qadağandır. Nişanlanma ailə qurmaq demək deyil. Bu qanunla tənzimlənmir. Heç bir qadağa da yoxdur. Qanunda nişanlanmanın yaş həddi yoxdur. Nişanlanmanın heç bir hüquqi nəticəsi yoxdur. Nişanlanma adətdir. Heç bir hüquqi məsuliyyət daşımır".
Ə.Həsənov əlavə edib ki, nişanlanmaya görə, heç kəs məsuliyyətə cəlb oluna bilməz:
"Nişanlananda hamı bilir ki, bu oğlan o qızla evlənəcək. Nikah da 18 yaşdan sonra olacaq. Qanunda məhdudiyyət yoxdur. Qanuna belə qadağa gətirilməsi absurddur. Onda gərək 18 yaşına çatmamış orta məktəb şagirdlərinin, ümumiyyətlə, oğlanla-qızın görüşməsini qadağa edək.
Bu gün orta məktəb şagirdləri də bir-birilərinə eşq elan edirlər, görüşürlər və xoşagəlməz hallar da baş verir. Cinsi əlaqəyə girirlər. Onda deyək ki, valideynlər buna görə də məsuliyyət daşıyır? Belə olsa, gərək valideynlər oğlanla qızın bir-biriləri ilə görüşməsini, oxumasını qadağa etsinlər. Bununla yanaşı, qızın nişanlandığı şəxs ondan yaşca böyük də olsa, məsuliyyətə cəlb olunmayacaq".
Yazıçı Seyran Səxavət isə əlavə edib ki, bəzi yerlərdə qızları 2-3-cü sinifdən nişanlayırlar:
"Arzuolunmaz bir hadisədir. Bəzi yerlərdə qız uşaqlarını 2-3-cü sinifdən nişanlayırlar. Böyüyəndə isə artıq hər şeyin fərqinə varır, imtina edir. Nəticədə də bu tip hadisələr baş verir.
Azərbaycanda əvvəllər "göbəkkəsdi" olurdu. Birinin oğlu, birinin də qızı olurdu. Deyirdi ki, sənin qızını oğluma alacam. Onu həqiqətən də edirdilər. "Göbəkkəsdi" indinin nikahından min dəfə güclü idi. Sözümüz sözdür. O başqa dövr idi. Onun özünün bəraəti də var idi".
S.Səxavət qeyd edib ki, Azərbaycanda milli şüur sıfır səviyyəsindən aşağıdır:
"Bakıda elə kəndlər var ki, qızları uşaq yaşlarından nişanlayırlar. Bu yolverilməzdir. Uşaqları məktəbdən ayırırlar. Valideynlərə cinayət işi qaldırmaq lazımdır ki, hər kəsə görk olsun. Yaşı varsa, məsuliyyətə cəlb oluna bilər. Öldürən də, ölən də bizdəndir. Çox pis oldum. Ancaq ürək ağrısıdır.
Azərbaycanda milli şüur sıfırdan aşağıdır. Onu tənzimləyən təhsildir. Təhsil də təxminən 30 ildir, Azərbaycanda yoxdur. Təhsilin özünün tənzimlənməyə ehtiyacı var".
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 894 Tarix: 22 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO
Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi
12.09.2021 2549 Doğum evində skandal: 20 il sonra məlum oldu ki...
İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus
12.09.2021 2121 Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO
Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır
10.09.2021 1704 Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı
Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib
13.09.2021 2571 Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...
Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi
12.09.2021 1875 Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?
Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin
16.09.2021 1627 Körpüyə görün hansı ad verildi - FOTOLAR
ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb
15.09.2021 1164 Zooloqlar inəklərə görün nəyi öyrətdilər
Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas
15.09.2021 960 Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı
Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu
13.09.2021 1024