"Neçə uşağım dörd-beş aylıq olanda tələf olub" - Brilliant Dadaşova

"Neçə uşağım dörd-beş aylıq olanda tələf olub" - Brilliant Dadaşova"Bəzən indi atalara baxıb məəttəl qalıram. Bizim atamız tam başqa adam idi. Ümumiyyətlə, dərdimi deyən insan deyiləm. Həmişə özümdə saxlayıram. Bu artıq xasiyyətdir. Yəqin ki, anam da olsaydı, ona deməzdim. Bəlkə də öyrəşməmişəm, ya da yoxdur. Problemlər olanda məsələn, universitetdə nəsə baş verəndə müəllimlərim məni müdafiə ediblər. Amma atamın heç xəbəri olmayıb. İstəməmişəm ona deyim. Heç kimin qanını qaraltmaq istəmirəm. Türklər belə insanlara "ketum" deyirlər. Problemlərimi özüm həll etmişəm, ancaq sevincimi bölüşməyi xoşlamışam. Bu, mənim artıq xislətimdə, təbiətimdə var".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "Astar" yutub layihəsində deyib. O, oğlu Cahadı evləndirmək planları ilə bağlı suala isə belə cavab verib:

"Yaralı yerimə toxundunuz. Əslində onun ağlı kəsməmiş bunu etməli idik. Çünki məclislərə gedirəm, görürəm uşaqları 20-22 yaşında evləndirirlər. Ağlı kəsməmiş daha rahat olur. Ağlı kəsəndən sonra isə çox seçici olur. Qızlar bəzən məcbur olur ki, ana olmalıdır, vaxtında ailə qurmalıdır. Amma oğlan üçün belə problem olmadığından bir vaxt gəlir baxır, seçmir, hər insanla xasiyyəti tutmur. Bir az zövq məsələsi var, nə bilim hələ ki, uzanır".

B.Dadaşova evlilik mövzusunda oğlu ilə razılığa gələ bilmədiyi üçün bəzən onu danışdırmadığını da vurğulayıb:

"Küsürük ondan. Mən də atası da. Evlənsin deyə. Görürsən ki, bir həftə üzünə baxmırıq, danışmırıq. Ondan sonra bir şey olur o dəqiqə əriyirik, dayana bilmirik. Necə ki, balacalıqda nadinclik edəndə atası o dəqiqə gülürdü. Həmişə onunla dost olmuşuq. Hətta bəzən mənə elə şeylər danışırdı, ürəyim bərk vururdu. Məsələn, deyirdisə ki, 5 metrlik hasarda qaçırdıq, qaçdı-tutdu oynayırdıq, kim yıxılar, kim yıxılmaz ürəyim ağzıma gəlirdi. Ürəyim elə çırpınırdı, amma üzünə gülürdüm ki, nə yaxşı. Çünki qorxurdum deyim "Nə, sən 5 metrəlik hasarda qaçmısan?" Bunu bu gün ona desəm, sabah mənə nəsə deməyəcək. Yenə o hasarda qaçanda mənə danışmayacaq, ona görə də məcbur olub "ha-ha-ha" gülürdüm. O gülür, mən gülürdüm, amma ürəyim az qalırdı ki, yerindən çıxsın. Deyirdim "Ay Allah, oradan düşsəydi nə ola bilərdi?" Sonra yavaş-yavaş deyirdim ki, bəs yıxılardın, izah edirdim. Beləcə, dost olmuşuq. İndi azalıb, ondan söz ala bilmirəm. Qapalı qutu kimi, çox qılığına girirəm, danışmır. Hətta son 2-3 ildir ümumiyyətlə danışmır".

Dadaşova şəxsi həyatı ilə bağlı bəzi etiraflar da edib:

"Biz, xüsusən mən çox cəhd etdim ki, bir neçə uşağımız olsun. Olmadı, çünki pis vaxta düşdük. Hələ Azərbaycan yeni-yeni ayağa qalxır, formalaşırdı, müharibə var idi, cəbhə bölgələrinə gedirdim. Elə 3-4 uşağım dörd-beş aylıq olanda düşüb, ana ola bilməmişəm. Gəlmişik rayondan cəbhə bölgəsinə, oradan da bir başa xəstəxanaya uşaq getdi. Yenə gələn dəfə demişəm ki, heç yerə getməyəcəyəm, bu uşağı qorumaq lazımdır, amma yenə deyiblər ki, filan cəbhə bölgəsində sorğu apardıq gələrdi, bəlkə də 1 aydan sonra onlar həyatda olmayacaqlar sizi görmək, "Bayatılar" mahnısını eşitmək istəyirlər. Deyirdim yox, gedə bilməsəm sonra bunu özümə bağışlamaram. Gedirdim, konsert, falan və ya ölkəyə qonaq gəlib, geyinirdim, qarnımı bağlayırdım ki, görünməsin və yenə uşaq getdi. Hamısı da 4 oğlan. İndi mənim 5 oğlum olacaqdı, futbol komandası, amma olmadı".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2436   Tarix: 22 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Rəqsanədən qızı Aysunla bağlı ETİRAF: "Ona zəng etməyə utanıram"

Müğənni Rəqsanə İsmayılova qızı Aysun İsmayılova ilə bağlı səmimi və diqqətçəkən açıqlamalar verib. Müğənni qatıldığı televiziya proqramında həbsxanada keçirdiyi günlərdən danışıb. Sənətçi həmin dövrdə qızı Aysunun onun üçün çəkdiyi əziyyətlərə görə hələ də utandığını etiraf edib. Rəqsanə İsmayılov

00:04 353
.

"Mən əməliyyatda olanda bacımın ürəyi gedib"

"Oğlum da, qızım da, bacım da etiraz etdi. Hara gedirdimsə, deyirdilər ki, əməliyyat etdirmə. Amma mən qərar vermişdim, özümü buna hazırlamışdım". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli TMB-də qonaq olarkən deyib. Abdominoplastika əməliyyatı keçirən müğənni həmi

31.10.2026 515
.

Bu foto Flora Kərimovanı təsirləndirdi

Xalq artisti Flora Kərimova ailəsi ilə bağlı maraqlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi qızı Zümrüd və oğlu Oktay ilə süni intellekt vasitəsilə hazırlanan fotosunu izləyiciləri ilə bölüşərk bunları yazıb:. "Oğlum, qızım və mən. Süni zəka ilə hazırlanan heç bir şeyi sevməsəm də, bu rəsmd

31.10.2026 488
.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

02.11.2026 680
.

"Sevgi təkbaşına kifayət etmir"

Türkiyəli aktrisa Deniz Baysal boşandıqdan sonra sevgiyə olan münasibətini bölüşüb. Axşam.az xəbər verir ki, aktrisa bu hisslərin zamanla dəyişdiyini bildirib:. "Sevgi dediyimiz anlayışın mənası mənim üçün çox dəyişib. Həyatın və inancın özü sevgidir. Bizim sevgi kimi gördüyümüz şey kimyəvi bi

28.10.2026 835
.

"Başkalarının hayatı" da yayımlanmayacaq

"Başkalarının hayatı" serialının da yeni bölümü sabah yayımlanmayacaq. Axşam.az xəbər verir ki, bu qərar reklam gəlirlərinin aşağı olması ilə əlaqədar qəbul edilib. Qeyd edək ki, eyni səbəbdən cümə axşamı "Halef", "Sevdiğim Sensin" və "Muhtemel Aşk" seriallarını

31.10.2026 531
.

Rejissor ayrıldı, aktyorlardan endirim istənildi

Baş rollarını Hazal Subaşı və Birkan Sokullunun paylaşacağı "Evlat" serialında dəyişikliyi olub. Axşam.az xəbər verir ki, çəkilişləri hələ başlamayan serialdan rejissor Neslihan Yeşilyurt ayrılıb. Onu bu vəzifədə Çağatay Tosun əvəzləyib. Bundan başqa, "ATV"də yayımlanacaq serialı

07.11.2026 207
.

Tacir Şahmalıoğlu Fədayə Laçının yolunu gözləyib: "Gəlmədisə, sağ olsun"

Müğənni Fədayə Laçın duet ortağı Tacir Şahmalıoğlunun səhhəti ilə maraqlanmayıb. Qaynarinfo xəbər verir ki, Tacir Şahmalıoğlu müsahibələrinin birində bu barədə danışıb. Müğənni Fədayə Laçının onu ziyarət edəcəyini gözlədiyini də gizlətməyib:. "Fədayə Laçın gəlmədi, amma ondan umdum. İstədim ki

27.10.2026 895
.

79 yaşlı müğənni gənc qalma sirrini açıqladı

Türkiyəli müğənni Erol Evgin gənc və enerjili qalmasının sirrindən danışıb. Axşam.az xəbər verir ki, 79 yaşlı sənətçi qatıldığı televiziya proqramında sağlam həyat tərzi və gündəlik vərdişləri ilə bağlı açıqlamalar verib. Evgin bildirib ki, hər gün 8-9 saat yatır, qlütensiz və laktozasız qidalanır. Müğənn

01.11.2026 496
.