Ölkəmizdə tullantıların utilizasiyası normalara uyğun aparılırmı? - ARAŞDIRMA

Ölkəmizdə tullantıların utilizasiyası normalara uyğun aparılırmı? - ARAŞDIRMAİstifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan malların mütəmadi olaraq məhv edilməsi normativlərə uyğun aparılmalıdır. Proses səliqəsiz və pərakəndə aparılanda ekologiyaya ciddi zərər dəyə bilər.

Azərbaycanda istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan mallar mütəmadi olaraq məhv edilir. Əsasən, Dövlət Gömrük Komitəsi (DGK) və Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müvafiq qurumları tərəfindən həyata keçirilən bu proses zamanı məhv ediləcək mallar bəlli əraziyə gətirilir, əvvəlcədən qazılmış hansısa çuxura doldurularaq yandırılır, ardınca da üzəri torpaqla örtülür.

Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Məhvetmə prosesi niyə bu cür həyata keçirilir?

İnternet üzərindən qısa araşdırma aparsaq, qeyd olunan faktla bağlı onlarla, yüzlərlə informasiya xarakterli məlumata, video və fotoreportaja rast gəlmək mümkündür. Görüntülərdən aydın müşahidə edilir ki, məhv edilməsi üçün üzərinə yanacaq tökülərək yandırılan məhsulların, şüşə və plastik qablardakı mal-materialların tüstüsü ərşə qalxır, ətrafı qara toz-duman, həmçinin kəskin qoxu bürüyür. Sonda şüşə qabların yanmamasına baxmayaraq, onlar da digər malların kül qalıqları ilə birlikdə basdırılır, torpaq qatı bu yolla çirkləndirilir. Nəticə etibarilə ekologiyaya ciddi ziyan vurulur. Maraqlıdır, nə üçün məhvetmə prosesi məhz bu cür həyata keçirilir? Bunu tənzimləyən hansısa rəsmi sənəd, normativ aktlar varmı? Bu suallara cavab tapmaq üçün DGK, AQTA və ETSN-ə eyni məzmunda sorğu göndərdik. Eyni zamanda, tullantıların yerləşdirilməsini və zərərsizləşdirilməsini müasir standartlara uyğun təşkil etməklə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərən "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə əlaqə saxladıq.

Qanunlar, qaydalar, qərarlar…

Təəssüf ki, DGK-dan hər hansı məlumat əldə edə bilmədik. AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən isə bildirildi ki, proses Nazirlər Kabinetinin 2017-ci il 6 dekabr tarixli 542 nömrəli qərarı ilə təsdiq edilmiş "Yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fiziki və hüquqi şəxslərdən malların (məhsulların) götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydaları"na uyğun olaraq həyata keçirilir. Belə ki, istifadəyə yararsız yeyinti məhsullarının məhv edilməsi yoxlayıcı orqan və ya onun qərarı ilə mal sahibi, yaxud onun səlahiyyətli nümayəndəsi tərəfindən bu məqsədlər üçün ayrılmış xüsusi yerlərə (yerlərdə) atılması, basdırılması, yandırılması və ya ixtisaslaşmış müəssisələrə təhvil verilməsi vasitəsilə reallaşdırılır. Malların zərərsizləşdirilməsi və məhv edilməsi "İstehsalat və məişət tullantıları haqqında" və "Atmosfer havasının mühafizəsi haqqında" qanunlarına uyğun həyata keçirilir, sanitar-epidemioloji salamatlıq baxımından təhlükə törədən mallar məhv edilməzdən əvvəl zərərsizləşdirilir.

Məhv edilən mallar aktla rəsmiləşdirilir

Agentliyin açıqlamasına görə, istifadəyə yararsız qida məhsullarının məhv edilməsinə dair qəbul edilmiş müvafiq qərara əsasən, həmin məhsullar ETSN-in "Təhlükəli Tullantılar" MMC-yə məxsus xüsusi poliqonlarında AQTA əməkdaşlarının iştirakı ilə müvafiq qaydada məhv edilir və aktla rəsmiləşdirilir. ETSN-in Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin şöbə müdiri Adil Zeynalov da qəzetimizə açıqlamasında bu faktı təsdiqlədi. Söylədi ki, proses hər həftə yuxarıda qeyd olunan şəkildə icra olunur.

Prosesin icra mexanizmi

"Təmiz Şəhər" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Orxan Cabbarov isə "Kaspi"yə bildirdi ki, "Təmiz Şəhər" ASC-nin təsərrüfat sahələrinə təhvil verilən bərk məişət tullantılarını, habelə istifadə müddəti bitmiş, istifadəyə yararsız vəziyyətə düşmüş qida və qeyri-qida tullantıları çeşidlərinə görə Bakı bərk məişət tullantılarının yandırılması zavodunda (BMTYZ) termik üsulla, həmçinin Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunda (BŞTZP) basdırılaraq və ya Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunda (BBMTÇZ) çeşidlənərək zərərsizləşdirilir. Prosesin icra mexanizminə gəlincə, qurum təmsilçisi söylədi ki, müraciət edənlər vaxtı bitmiş məhsulların zərərsizləşdirilməsi üçün "Təmiz Şəhər" ASC-yə rəsmi məktub ünvanlayır. Onun sözlərinə görə, müqavilə əsasında bəzi hallarda AQTA-nın, habelə DGK-nın nümayəndələrinin iştirakı ilə məhsullar qəbul olunur, zərərsizləşdirilir və proses aktlaşdırılır, hətta prosesin video və foto çəkilişinə də şərait yaradılır.

Xüsusi hücrələr olmalıdır

Şöbə müdiri dedi ki, məhvetmə müəyyən standartlar çərçivəsində və şəraitdə həyata keçirilməlidir: "Məhv edilən mallar torpağa basdırılacaqsa, bunun üçün xüsusi hücrələr olmalıdır. Əgər mallar yandırılacaqsa, atmosferə buraxılan tüstü mütləq nəzərə alınmalıdır. Çünki o tüstünün tərkibindəki müəyyən hissəciklər atmosferə, aldığımız nəfəsə, udduğumuz havaya, nəticə etibarilə səhhətimizə daha böyük ziyan vura bilər. Ona görə də məhvetmə prosesinin bəlli standartlar çərçivəsində, peşəkar qurum tərəfindən həyata keçirilməsi daha düzgün olar. Tullantıların idarə olunması sahəsində bəzi şirkətlər var ki, onlar da zərərsizləşdirmə prosesini həyata keçirirlər".

122 milyon manat dəyərində məhsul istehsalı

O.Cabbarov söylədi ki, istənilən sahibkar məhvetmə prosesini seçdiyi şirkətlə həyata keçirməkdə sərbəstdir: "Bu, onun öz seçimidir. Kimisə məcbur etmək olmaz ki, məhz "Təmiz Şəhər" ASC ilə bu işi görsün. Amma bizə müraciət olunduğu təqdirdə bu işi müasir tələblər səviyyəsində həyata keçiririk. Misal üçün, şüşə qablarda istifadə müddəti keçmiş spirtli və spirtsiz içkilər, ərzaqlar boşaldılır, şüşələr təkrar emala yönəldilir. Ümumiyyətlə, karton, plastik, kağız, şüşə qablaşdırmaların hamısı təkrar emala göndərilir. Zərərsizləşdirilməsi zəruri olan hissələr isə növündən asılı olaraq, müəyyən standartlar nəzərə alınmaqla ya yandırılır, ya da torpaqda basdırılır. Balaxanı Sənaye Parkında təkrar emal işini həyata keçirən 25 rezident qeydiyyatdan keçib və hazırda burada tullantılar təkrar emala cəlb edilir. Balaxanı Sənaye Parkında 2017-ci ildən bu günə qədər 122 milyon manat dəyərində məhsul istehsal edilib. 48 milyon manat investisiya qoyulan bu sənaye parkı artıq istehsal olunan məhsulun 13 faizini müxtəlif ölkələrə ixrac edir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1187   Tarix: 23 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ölkə başçısı: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

"Bu gün artıq Ermənistanla Azərbaycan arasında normallaşma prosesi gedir və ümid edirəm ki, bu proses konkret nəticələrə gətirib çıxaracaq". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib

16:17 162
.

Azərbaycanın və Türkiyənin birinci xanımları çay süfrəsi arxasında söhbət ediblər - Foto

Noyabrın 8-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan ilə çay süfrəsi arxasında söhbət ediblər. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

17:39 194
.

Ölkə başçısı: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

"Biz keçmişdə də bir yerdə olmuşuq, müharibə dövründə də bir yerdə idik, bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib. "Hesa

16:35 181
.

Azərbaycan və Türkiyə liderlərinin Şuşada görüşünə dair videoçarx

Prezident İlham Əliyevin sosial media hesablarında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada baş tutan görüşünə dair videoçarx paylaşılıb. BİG.AZ həmin paylaşımı təqdim edir:

19:37 165
.

İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

"Bizi birləşdirən ortaq tarixdir, etnik köklərdir, dilimizdir, ədəbiyyatımızdır, mənəvi dəyərlərimizdir. Bu, böyük sərvətdir və bu sərvət üzərində, bu güclü təməl üzərində bu gün dövlətlərarası münasibətlər də inkişaf edir". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Preziden

16:24 173
.

Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq

Qazaxıstanın Abay vilayətində "Semey" xüsusi iqtisadi zonasının yaradılması planlaşdırılır. "Report" xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, layihələrə proqnozlaşdırılan investisiya həcmi 1,4 trilyon tengə (3,13 milyard dollar

17:40 149
.

Tramp: "ABŞ seçkiyə görə 3 trilyon dollar itirdi"

"Demokratların Konqresə nəzarəti ələ keçirməsi ilə nəticələnən aralıq seçkisinə görə ABŞ 3 trilyon dollar itirib". xəbər verir ki, bunu Floridadakı Con Kennedi adına Kosmik Mərkəzdə çıxış edərkən ABŞ Prezidenti Donald Tramp deyib. Ölkə başçısı oktyabr ayında iş yerlərinin sayının 165 min artdığın

19:30 149
.

İranda nüvə hücumuna hazırlıq başladı: Əhaliyə yod paylayır

ABŞ-nin ehtimal olunan zərbəsi ilə bağlı yaranan təşviş fonunda İran hökuməti nüvə obyektlərinin yaxınlığında yaşayan sakinlərə yod həbləri paylamağa başlayıb. xəbər verir ki, bu barədə "The Times" nəşri İranın Səhiyyə Nazirliyinin nümayəndəsinə istinadən yazıb. Bildirilib ki, dərman preparatlar

17:30 156
.

ABŞ Kanadanın İranla əlaqəli səkkiz qurumuna sanksiyalar tətbiq edib

ABŞ İranla əlaqəli sanksiyalar siyahısına Kanadada qeydiyyatdan keçmiş səkkiz qurumu əlavə edib. "Report" xəbər verir ki, müvafiq məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc edilib. Məlumata görə, məhdudiyyətlər valyuta mübadiləsi xidmətləri, pu

19:40 151
.