Apteklərdə bəzi dərmanlar niyə tapılmır? - AÇIQLAMA
Son zamanlar apteklərdə dərman qıtlığı yaşanır. Tələbat olan bəzi dərmanları aptekdə tapmaq olmur. Aptekə üz tutduqda isə həmin dərmanların depoda tükəndiyi yaxud satışının dayandırıldığı deyilir.
Azərbaycan həkimləri İctimai Birliyinin sədr müavini, həkim Aydın Əliyev BiG.AZ-a bildirib ki, apteklərdə hər hansısa dərman çatışmırsa ya onun qiyməti artır, ya da daha baha qiymətə alternativ təklif olunur:
"Ölkəmizdə dərman siyasəti çox bərbad haldadır. Yəni bu sahədə dövlət nəzarəti olsa da, neqativ haldadır. Ciddi statistik məlumatlara əsaslanan bir dərman siyasəti təəssüf ki, bizdə yoxdur. Bu işlə özəl şirkətlər məşğul olur. Bildiyimiz kimi özəl sisitemdə maddi maraq hər zaman öndədir. Ola bilsin ki, bu, düşünülmüş halda olsun. Yəni apteklərdə bəzi dərman qıtlığı yaransın və onun qiyməti artsın deyə. Dəqiq məlumatım yoxdur, amma təxmini belə bir fikir irəli sürmək olar. Ola bilər ki, süni qiymət artımı yaratmaq üçün həmin dərmanları depolarda saxlayarlar. Artıq bununla müvafiq dövlət orqanları məşğul olmalıdır. Apteklərdə hər hansısa dərman çatışmırsa ya onun qiyməti artır, ya da daha baha qiymətə alternativ təklif olunur. Bu, bazarın siyasəti, qaydalarıdır. Amma dərman məsələsi ticari olmaqdan daha çox strateji məsələdir. Yəni insan sağlamlığı ən prioritet məsələdir. Ona görə də dövlət səviyyəsində bu işlə ciddi məşğul olunmalıdır. Bu işlə məşğul olacaq müvafiq dövlət qurumları var, amma təəssüf ki, onlar bununla məşğul olmurlar".
Nuranə
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1008 Tarix: 24 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAparıcıdan sərt çıxış - Milli Məclisə müraciət edəcək
"Space TV"nin aparıcısı və jurnalisti Amil Xəlil canlı yayım zamanı diqqətçəkən açıqlamalar verib. O, məhkəmə qərarlarının icrası zamanı bəzi icra və probasiya şöbələrinin fəaliyyətini sərt tənqid edib. "Yeni Sabah" xəbər verir ki, Amil Xəlil bildirib ki, vətəndaşlar aylarla, hətt
11.05.2026 518 ABŞ iki gündə İranın 6 gəmisini batırıb
ABŞ son iki gündə İrana məxsus 6 yük gəmisini batırıb. xəbər verir ki, ilk iki yük gəmisi raketlə vurulub. Məlumatda deyilir ki, Hörmüz boğazından keçməyə çalışan hər iki gəmiyə xəbərdalıqdan sonra hücum edilib. Bundan başqa, ABŞ İrana məxsus daha bir gəmini müsadirə edib. CENTCOM bildirib ki, həmi
11.05.2026 229 Rusiya rəsmisindən Qərbə ittiham: "Geosiyasi oyun aparırlar"
Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mikhail Kalugin bildirib ki, Qərb Gürcüstandan Rusiyaya qarşı "ikinci cəbhə" açmağı tələb edib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Kalugin qeyd edib ki, Tbilisi hakimiyyəti 2022-ci ildən etibarə
11:12 96 Mənbələr bildirir ki, Tramp həftələrlə olduğundan daha çox döyüş əməliyyatlarını bərpa etməyi ciddi şəkildə düşünür
Prezident Donald Tramp iranlıların müharibəni bitirmək üçün danışıqları necə aparmasından getdikcə daha çox əsəbiləşir və bəzi Tramp köməkçiləri onun son həftələrdə olduğundan daha ciddi şəkildə əsas döyüş əməliyyatlarının bərpasını düşündüyünü deyirlər. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, müzakirələrl
11:18 81 Paşinyandan Zelenskinin çıxışı ilə bağlı açıqlama
Ermənistanın Baş naziri Nikol Pashinyan Ukrayna Prezidenti Zelenskinin Avropa Siyasi Birliyi sammitində Rusiya əleyhinə səsləndirdiyi fikirlərə münasibət bildirməməsinin səbəbini açıqlayıb. xarici mediaya istinadən xəbər verir ki, Paşinyan hər açıqlamaya reaksiya verməyə məcbur olmadığını deyib. Ba
10:54 109 Aİ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır - "Politico"
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni, 21-ci sanksiyalar paketinin hazırlanması üzərində işləyir. xəbər verir ki, "Politico"nun yaydığı məlumata görə, bu dəfə əsas diqqət Rusiyanın "kölgə donanması" adlandırılan tanker şəbəkəsinə yönələcək. Həmin tankerlər dünya bazarına Rusiy
11.05.2026 234 "Münasibətlərdə transformasiya qaçılmazdır" - Paşinyan
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan Rusiya ilə münasibətlərin dəyişən xarakterini qəbul edir və əlaqələrin inkişafını davam etdirmək niyyətindədir. xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Paşinyanın sözlərinə görə, Ermənistan Moskvanın maraqlarına zərər vurmaq niyyətind
11:26 89 Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
Mayın 11-də Azərbaycan Ordusunun hərbi qulluqçuları Hüseynov Məhəmməd Əlibaba oğlu və Qaflanov Kamil Cəmil oğlu xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşüblər. BİG.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, xəsarət alan hərbi qulluqçula
11.05.2026 360 20 günün əsgəri vəfat etdi
Azərbaycan Ordusunun əsgəri Əsədov Hüseyn Həmzə oğlu vəfat edib. BİG.AZ -a istinadla xəbər verir ki, bu barədə mərhumun qohumları məlumat verib. Hüseyn Əsədovun xəstəlikdən vəfat etdiyi bildirilir. Qeyd edək ki, o, 20 gün əvvəl hərbi xidmətə çağırılmışdı. Əsgər Hüseyn Əsədov bu gün Binə qəbiristanlığınd
11.05.2026 493