"Bu da bir son, Afət" - Flora Kərimova

"Bu da bir son, Afət" - Flora Kərimova"Bu da bir son, Afət! Ali Məhkəməyə kasasiya şikayətin də təmin olunmadı. Nə vaxta kimi özünü "haqlı" sayıb hər kəsi haqsız və məhkəmələri ədalətsiz hesab edəcəksən?".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova sosial şəbəkə hesabında yazıb. Müğənni ifaçı Afət Fərmanqızı ilə olan məhkəmə proseslərindən bəhs edib:

"Nə vaxta kimi üç aydan bir "oliqarx ərim" dediyinin maşınından sürgün həyatının "gözəlliyindən" video paylaşıb özünə təsəlli verəcəksən? Nə vaxta kimi toylar süfrəsinə möhtac qalıb reklamla paltar geyinəcəksən!? Maraqlıdır sadəcə. Cavab verməyə bilərsən, çunki susmaq daha çox işinə yarayır. Təkrar edirəm sənə, məni heç yaxşı tanıtmadılar. Sən isə heç arif olmadın ki, deyilən sözdən nəticə çıxarasan! Qarşıdan gələn ad gününə hədiyyəni məndən gözlə. Qayıt Vətənə, rus pasportunu da gətir. "Ad günü" demişkən, yadıma ad günümə sənin və Ülviyyənin (jurnalist Ülviyyə Alovlu - red.) mənə hazırladığınız gecikmiş və uğursuz "təbrikiniz" düşdü. Çağrılan hər yerə "canla-başla gələn" Ülviyyəni məhkəmə yenə tapa bilmir və noyabrın 14-ü 5-ci dəfə məcburi gətirilmə ilə məhkəmə təyin olunub. Çox qəribədir ki, bu üç ildə səni axtarıb tapa biləməyən polis 15 günə tapa biləcəkmi!?

Ülviyə, günəş tutulması da oldu. Sonra bilmədim demə! Və bir də heç bir dövlət qurumu nə jurnalist, nə publisist kimi səni tanımadığını Binəqədi rayon məhkəməsinə təqdim etdim".

Qeyd edək ki, F.Kərimova da Fərmanqızını məhkəməyə verib. Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə ittiham olunmasını tələb edir.

Xatırladaq ki, bir neçə aydır A.Fərmanqızı ilə Xalq artisti Flora Kərimova arasında məhkəmə çəkişməsi davam edir.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 4442   Tarix: 29 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Mən əməliyyatda olanda bacımın ürəyi gedib"

"Oğlum da, qızım da, bacım da etiraz etdi. Hara gedirdimsə, deyirdilər ki, əməliyyat etdirmə. Amma mən qərar vermişdim, özümü buna hazırlamışdım". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli TMB-də qonaq olarkən deyib. Abdominoplastika əməliyyatı keçirən müğənni həmi

31.10.2026 513
.

Corcinanın qısqanclığı Ronaldoya 100 milyon dollara başa gəldi

Ulduz futbolçu Kriştiano Ronaldonun özəl təyyarəsində çalışan qadın pilotu işdən çıxardığı iddia olunur. Bu qərarın arxasında isə həyat yoldaşı Corcina Rodrigesin dayandığı bildirilir. xəbər verir ki, Ronaldonun təyyarəsində pilot kimi çalışan Sofiya Vens adlı qadınla futbolçu arasındakı yaxın münasibə

03.11.2026 791
.

"Yeraltı"nın cütlüyündən ilk birgə - Foto

Türkiyəli aktrisa Devrim Özkan ilk dəfə sevgilisi, aktyor Deniz Can Aktaşla birgə çəkilmiş fotosunu instaqram hesabında paylaşıb. Axşam.az xəbər verir ki, o, çimərlikdə birlikdə lentə alınan fotosunu izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, cütlük "Yeraltı" serialından sonra sevgili olub. Onla

31.10.2026 546
.

"Sevgi təkbaşına kifayət etmir"

Türkiyəli aktrisa Deniz Baysal boşandıqdan sonra sevgiyə olan münasibətini bölüşüb. Axşam.az xəbər verir ki, aktrisa bu hisslərin zamanla dəyişdiyini bildirib:. "Sevgi dediyimiz anlayışın mənası mənim üçün çox dəyişib. Həyatın və inancın özü sevgidir. Bizim sevgi kimi gördüyümüz şey kimyəvi bi

28.10.2026 833
.

Röyanın tanınmaz halda GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO

Xalq artisti Röya Ayxan bu dəfə fərqli və sirli obrazı ilə diqqət çəkib. Mavi üz boyası, al-qırmızı saçları və qeyri-adi görünüşü ilə kamera qarşısına keçən sənətçi Halloween bayramına özəl maraqlı çəkiliş etdirib. Beauty, Beast & Bugs" adlandırılan layihə həm konsepti, həm də vizual həlli il

01.11.2026 793
.

"Başkalarının hayatı" da yayımlanmayacaq

"Başkalarının hayatı" serialının da yeni bölümü sabah yayımlanmayacaq. Axşam.az xəbər verir ki, bu qərar reklam gəlirlərinin aşağı olması ilə əlaqədar qəbul edilib. Qeyd edək ki, eyni səbəbdən cümə axşamı "Halef", "Sevdiğim Sensin" və "Muhtemel Aşk" seriallarını

31.10.2026 530
.

"Avroviziya 2027" ilə bağlı ilk detallar açıqlandı

"Avroviziya" mahnı müsabiqəsinin 2027-ci ildə keçiriləcək yarışmasında iştirak edəcək ölkələrin siyahısı açıqlanıb. Axşam.az xəbər verir ki, Avropa Yayım Birliyi (EBU) müsabiqədə 36 ölkənin ictimai yayımçısının iştirakını təsdiqləyib. Təmsilçilər gələn ilin mayında Bolqarıstanın Burqas şəhərind

28.10.2026 675
.

Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto

Türkiyəli müğənni Rafet El Romanın evlənməyə hazırlaşdığı azərbaycanlı xanımın kimliyi bəlli olub. Axşam.az türk mediasına istinadən xəbər verir ki, ifaçı Rəhimə Hacıyeva adlı xanımla nişanlıdır. Sosial şəbəkələrdə cütlüyün birgə çəkilmiş fotosu da yayılıb. Məlumata görə, Rəhimənin 32 yaşı var və o

25.10.2026 1037
.

Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu

Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib

31.10.2026 773
.