Hava bu tarixdən kəskin dəyişir - XƏBƏRDARLIQ!

Hava bu tarixdən kəskin dəyişir - XƏBƏRDARLIQ!"Bakıda və Abşeronda ayın 5-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Bayram günlərində isə havanın temperaturu aşağı düşəcək".

BiG.AZ xəbər verir ki, bu sözləri lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, həftə sonu dağlıq ərazilərdə qar yağacaq:

"Noyabrın 5-də rayonlarda əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin axşama yaxın yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı güman edilir. Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu aran rayonlarında 17-21, dağlarda isə 5-10 dərəcə isti olacaq.

Noyabrın 6-da bəzi yerlərdə hava şəraiti yağmurlu olacaq. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında dumanlı hava və qərb küləyi əsəcək. Temperatur aran rayonlarında gündüz 13-17, dağlarda isə 3-7 dərəcə isti olacaqdır.

"Bakıda və Abşeron rayonunda isə ayın 5-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcəkdir. Havanın temperaturu gündüz 15-17 dərəcə isti olacaq.

Noyabrın 6-da isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Şimal-şərq küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq. Temperatur da 11-13 dərəcə isti olacaq".

Baş hidroloq bayram günlərində paytaxtda havanın temperaturunun aşağı düşəcəyini açıqlayıb:

"Aylıq hava proqnozunda qeyd etdiyimiz kimi, noyabrın ilk 10 günlüyünün ikinci yarısında hava şəraitinin bir qədər qeyri-sabit keçəcəyi, temperaturun aşağı düşəcəyi gözlənilir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2026   Tarix: 04 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"​Metbuat.az" 9 yaşında!

Bu gün xəbər saytının fəaliyyətə başlamasından 9 il ötür. 2017-ci il 21 fevral tarixində fəaliyyətə başlayan " ötən 9 il ərzində operativliyi və etibarlılığı əsas prinsip kimi qəbul edərək geniş oxucu auditoriyasını formalaşdırıb. Qısa müddətdə öz dəst-xətti ilə seçilən sayt bu gün aparıcı onlay

21.02.2026 166
.

Azərbaycanda istehlak bazarı 5 %-ə yaxın artıb

Bu ilin yanvar ayında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 6,8 milyard manat təşkil edib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə müqayisəli qiymətlərl

21.02.2026 150
.

Azərbaycan gücləndikcə niyə eyni ssenari təkrarlanır? - VİDEO

Son illərdə maraqlı bir mənzərə formalaşıb: Azərbaycan beynəlxalq arenada hansısa ciddi uğur əldə edən kimi, paralel şəkildə xaricdə siyasi qalmaqallar, etiraz aksiyaları və mediada eyni məzmunlu tənqidi materiallar peyda olur. Bu artıq təsadüf kimi görünmür. Vaşinqtonda baş verən son hadisələr də məh

00:05 99
.

Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

Binəqədi rayonunda çalışdığı avtoyuma məntəqəsində "Hyundai" markalı avtomobili qaçırmaqda şüphəli bilinən şəxs saxlanılıb. BİG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı B.İsmayılov saxlanılıb

21.02.2026 189
.

Boris Conson Ukraynaya qeyri-hərbi kontingent göndərməyə çağırıb

Böyük Britaniyanın sabiq Baş naziri Boris Conson London və onun müttəfiqlərini qısa müddətdə Ukraynaya qeyri-döyüş hərbi kontingentlər göndərməyə çağırıb, onun fikrincə, belə bir addım Rusiyanın gələcək hərəkətlərinə təsir göstərə bilər. "Report" BBC-yə istinadən xəbər verir ki, o bunu "Sunda

21.02.2026 93
.

Gürcüstan Azərbaycandan Ermənistana neft tranziti üçün simvolik tarif müəyyən edib

Gürcüstan Azərbaycandan Ermənistana neft məhsullarının daşınması üçün simvolik qiymət müəyyən edib. -ın xəbərinə görə, bu barədə "Sputnik Gürcüstan" nəşri məlumat verib. Məlumata görə, rüsumlar İrəvanda iqtisadiyyat naziri Mariam Kvrivişvili ilə Ermənistanın Ərazi idarəetmə və infrastruktu

21.02.2026 149
.

"TIR-dan 63 kq narkotik çıxdı, yaşlı atam günahsız yerə həbsə düşdü"

"40 ildir TIR sürücüsü olan atam 2025-ci il sentyabrın 12-dən Naxçıvanda cəzaçəkmə müəssisəsində saxlanılır". BİG.AZ xəbər "Qafqazinfo"ya istinadla xəbər verir ki, bunu həbsdə olan Miribrahim Kərimovun oğlu Mirağa Kərimov deyib. Atasının günahsız olduğunu hesab edən şikayətçinin sözlərin

21.02.2026 154
.

VACİB XƏBƏR! Sabah bu ərazilərdə SU OLMAYACAQ

Magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar görüləcək işlər çərçivəsində Sumqayıt şəhəri, Abşeron və Qaradağ rayonlarının bir hissəsinə suyun verilməsində fasilə yaranacaq. BİG.AZ xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirili

21.02.2026 328
.

Ötən ay Azərbaycanda 18 milyon tondan çox yük daşınıb

Bu ilin yanvar ayında Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 18,3 milyon ton yük daşıyıb. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni ayı ilə 0,1 milyon ton və ya 0,5 % azdır. Hesabat dövründə nəqliyyatçılar 167,8 milyo

21.02.2026 187
.

TOP MP3