"Yaxşı insandır, amma sənəti yoxdur, Allah məndə insanlara sevgi verib..."
"Xalqımın qarşısında hər zaman borcluyam. Heç vaxt məni sevən, məni arzulayanlardan sevgimi əsirgəməmişəm. Sevənlərim evimə də çox gəlib, qapımı da onlara açıram, onlarla görüşürəm də. Başqa cür ola da bilməz. O qədər evimə məktublar gəlir ki. Onların hər birini vaxt edib oxuyuram da. Hamısı da yazır ki, "bu gün sizi dünəndən çox sevirəm". Demək ki, sevgi günü-gündən artır".
BiG.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Nazpəri Dostəliyeva deyib. O daha sonra toylara getməsinə də münasibət bildirib.
"Məlum səbəblərdən toylara getmirdim. Amma mən gördüm ki, bu müddətdə tamaşaçılarımın sevgisi daha da artdı. Onlar məni qoymadılar ki, sənətdən uzaqlaşım. Mənə ruh verdilər, elə sözlər dedilər ki. Bu bir tərəfə bükülüb, atılası sənət deyil axı. Ailəvi dostumuzun toyunda çıxış etdim, daha sonra da dəvət olunduğum toylara getdim. Allah xalqımıza hər zaman gözəl toylar nəsib etsin. Hər bir ana öz övladının toyunda qol qaldırıb oynasın", - deyə sənətkar bildirib.
Sənətkar gənclərə tövsiyyə də edib.
"Oxumaq, sənət elə bir şeydir ki, ona məcburiyyət olmaz. Sənət varsa o istedad bir yandan parıldayıb çıxacaq. Bəzən çox eşidirik ki, yaxşı insandır amma sənəti yoxdur, yaxud da əksinə. Onda xoşbəxt olmuşam ki, Allah məndə insanlara sevgi də verib. Sənətə yeni gələn gənclərə hər zaman tövsiyyə etmişəm ki, özünüzü tərifləməyin, özünüzdən danışmasın. Qoy bunu başqaları sizin haqqınızda desin. Özünüzü tərifləyən adamlara mən aciz kimi baxıram. Onun sənəti də zəifdir, insan kimi xarakteri də", - deyə xalq artisti bildirib.
Xalq artisti son yeniliklərindən də danışıb.
"Şəhidlər üçün çox mahnılar oxumuşam. Bəzilərinin sözlərini elə həmin şəhidlərin ailə üzvəri-anaları, həyat yoldaşları yazıb. Mən də onu bəstəkarlara təqdim edib, hazırlamışam. Bir neçə mahnılarım da var, lentə almalıyam. Müğənni Tunar da həyatıma həsr etdiyi mahnı var. Mən artıq sənətə qayıtmışam, gücümü bir daha göstərməliyəm. Tamaşaçılar üçün yaşayıb, onlar üçün oxumalıyam", - deyə sənətkar bildirib.
Xalq artisti dillərə əzbər olan "Bağışla ana" mahnısından da danışıb.
"Bağışla ana" mahnısının sözlərini Nüsrət Kəsəmənli, musiqisini isə Cabbar Musayev yazmışdı. Bu mahnını oxuyanda aylarla studiyadan çıxa bilmirdim. Çünki oxuya bilmirdim, qəhər məni boğurdu. O ərəfələrdə mənim anama həsr etdiyim bir şeirim də oldu. Çox çətin günlər keçirirdim", - deyə sənətkar bildirib.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Bütün dünya bizim toyumuzdan danışacaq"
Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd
16.09.2021 2225 Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO
Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas
16.09.2021 7167 Orxan Gəncəbayın oğlu evləndi - VİDEO
Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb
16.09.2021 3352 "Kalp yarası"nda yeni aktyor - Foto
Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək
17.09.2021 3104 Beyonsun 500 milyonluq özəl günü - Fotolar
Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar
16.09.2021 2230 "Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO
Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz
16.09.2021 4761 Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"
Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml
18.09.2021 4164 Xəyanət iddialarını yalanladı
Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"
17.09.2021 2431 Fahriye Karan üçün 15 dayə dəyişdi
Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"
16.09.2021 2609