FHN: Ötən sutka ərzində 17 yanğına çıxış olub, 10 nəfər xilas edilib
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-dən BiG.AZ-a verilən məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında aidiyyəti qurumlar tərəfindən ötən sutka ərzində 17 yanğına çıxış, beş halda köməksiz vəziyyətdə qalma və bir avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 10 nəfər, o cümlədən Bakı şəhərinin Xəzər rayonunda "KamAZ" markalı yük avtomobili ilə "Nissan" markalı minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış bir nəfər xilas edilib, yanğın zamanı 25 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 475 Tarix: 13 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Mona Liza" tibbin 346 il sonra təsvir etdiyi xəstəliyi gizlədirmiş
XVI əsrin əvvəllərində Leonardo da Vinçi tərəfindən yaradılmış məşhur "Mona Liza" əsəri tibbin yalnız XIX əsrdə rəsmi şəkildə təsvir etdiyi irsi xəstəliyin tarixdə ilk vizual təsviri ola bilər. Söhbət ailəvi hiperxolesterinemiyadan gedir. Bu genetik pozuntu nəticəsində orqanizm "pis"
22:30 83 Tramp İranın sülh planına "qəbuledilməz" cavabını rədd etdi və neft qiymətləri artdı
Prezident Donald Trampın İranın ABŞ-ın sülh təklifinə cavabını tez bir zamanda rədd etməsi, 10 həftəlik münaqişənin uzanacağı və Hörmüz boğazından keçən gəmiçiliyin iflic vəziyyətinə düşəcəyi ilə bağlı narahatlıqlar fonunda bazar ertəsi günü neft qiymətlərinin kəskin şəkildə artmasına səbəb oldu. BİG.A
09:50 218 Paşinyan Putinə cavab verdi: Referendum...
Hazırda Ermənistanda Avropa Birliyi (AB) və ya Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçim edilməsi ilə bağlı referendum keçirməyə ehtiyac yoxdur. APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. "Bu, yalnız obyektiv zərurət yarandığı zaman keçiriləcək"
18:15 182 Türkiyə səfiri: "Azərbaycanla münasibətlərimiz tarixdə ən yüksək mərhələni yaşayır"
Türkiyə vəAzərbaycan arasında münasibətlər tarixdə ən yüksək mərhələni yaşayır. "Report" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün 1992-ci ildə Türkiyənin ilk çini fabriki olaraq qurulan və 300-ə yaxın satış nöqtəsi ilə 60 ölkədə fəaliyyət göstərən "Seranit"
18:45 156 Tünzalə Ağayeva "Yenidən başlayaq" söylədi - VİDEO
Xalq artisti Tünzalə Ağayeva növbəti dəfə pərəstişkarlarını sevindirib. xəbər verir ki, pop ulduz yeni musiqili layihəsini təqdim edib. "Yenidən başlayaq" adlanan mahnının musiqisi Xalq artistinin özünə sözləri isə Zaur Zeynalova məxsusdur. Mahnıda klarnet parçasını Pərviz Əlikramoğlu ifa edib
16:28 211 Almaniya müdafiə naziri Kiyevə səfər edib
Almaniyanın müdafiə naziri Boris Pistorius 11 may, bazar ertəsi günü Kiyevə səfər edərək Ukrayna rəhbərliyi ilə danışıqlara başlayıb. Görüşlərin əsas mövzusu iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi olub. xəbər verir ki, bu barədə "n-tv" məlumat yayıb. Səfər təhlükəsizli
21:45 99 İsrail ordusu Hizbullah terror təşkilatının İsrailə atdığı pilotsuz təyyarəni ələ keçirdi
İsrail Hərbi Hava Qüvvələri bazar günü axşamı şimali İsrailə düşmən təyyarəsinin sızması barədə xəbərdarlıq edən siren səslərindən sonra "şübhəli hava hədəfi"ni ələ keçirib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələri bildirib ki, pilotsuz təyyarə Livanda
10:58 212 Sabah da isti olacaq
Mayın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-18 isti, gündüz 25-2
14:05 215 Netanyahu: "Müctəba Xameneyi sağdır, amma atasının gücünə əsla sahib deyil"
İsrailin baş naziri Benyamin Netanyahu CBS telekanalının "60 Minutes" verilişinə müsahibəsində İranın ali rəhbəri Müctəba Xameneyinin vəziyyəti ilə bağlı sualı cavablandırıb. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Netanyahu bildirib ki, onun fikrincə Müctəba Xameneyi sağdır, ancaq vəziyyət
10:38 244