İstanbuldakı partlayışda 6 nəfər ölüb, 81 nəfər yaralanıb - YENİLƏNİB + FOTO
"Belə görünür ki, qadın hesab etdiyimiz terrorçunun bombanı partlatması nəticəsində terror aktı olub".
Bunu istanbuldakı partlayış yerində olan Türkiyənin vitse-prezident Fuat Oktay deyib.
"6 nəfəri itirmişik, onlardan 4-ü hadisə yerində həlak olub. 81 yaralımız var, onlardan 2-sinin vəziyyəti ağırdır", - deyə o, bildirib.
"Biz qərarlıyıq. Bu hadisələrin arxasında kim dayanırsa, dünyanın harasına getsə də, cavab verəcək. Bu işi tezliklə çözəcəyik. Bu terrorçuların arxasında kim dayanırsa, cavab verəcək", - deyə Oktay əlavə edib.
Qeyd edək ki, hazırda Fuat Oktayla yanaşı, daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Bəkir Bozdağ da hadisə yerindədirlər.(oxu.az)
Mənbə: TRT
21:25
OdaTV İstanbulun mərkəzində baş verən partlayışda şübhəli bilinən qadının fotosunu yayıb.
Jurnalistlərin sözlərinə görə, bu qadın çiynindəki çantanı İstiqlal küçəsində qoyaraq ərazidən uzaqlaşıb.
Sonradan məhz həmin yerdə partlayış baş verib.
19:24
İstanbulda partlayış qurbanlarının sayı artıb.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
Onun sözlərinə görə, hadisə nəticəsində 6 nəfər ölüb. Yaralıların sayı 53-ə çatıb.
"Bu hadisədən terror qoxusu gəlir. Hazırda 6 nəfər ölü və 53 nəfər yaralı var. Cinayətin səbəbkarları layiqli cəzalarını alacaqlar. Türk millətini terrorla ram etmək mümkün deyil", - deyə dövlət başçısı bildirib.(oxu.az)
19:05
İstanbulda baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 38 nəfər yaralanıb.
Bunu şəhər valisi Əli Yerlikaya açıqlayıb.
Qeyd edək ki, yerli hakimiyyət orqanları şəhər əhalisi və turistlər arasında çaxnaşma yaratmamaq üçün bir müddət hadisənin işıqlandırılmasına və onunla bağlı xəbərlərin dərcinə qadağa qoyub.
Bu qərar həm də insidentin araşdırılmasına mane olmamaq üçün verilib.(oxu.az)
18:36
İstanbul Prokurorluğu şəhərdə baş vermiş partlayışı terror aktı kimi təsnif edib.
Hadisə zamanı ölən və zərərçəkənlərin kimliyi barədə hələ ki məlumat verilmir.
İnsidentin təfərrüatı araşdırılır.(oxu.az)
18:20
İstanbulda baş verən partlayışda zərərçəkənlərin sayı artıb.
Son məlumatlara görə, hadisə nəticəsində 5 nəfər ölüb.
Həmçinin, 36 nəfərin yaralandığı bildirilib.
17:58
İstanbulda baş verən partlayışda ən azı dörd nəfər həlak olub.
Bu barədə yerli mətbuatda məlumatlar yayılıb.
Hadisənin terror aktı olması ehtimalları araşdırılır.(oxu.az)
17:49
İstanbulun İstiqlal Prospektində partlayış baş verib.
Məlumata görə, əraziyə çox sayda xilasetmə, polis və tibbi personal göndərilib.
Bildirlib ki, partlayışın baş verdiyi bölgədə təhlükəsizlik tədbirləri görülüb.
Hadisə nəticəsində çox sayda yaralıların olduğu qeyd edilib.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2695 Tarix: 13 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
15:40 128 Rəcəb Tayyib Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər" - Video
"Azərbaycanın 44 günlük müharibədə qazandığı şanlı Qələbə bütün Türk dünyasında sevinc doğurmaqda davam edir və tarixi ədalətin bərpasının göstəricisidir". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevl
17:41 92 "Vətən uğrunda şəhid olmaq mənim üçün şərəfdir" - Veteranın müharibəyə getmək qərarı
"27 sentyabr hadisələri başlayanda evdə idim. Həmin gün anamı kənara çəkərək müharibəyə getmək istədiyimi bildirdim. Anam qərarıma hörmətlə yanaşdı və istəyimə qarşı çıxmadı. Bundan sonra səfərbərlik xidmətinə müraciət etdim. Lakin atamın olmaması və ailənin yeganə oğlu olmağım nəzərə alınaraq
14:41 161 Kişi icazəsiz evdən çıxan arvadını telefonla döydü
Kürdəmirdə kişi arvadını döyüb. Hadisə şəhər ərazisində qeydə alınıb. 54 yaşlı Cəfər İmanov (şərti adla) yaşadıqları evdə ondan icazəsiz tikinti materialları satışı mərkəzinə gedən arvadı ilə mübahisə edib. Mübahisə zamanı Cəfər əlindəki mobil telefonla arvadının sifət və sinə nahiyəsinə bir neçə dəf
15:00 172 İranda nüvə hücumuna hazırlıq başladı: Əhaliyə yod paylayır
ABŞ-nin ehtimal olunan zərbəsi ilə bağlı yaranan təşviş fonunda İran hökuməti nüvə obyektlərinin yaxınlığında yaşayan sakinlərə yod həbləri paylamağa başlayıb. xəbər verir ki, bu barədə "The Times" nəşri İranın Səhiyyə Nazirliyinin nümayəndəsinə istinadən yazıb. Bildirilib ki, dərman preparatlar
17:30 100 ABŞ İraqdan sərhəd keçid məntəqələrini bağlamasını istəyib
ABŞ İraqdan İranla ikisi istisna olmaqla bütün sərhəd keçid məntəqələrini bağlanmasını istəyib. "Report" xəbər verir ki, məlumatı "əl-Cəzirə" telekanalı İraqın Xarici İşlər Nazirliyinə istinadən yayıb. Bildirilib ki, rəsmi Bağdad Tehrana dostluq və ittifaqa hazır olduğunu çatdırs
15:50 133 Ölkə başçısı: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"
"Bu gün artıq Ermənistanla Azərbaycan arasında normallaşma prosesi gedir və ümid edirəm ki, bu proses konkret nəticələrə gətirib çıxaracaq". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib
16:17 143 İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur"
"Böyük coğrafiyanı əhatə edən ərazidə Türkiyə-Azərbaycan birliyi önəmli amildir. Bu sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında söyləyib. "Bi
16:34 143 Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilib - YENİLƏNİB+Foto
Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilib. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb. 14:57. Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezident
16:15 166