"Tamaşaçımızı televiziyamızdan küsdürdük"
"Bu gün televiziya rəqabətə dözümlü olmalıdır, çünki indi pult tamaşaçının əlindədir və onun kanalı dəyişməyi üçün bir saniyə kifayətdir".
OLAY yazır ki, bu fikirləri ARB-24 kanalına müsahibəsində Xəzər Media Mərkəzinin Baş direktoru Murad Dadaşov deyib.
Qanunveriliciyin tələblərinin televiziyalar üçün daha ciddi olduğunu söyləyən Dadaşov sosial şəbəkələrdə bu məsuliyyətin olmadığını və məlumatın dəqiqliyinin şübhə doğura biləcəyəni deyib.
Mərkəzin rəhbəri hazırda mediada aparılan islahatların nəticələri barədə də danışıb:
"Yeni ildən biz artıq medianın yeni ölçü sisteminin işinin bəhrəsini görəcəyik. Əvvəlki reytinqlərin ölçü sisteminin fəaliyyəti ona gətirib çıxardı ki, tamaşaçımızı televiziyamızdan küsdürdük və o qədər də tələbkar olmayan tamaşaçı auditoriyasının ixtiyarında qaldıq. İntellektual verilişlər arxa plana keçdi. Əslində, bütün dünyada hazırda vəziyyət belədir. Televiziya bizə ənənəvi proqram verir, telefon sayəsində isə nəyə baxacağımızı özümüz müəyyənləşdiririk".
Murad Dadaşov reytinqə əsaslanaraq fəaliyyət göstərməyin çətinliyindən bəhs edib:
"Bu gün televiziyaların idarəçiləri üçün əsas məsələ həm reytinq, həm maarifləndirmə, həm də informasiyanı tamaşaçıya çatdırmaq arasında balansı tutmaqdır. Reytinqə qalsa, biz tamamilə başqa verilişlər göstərməliyik. Bizim sahənin coğrafi baxımdan çətinliyi odur ki, tamaşaçımız rusca, ingiliscə, türkcə verilişlərə baxa bilir. Bu səbəbdən də Azərbaycan televiziyaları reklam bazarını həm də burada itirir. Amma yerli kanalların istehsal etdiyi keyfiyyətli məhsul, proqramları və serialları yenə də baxılır".
Xəzər Televiziyasında fəaliyyətinin çətin dövrə təsadüf etdiyini vurğulayan Murad Dadaşovun sözlərinə görə, vizual dəyişikliyi görmək üçün hələ ki tezdir:
"Əslində, komanda ruhlu insanam. Xəzər Televiziyasına rəhbər təyin olunandan qısa müddət sonra pandemiya başladı, sonra da Vətən müharibəsi oldu və kanalın əsas gəlir gətirən formatı, yəni əyləncəli-musiqili verilişlər arxa planda qaldı. O dövr ərzində kollektivin maaş fondunun zamanında yığılması, çatışmayan avadanlıqları almaq, internet platformasını genişləndirmək qarşımda böyük vəzifə idi. Vaxtilə Xəzər telekanalı çox nüfuzlu xəbər kanalı idi, amma mən gələndə bura daha çox əyləncəli kanal kimi tanınmışdı. Artıq biz Xəzər İnformasiya Agentliyi yaratmaq istiqamətində işlər görürük, müxtəlif platformalarda keyfiyyətli filmlərimiz də nümayiş olunur".
Murad Dadaşov cəmiyyətdə radioya münasibətlə bağlı yanlış təsəvvürlərin olduğunu deyib:
"Reytinq monitorinqi olmadığı üçün bizə elə gəlir ki, Azərbaycanda radionu ancaq sürücülər dinləyirlər. Lakin bu, belə deyil. Biz bu gün nəinki radionu, həm də rəqəmsal platformaları nəzərə almalıyıq. Bütün bunlar hamısı informasiyanın auditoriyaya çatdırmaq üçündür. Bu gün tematik radioların olması çox vacibdir".
M.Dadaşov son olaraq ilin sonunda Xəzər Media Mərkəzində maraqlı yeniliyin olacağını da açıqladı. Mərkəz rəhbəri bu yenilikdən təfərrüatı ilə ilk məhz tamaşaçılarımızın xəbər tutacağına da işarə verdi.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNailə İslamzadədən danışan Çingiz Abdullayev: "40 il əvvəl atam sevirdi, indi mən..."
Xalq yazıçısı Çingiz Abdullayev etirafı ilə diqqət çəkib. xəbər verir ki, "Qonaqcanlı" verilişinə dəvət olunan yazıçı Əməkdar artist Nailə İslamzadəyə olan rəğbətindən danışıb. "40 il əvvəl Nailə xanımı atam sevirdi, indi də mən sevirəm. Onu görəndə inanmadım ki, necə belə yaxşı qalıb
03.11.2026 641 Firəngiz Mütəllimova bu səbəbdən AİLƏ QURA BİLMƏYİB
Xalq artisti Firəngiz Mütəllimova "Görüş yeri" verilişində şəxsi həyatı ilə bağlı açıqlama verib. BİG.AZ Axşam.az-a istinadla xəbər verir ki, sənətçi ailə həyatı qura bilməməsinin səbəbindən danışıb:. "Mən gənc qız idim. Ailə həyatı qura bilmədim. Niyə? Çünki elə düşünürdüm ki, hamı "Sən
31.10.2026 763 Xoşqədəm TANINMAZ HALDA - FOTO
Aparıcı Xoşqədəm Baxşəliyeva sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, o, şəxsi "Instagram" hesabında yeni görüntülərini paylaşıb. Fotoda aparıcının çəki alması və dəyişimi diqqətdən qaçmayıb. Onun paylaşımı marağa səbəb olub. Həmin fotoları təqdim edirik:
00:06 278 Röya Ayxan: "Gəlinimlə yaşamaq istəmirəm!"
Xalq artisti Röya Ayxan yeganə övladı Hüseyn Cəlilovdan danışıb. xəbər verir ki, sənətçi övladının hazırda Londonda Ali təhsil aldığını və orada yaşadığını bildirib. "Oktyabrın 25-də 17 yaşı tamam olacaq. Həftədə bir dəfə bu barədə mənə yazır ki, "Ana, sən mənə nə vaxt ayrı ev tutacaqsan? Mə
29.10.2026 823 "Başkalarının hayatı" da yayımlanmayacaq
"Başkalarının hayatı" serialının da yeni bölümü sabah yayımlanmayacaq. Axşam.az xəbər verir ki, bu qərar reklam gəlirlərinin aşağı olması ilə əlaqədar qəbul edilib. Qeyd edək ki, eyni səbəbdən cümə axşamı "Halef", "Sevdiğim Sensin" və "Muhtemel Aşk" seriallarını
31.10.2026 530 Anasının evində əşyalara əl vurulmasını qoymur
Aparıcı Kamilə Babayeva bir müddət əvvəl vəfat edən anasının evindən görüntülər paylaşıb. Axşam.az xəbər verir ki, aparıcı anasının yoxluğundan sonra evdəki əşyaların yerini dəyişmədiyini bildirib. O, anasının sağlığında hər şeyi necə qoyubsa, elə də saxladığını qeyd edib. K.Babayeva anasının eyvanda
07.11.2026 329 Britni Spirs maddi dəstəyi dayandırdı, keçmiş əri borca düşdü
Müğənni Britni Spirsin keçmiş həyat yoldaşı, rəqqas Kevin Federlayn eks-arvadının maddi dəstəyi dayandırıldıqdan sonra ciddi borc problemi ilə üzləşib. "Page Six" nəşrinə istinadən xəbər verir ki, kredit kartı borcuna görə Federlayn barəsində məhkəmə iddiası qaldırılıb. Nəşrin əldə etdiyi məhkəm
01.11.2026 486 Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Türkiyəli müğənni Rafet El Romanın evlənməyə hazırlaşdığı azərbaycanlı xanımın kimliyi bəlli olub. Axşam.az türk mediasına istinadən xəbər verir ki, ifaçı Rəhimə Hacıyeva adlı xanımla nişanlıdır. Sosial şəbəkələrdə cütlüyün birgə çəkilmiş fotosu da yayılıb. Məlumata görə, Rəhimənin 32 yaşı var və o
25.10.2026 1037 Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu
Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib
31.10.2026 773