52 yaşlı kişi qızının toyu günü niyə öldürülüb? - TƏFƏRRÜAT
Bu il mayın 29-da Bərdə rayonunun Mirzəcəfərli kəndində atasını qətlə yetirən 2000-ci il təvəllüdlü Kənan Fərzəliyevin məhkəməsi başa çatıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində K.Fərzəliyev Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 221.3-cü (xuliqanlıq niyyətilə və xüsusi amansızlıqla adamöldürmə, silah tətbiq etməklə xuliqanlıq) maddələri ilə təqsirləndirilib.
Hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, hadisənin baş verdiyi gün həmin kənddə yerləşən "Muğan Məkan" şadlıq evində Kənan Fərzəliyevin bacısının toyu olub. Toyda o, spirtli içkilər qəbul edərək sərxoş olub. Toy mərasiminin normal gedişinə mane olacağından ehtiyat edən Kənanın dayısı ona yaxınlaşaraq daha içki qəbul etməməsini və dava salmamasını deyib. Lakin gənc oğlan dalaşaraq musiqiçilərə hücum edib və onların əyləşdikləri masanı aşırıb. Bundan sonra atası Bulud Fərzəliyev və dayısı Kənanı dilə tutmağa çalışıblar. Kənanın bibisi oğlanları onu zorla şadlıq evindən kənarlaşdırıb və maşına əyləşdirərək yaşadığı evə gətiriblər. Bu zaman Kənanın köynəyi də cırılıb. Onlar Kənanı evdə otağa salaraq qapını bağlayıblar.
Kənan isə otaqdakı tüfəngi götürüb, daha sonra pəncərəni açaraq həyətə tullanıb və silahla bibisi oğlanlarına tərəf atəş açıb. Tüfəngdən çıxan qırmalar dəmir qapıya dəydiyindən xəsarət alan olmayıb. Bundan sonra Kənanın bibisinin övladları toyun keçirildiyi şadlıq evinə qayıdıblar. Kənan isə evdə qalaraq onu bacısının toyundan çıxaran atası ilə dayısının gəlməsini və uyğun şərait yaranan kimi onları qətlə yetirməyi planlaşdırıb. Saat 21 radələrində Kənanın atası Bulud Fərzəliyev, anası, bacıları və bibisi evə qayıdıblar. O, saat 23 radələrində uyğun şəraitin yarandığını düşünərək gizlətdiyi silahı götürərək atasının olduğu otağa daxil olub və tüfəngi ona tuşlayıb. Bu zaman anası və bibisi də oraya gəliblər və yalvarmağa başlayıblar. Bütün yalvarışlara baxmayaraq, Kənan Fərzəliyev silahı 52 yaşlı atasının ürək nahiyəsinə tuşlayaraq ona atəş açıb. B.Fərzəliyev aldığı xəsarətlərdən vəfat edib.
Məhkəmədə K.Fərzəliyev törətdiyi əməldən peşman olduğunu deyib və əsas məqsədinin dayısını öldürmək olduğunu, onlara gəlmədiyindən acıqlı qaldığı üçün atasından da qisas almaq istədiyini bildirib.
Kənan Fərzəliyevin anası oğlunun gənc olduğunu, daha əvvəl məhkum edilmədiyini bildirərək onu bağışladığını deyib.
Məhkəməyə təqdim edilən və ərazi üzrə icra nümayəndəliyindən alınmış xasiyyətnamədə isə K.Fərzəliyev yaşadığı ərazi üzrə mənfi xarakterli şəxs kimi göstərilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr tarixli hökmü ilə K.Fərzəliyevə 17 il həbs cəzası verilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1662 Tarix: 17 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİranda nüvə hücumuna hazırlıq başladı: Əhaliyə yod paylayır
ABŞ-nin ehtimal olunan zərbəsi ilə bağlı yaranan təşviş fonunda İran hökuməti nüvə obyektlərinin yaxınlığında yaşayan sakinlərə yod həbləri paylamağa başlayıb. xəbər verir ki, bu barədə "The Times" nəşri İranın Səhiyyə Nazirliyinin nümayəndəsinə istinadən yazıb. Bildirilib ki, dərman preparatlar
17:30 0 Azərbaycanın və Türkiyənin birinci xanımları çay süfrəsi arxasında söhbət ediblər - Foto
Noyabrın 8-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan ilə çay süfrəsi arxasında söhbət ediblər. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb
17:39 0 Şəhid Elşən Əhmədlinin anası: "Qəhrəman böyütməyimdən xəbərim olmayıb" - Video
23 yaşında adını Zəfər tariximizə həkk etdi. Vətən müharibəsində döyüşlərə qatıldı, göstərdiyi şücaətlə fərqləndi. Son döyüşü isə noyabrın 8-də oldu. Şuşanın sıldırım qayalıqlarında gedən qızğın döyüşlər zamanı şəhidlik zirvəsinə ucaldı. Zəfər Gününü görə bilməsə də, tarixi qələbəmizin qazanılmasınd
13:11 150 Rumıniya sahillərində tankerdə beş nəfərin meyiti aşkarlanıb
Rumıniyanın Qara dəniz sahillərində ötən ay dron hücumuna məruz qalan tankerdə beş dənizçinin meyiti aşkarlanıb. xəbər verir ki, bu barədə "BurgasMedia" nəşri məlumat yayıb. Qeyd olunub ki, gəmiyə oktyabrın 15-də zərbə endirilib. Həmin vaxt tankerdə 12 dənizçi olub. Onlardan beşi xilas edilib
13:20 147 Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb
2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö
16:50 0 ABŞ İrandan silah daşınmasının qarşısını almaq üçün əməliyyat qrupu yaradıb
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın quru sərhədləri və Xəzər dənizi üzərindən silah daşınmasının qarşısını almaq vəzifəsi daşınan xüsusi tapşırıq qrupunun yaradıldığını elan edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) sosial şəbək
14:50 123 İrəvandan Tehrana TRIPP mesajı: "Layihə heç bir halda İrana qarşı yönəlməyəcək"
"İrəvan "Tramp marşrutu" (TRIPP) layihəsinin icrası zamanı heç bir halda İrana qarşı addımlar atmayacaq". TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib. "Biz heç vaxt İrana və ya hər hansı digər qonşumuza qarşı heç bir proses
14:20 141 Ölkə başçısı: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"
"Biz keçmişdə də bir yerdə olmuşuq, müharibə dövründə də bir yerdə idik, bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib. "Hesa
16:35 0 Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
"Türkiyə və Azərbaycan arasında əlaqələr gündəlik məsələ deyil, çox uzun əsrlərə söykənir və əbədi qardaşlıq, ortaq taledir". xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının İdarə Heyətinin üzvü, millət vəkili Kürşad Zorlu "Haber Global" telekanalına müsahibəsində deyib
17:44 0