Moldova Azərbaycan DİN-in təcrübəsini öyrənmək istəyir
Moldova Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) cinayətkarlıqla mübarizə və ictimai asayişin təmini sahəsində təcrübəsini öyrənmək istəyir.
"Report" xəbər verir ki, bu barədə Moldovanın Daxili İşlər Nazirliyinin Baş katibi Sergey Diyakonu Bakıda Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun qəbulunda olarkən bildirib.
V.Eyvazov Moldova ilə Azərbaycan arasında əlaqələrin və qarşılıqlı münasibətlərin getdikcə daha da dərinləşdiyini məmnunluqla vurğulayıb. Azərbaycan Respublikasının son illərdəki sürətli inkişafını şərtləndirən əsas amillərdən olan sabitliyin yaradıldığını, onun dönməzliyinin təmin olunduğunu qeyd edən nazir bildirib ki, kriminogen durumun tam nəzarətə götürülməsi, sabitliyin bərpası ilk növbədə vətəndaşlarımızın, həmçinin də əcnəbilərin respublikamızda təhlükəsiz, əminamanlıq şəraitində yaşayıb fəaliyyət göstərmələri üçün əlverişli mühit formalaşıb.
Nazir qeyd edib ki, Azərbaycanın Daxili İşlər Nazirliyi Moldovanın hüquq-mühafizə orqanları, o cümlədən Daxili İşlər Nazirliyi ilə münasibətlərin istər ikitərəfli, istərsə də çoxtərəfli formatda inkişaf etdirilməsinə böyük önəm verir. Bu əlaqələrin normativ-hüquqi bazası ilk növbədə qarşılıqlı hüquqi yardım göstərilməsi, təcrübə mübadiləsi və dövlətlərarası müqavilələrə əsaslanır.
Sergey Diyakonu belə səfərlərin iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın daha da genişləndirilməsinə yeni təkan verəcəyinə əminliyini, Moldova DİN-in də bu istiqamətdə öz səylərini əsirgəməyəcəyini, azərbaycanlı həmkarlarının cinayətkarlıqla mübarizə, ictimai asayişin təmini sahəsində əldə etdikləri müsbət təcrübənin öyrənilməsində maraqlı olduqlarını bildirib.
Görüşdə əməkdaşlığın prioritet istiqamətləri və perspektivləri, narkotiklərin qanunsuz dövriyəsi, habelə transmilli mütəşəkkil cinayətkarlığın digər növləri ilə mübarizə, informasiya mübadiləsinin intensivləşdirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
Qəbulda Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov da iştirak edib.
Səfər çərçivəsində S.Diyakonu DİN-in "102-Zəng Mərkəzi"nə, "Təhlükəsiz şəhər" Xidmətinə və Əlahiddə Çevik Polis Alayına gedərək həmin qurumların fəaliyyətləri ilə yaxından tanış olub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 766 Tarix: 17 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ-ın sanksiyaları sərtləşdirəcəyi gözlənildiyi üçün İran valyutası dollara qarşı rekord səviyyədə ucuzlaşıb
ABŞ-ın Maliyyə Naziri Skott Bessentin "düşmənə qarşı indiyə qədər təşkil edilən ən böyük maliyyə hücumu" ndan sonra İrana qarşı sanksiyaları gücləndirmək planlarını açıqlayacağı gözlənilir. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, İranın valyutası olan rial açıq bazarda rekord səviyyədə ucuzlaşara
24.08.2026 167 Qəbul olmayanlar üçün yeni şans - Tarix açıqlandı
Ali məktəblərə qəbul ola bilməyən abituriyentlər üçün vakant plan yerləri üzrə ixtisas seçiminin keçiriləcəyi tarix açıqlanıb. BİG.AZ xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin məlumatına görə, vakant yerlərə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq. Abituriyentlə
24.08.2026 165 Ögey atasını çəkiclə vuran oğulun məhkəməsi: "Anamı da içkiyə öyrətmişdi"
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə atalığına xəsarət yetirməkdə təqsirləndirilən Adəm İsgəndərovun cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib. xəbər verir ki, dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən A.İsgəndərov ona qarşı irəli sürülə
24.08.2026 170 Prezidentin Özbəkistana səfəri başa çatdı - Fotolar
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Qeyd olunub ki, Buxara Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Prezidenti Şavka
24.08.2026 166 Qızılın qiyməti yeni həddə
"Comex" birjasında oktyabr ayında çatdırılma ilə qızıl füçerslərinin qiyməti mayın 14-dən bəri ilk dəfə bir trua unsiyası üçün 4 700 dolları geridə qoyub. xəbər verir ki, bu barədə ticarət platformasının açıqladığı göstəricilərdə qeyd olunub. Bakı vaxtı ilə saat 06:10-a olan məlumata əsasən
24.08.2026 149 Səudiyyə Ərəbistanının Qırmızı dəniz sahillərində tankerə mərmi düşüb, UKMTO bildirib
Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının Yanbu liman şəhərinin 63 dəniz mili qərbində naməlum mərmi tankerə dəyib və nəticədə gəminin əsas göyərtəsində yanğın baş verib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, UKMTO-nun məlumatına görə
24.08.2026 162 Samsung 10 il əvvəl buraxdığı telefonları yenilədi
"Samsung" illər əvvəl istehsal etdiyi bəzi smartfon modelləri üçün gözlənilmədən yeni proqram təminatı yeniləməsi təqdim edib. xarici mediaya istinadən xəbər verir ki, yeniləmə "Samsung Galaxy S8" və "Galaxy Note 8" istifadəçiləri üçün əlçatan olub. Mütəxəssislər şirkəti
24.08.2026 165 Rusiyanın işğalı davam etdiyi bir vaxtda Avropa liderləri Ukraynanın Müstəqillik Günündə Zelenski ilə birlikdə Kiyevdədirlər
Avropa liderləri bazar ertəsi günü Kiyevdə Prezident Volodymyr Zelensky ilə birlikdə Ukraynanın Müstəqillik Gününü qeyd etmək üçün rəsmi tədbirlərdə iştirak ediblər. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, bu tədbirlər Rusiyanın ölkəyə 4 illik işğalını davam etdirdiyi bir vaxtda baş tutub
24.08.2026 187 Tramp sentyabrda İrlandaya səfər edəcək
ABŞ Prezidenti Donald Trampın sentyabrın 12-13-də İrlandaya səfər edəcəyi gözlənilir. "New York Post"un məlumatına görə, Tramp səfər zamanı İrlandiyanın Doonbeg şəhərində yerləşən qolf meydançasında keçiriləcək "Irish Open" turnirini izləyəcək. Məlumata əsasən, ABŞ liderinin səfə
24.08.2026 140