İnsanları "vampir"ə çevirən dəhşətli xəstəlik
Dünyada məşhur Vampir əfsanəsinin keçmişdə porfiriya xəstəliyindən əziyyət çəkən insanlar səbəbilə meydana çıxdığı deyilir.
"Medicina" xəbər verir ki, porfiriya nadir genetik qan xəstəliyidir. Bu xəstəlikdən əzab çəkən insanların orqanizmində hemoqlobinin tərkib hissəsi olan "hem" adlı maddənin əmələ gəlməsi üçün lazım olan müəyyən fermentlər yoxdur. Bu çatışmazlıq bədəndəki "porfirin" adlanan kimyəvi maddələrin toxumalarda və qanda toplanmasına səbəb olur. Çatışmayan ferment porfiriyanın növünü müəyyənləşdirir və müvafiq olaraq xəstəlik dəri və ya sinir sisteminə təsir göstərir.
Müxtəlif ferment səviyyələrində hemoqlobin istehsalının pozulması nəticəsində yaranan anemiya səbəbindən xəstələrin demək olar ki, bütün həyatı boyu qan əlavələrinə ehtiyacı var. Bundan əlavə, onlar günəşə çıxa bilməzlər, çünki işığa həssaslıq dəridə yaralara səbəb olur. Bu səbəbdən bəşər tarixinin ən köklü əfsanələrindən biri olan vampir hekayələrinin ortaya çıxmasında porfiriyanın təsiri olduğu görünür.
Keçmişdə insanlar bir çox xəstəlikləri fövqəltəbii güclərlə izah etməyə çalışdıqları üçün porfiriya xəstələrini vampir kimi təsvir ediblər. Məsələn, "dünyanın ən məşhur silsilə qadın qətilləri törədən şəxsi" kimi tanınan qrafinya Elizabet Batorinin də ağır porfiriya xəstəliyindən əziyyət çəkdiyi güman edilir. 16-cı əsrdə Macarıstanda yaşamış "Qanlı qrafinya" ləqəbli Batori bəzi mənbələrə görə işgəncə verərək öldürdüyü ən azı 650 kənizinin qanını içib.
Bəzi mənbələrdə bu xəstəliyin İngiltərə kralı III.Corcun "Dəli Kral" adlandırılmasına səbəb olduğu yazılır. Hətta rəssam Vinsent van Qoqun da bu xəstəlikdən əziyyət çəkdiyi iddia edilir.
Porfiriyadan əziyyət çəkən insanlar anemiya və qaraciyərin zədələnməsi ilə yanaşı müxtəlif simptomlarla qarşılaşırlar. Xəstəlik sinir sisteminə təsir edərsə; əzələ uyuşması, hissiyat itkisi, iflic, qəfil başlayan qarın ağrısı və sancılar, narahatlıq, şəxsiyyətin ikiləşməsi, qıcolmalar, paranoya, psixi pozğunluqlar, görmə və eşitmə pozuqluğu, halüsinasiyalar kimi nevroloji əlamətlər üzə çıxır.
Günəş işığına məruz qalma nəticəsində dəridə qabarcıqlar və yaralar meydana gəlir. Bəzən işığa qarşı həssaslıq o qədər dəhşətli olur ki, xəstələr qulaqlarını, burnunu və ya barmaqlarını itirə bilirlər. Nadir hallarda damaq çəkilir, dişlər daha böyük görünür.
Xəstəliyin adı yunanca "porphyra"- "bənövşəyi piqment" sözündən gəlir, çünki qıcolmalar zamanı xəstələrin nəcisi və sidiyi bənövşəyi rəngə çevrilir. Bununla belə, mütəxəssislər bildirirlər ki, dünyada porfiriya halları 50 000-də 1 görünür. Bu xəstəliyə məruz qalanların yalnız kiçik bir hissəsində belə ağır simptomlar müşahidə olunur və dünyada yalnız bir neçə yüz adamda bu əlamətlər var.
Xəstəliyin dəqiq müalicəsi hələ də tapılmayıb. Lakin müalicəsində müəyyən irəliləyişlər əldə edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1107 Tarix: 18 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRumıniya sahillərində tankerdə beş nəfərin meyiti aşkarlanıb
Rumıniyanın Qara dəniz sahillərində ötən ay dron hücumuna məruz qalan tankerdə beş dənizçinin meyiti aşkarlanıb. xəbər verir ki, bu barədə "BurgasMedia" nəşri məlumat yayıb. Qeyd olunub ki, gəmiyə oktyabrın 15-də zərbə endirilib. Həmin vaxt tankerdə 12 dənizçi olub. Onlardan beşi xilas edilib
13:20 147 Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilib - YENİLƏNİB+Foto
Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilib. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb. 14:57. Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezident
16:15 123 Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video
8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri
13:39 200 ABŞ İrandan silah daşınmasının qarşısını almaq üçün əməliyyat qrupu yaradıb
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın quru sərhədləri və Xəzər dənizi üzərindən silah daşınmasının qarşısını almaq vəzifəsi daşınan xüsusi tapşırıq qrupunun yaradıldığını elan edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) sosial şəbək
14:50 123 ABŞ İraqdan sərhəd keçid məntəqələrini bağlamasını istəyib
ABŞ İraqdan İranla ikisi istisna olmaqla bütün sərhəd keçid məntəqələrini bağlanmasını istəyib. "Report" xəbər verir ki, məlumatı "əl-Cəzirə" telekanalı İraqın Xarici İşlər Nazirliyinə istinadən yayıb. Bildirilib ki, rəsmi Bağdad Tehrana dostluq və ittifaqa hazır olduğunu çatdırs
15:50 98 "Reuters": Rubio Dövlət Departamentində nizam-intizamı gücləndirməyi tələb edib
ABŞ-nin dövlət katibi Marko Rubio Dövlət Departamentinin yüksəkvəzifəli əməkdaşlarından öz səlahiyyətləri çərçivəsində hərəkət etməyi tələb edib və hökumətdəki əlaqələrindən asılı olmayaraq qeyri-etik davranışa görə işdən çıxarılmalarla bağlı xəbərdarlıq edib. "Report" xəbər verir ki, bu barəd
16:40 0 İrəvandan Tehrana TRIPP mesajı: "Layihə heç bir halda İrana qarşı yönəlməyəcək"
"İrəvan "Tramp marşrutu" (TRIPP) layihəsinin icrası zamanı heç bir halda İrana qarşı addımlar atmayacaq". TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib. "Biz heç vaxt İrana və ya hər hansı digər qonşumuza qarşı heç bir proses
14:20 141 Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - Video
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb. Videonu təqdim edirik:
16:01 85 Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Şuşa qalası önündə foto çəkdiriblər. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb
17:42 0