Jurnalistlər üçün "Etika, müəllif hüquqları və jurnalistika" mövzusunda təlimlərə başlanılıb - FOTO

Jurnalistlər üçün "Etika, müəllif hüquqları və jurnalistika" mövzusunda təlimlərə başlanılıb - FOTONoyabrın 18-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə 40-a yaxın jurnalist üçün "Etika, müəllif hüquqları və jurnalistika" mövzusunda təlimlərə başlanılıb.

BiG.AZ xəbər verir ki, təlimin açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli bildirib ki, media etikası jurnalist peşəkarlığının əsas prinsipi olmalı, jurnalist peşəsinə sadiqlik nümayiş etdirməli, müəllif hüquqlarına hörmətlə yanaşmalı, təqdim etdiyi faktları təhrif etməməlidir.

O, daha sonra MEDİA Agentliyinin media nümayəndələrinin peşəkarlığının artırılması istiqamətində həyata keçirdiyi layihələrin əhəmiyyətini vurğulayıb.

ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva jurnalistlərin etik davranış qaydalarına riayət etməsinin vacibliyindən bəhs edib, belə təlimlərin ictimaiyyətə dolğun informasiya çatdırma funksiyasını ən yüksək şəkildə icra etməsi üçün media nümayəndələrinin fəaliyyətinə töhfə verəcəyini bildirib.

ADA Universitetində keçirilən təlimlərdə spiker kimi çıxış edən Tükiyənin bir çox media subyektlərində çalışmış, 4 il "The Washington Times"da köşə yazarı kimi fəaliyyət göstərmiş, 30 il xarici siyasət şərhçisi olmuş, bundan əlavə bir çox məqalələri "New York Times", "International Herald Tribune", "ForeignPolicy.com", "Daily Caller", "Daily Star", "Middle East Times" ve "SAIS Turkey Analyst Report" kimi media subyektlərində nəşr edilmiş Tülin Daloğludur. O, "Jurnalistikada etika və müəllif hüquqları nədir?", "Redaksiya siyasəti və jurnalist etikası: peşəkar dəyərlərin formalaşması", "Yeni media və etika: internet jurnalistikasında tez-tez rast gəlinən etik pozuntular", Medianın hazırki vəziyyəti - ictimai gözləntilər və jurnalistika prinsipləri" və s. mövzularında çıxış edəcək, interaktiv müzakirə sessiyalarında jurnalistləri maraqlandıran sualları cavablandıracaq.

Qeyd edək ki, 2 gün davam edəcək təlimlərin məqsədi jurnalist peşəsinin əsas prinsiplərinin, etika qaydalarının və müəllif hüquqlarının qorunmasının, ictimaiyyəti düzgün məlumatlandırmaq məsuliyyətinin vacibliyinin bir daha vurğulanmasıdır.

Əlavə məlumat üçün:
Email: [email protected]
Telefon: (012) 526-16-16
(994) 55-362-90-95

Jurnalistlər üçün "Etika, müəllif hüquqları və jurnalistika" mövzusunda təlimlərə başlanılıb - FOTOJurnalistlər üçün "Etika, müəllif hüquqları və jurnalistika" mövzusunda təlimlərə başlanılıb - FOTOJurnalistlər üçün "Etika, müəllif hüquqları və jurnalistika" mövzusunda təlimlərə başlanılıb - FOTOJurnalistlər üçün "Etika, müəllif hüquqları və jurnalistika" mövzusunda təlimlərə başlanılıb - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 722   Tarix: 18 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rumıniya sahillərində tankerdə beş nəfərin meyiti aşkarlanıb

Rumıniyanın Qara dəniz sahillərində ötən ay dron hücumuna məruz qalan tankerdə beş dənizçinin meyiti aşkarlanıb. xəbər verir ki, bu barədə "BurgasMedia" nəşri məlumat yayıb. Qeyd olunub ki, gəmiyə oktyabrın 15-də zərbə endirilib. Həmin vaxt tankerdə 12 dənizçi olub. Onlardan beşi xilas edilib

13:20 147
.

Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilib - YENİLƏNİB+Foto

Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilib. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb. 14:57. Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezident

16:15 123
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

13:39 200
.

ABŞ İrandan silah daşınmasının qarşısını almaq üçün əməliyyat qrupu yaradıb

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın quru sərhədləri və Xəzər dənizi üzərindən silah daşınmasının qarşısını almaq vəzifəsi daşınan xüsusi tapşırıq qrupunun yaradıldığını elan edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) sosial şəbək

14:50 123
.

ABŞ İraqdan sərhəd keçid məntəqələrini bağlamasını istəyib

ABŞ İraqdan İranla ikisi istisna olmaqla bütün sərhəd keçid məntəqələrini bağlanmasını istəyib. "Report" xəbər verir ki, məlumatı "əl-Cəzirə" telekanalı İraqın Xarici İşlər Nazirliyinə istinadən yayıb. Bildirilib ki, rəsmi Bağdad Tehrana dostluq və ittifaqa hazır olduğunu çatdırs

15:50 98
.

"Reuters": Rubio Dövlət Departamentində nizam-intizamı gücləndirməyi tələb edib

ABŞ-nin dövlət katibi Marko Rubio Dövlət Departamentinin yüksəkvəzifəli əməkdaşlarından öz səlahiyyətləri çərçivəsində hərəkət etməyi tələb edib və hökumətdəki əlaqələrindən asılı olmayaraq qeyri-etik davranışa görə işdən çıxarılmalarla bağlı xəbərdarlıq edib. "Report" xəbər verir ki, bu barəd

16:40 0
.

İrəvandan Tehrana TRIPP mesajı: "Layihə heç bir halda İrana qarşı yönəlməyəcək"

"İrəvan "Tramp marşrutu" (TRIPP) layihəsinin icrası zamanı heç bir halda İrana qarşı addımlar atmayacaq". TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib. "Biz heç vaxt İrana və ya hər hansı digər qonşumuza qarşı heç bir proses

14:20 141
.

Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb. Videonu təqdim edirik:

16:01 85
.

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Şuşa qalası önündə foto çəkdiriblər. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

17:42 0
.