Kanadanın "Thej.ca" portalında Fransa Senatının ədalətsiz qərarını pisləyən məqalə dərc olunub
Kanadanın nüfuzlu "Thej.ca" yəhudi media platformasında "Fransa Azərbaycana deyil, İrana qarşı sanksiyalar tətbiq etməlidir" sərlövhəli məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın qələmə aldığı məqalədə Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi məlum sənədlə bağlı rusiyalı analitik İqor Korotçenkonun Fransa Senatının adının dəyişdirilərək Fransa Erməni Diasporu Senatı adlandırılmasının zəruriliyinə dair fikirləri yer alıb: "Pulun qoxusu olmur. Görünür, səs verən senatorların hər biri bu tezisi rəhbər tutub. Bildiyiniz kimi, Fransada hətta eks-prezidentlər də erməni milyarderlərə məsləhətçi işləyirlər. Sarkozinin nümunəsinə baxın. O, prezident kimi Liviyadan rüşvət alıb. Bəs Makron?"
Məqalədə "Ev Kilsəsi Hərəkatı"nın iranlı xristian lideri, keşiş Səid Abedinə də istinad edilib: "Mən İranda insan haqlarının vəziyyəti ilə bağlı Qərbin yürütdüyü siyasətdən çox məyus oldum. Ötən il inqilaba çevrilən qanlı küçə etirazlarında 2000-dən çox insan ürəyindən və başından güllələndi. Onlar əsasən azyaşlılar və bakirə qızlar idi. 20 mindən çox insan, o cümlədən əmim oğlu Məhəmməd və Nazarin həbs olunub, onların hamısı dəhşətli fiziki, emosional və cinsi işgəncələrə məruz qalıb. Onlardan bəziləri haqqında ölüm hökmü bu məqaləni oxuduğunuz vaxta qədər artıq yerinə yetiriləcək. Digərləri həftələrlə təcavüzə məruz qalıblar. Lakin Qərb bunu şifahi şəkildə pisləsə də, heç vaxt tədbir görmür".
İsrailli politoloq, həmçinin qeyd edib ki, Avropanın Ukraynadakı müharibənin yaratdığı qaz çatışmazlığını həll etməli olduğu, Azərbaycan qazının və neftinin bu problemin həlli üçün əlverişli variant olduğu bir vaxtda Fransa Senatı plüralizmə, multikulturalizmə və qadın hüquqlarına dəyər verən Azərbaycana deyil, nüvə proqramını reallaşdıran və müntəzəm olaraq "Amerikaya ölüm" və "İsrailə ölüm" şüarları səsləndirən İrana qarşı əlavə sanksiyaların tətbiqinə səs verməli idi. Məqalədə Fransa parlamentinin qadınların fransız dəyəri olan Qərb libası geymək hüququ tələb etdikləri üçün öldürüldüyü, insan haqlarının vəziyyətinin hər gün pisləşdiyi İrana qarşı tədbir görmək əvəzinə, qadınların istədikləri kimi geyinməkdə azad olduğu bir ölkə olan Azərbaycana sanksiya tətbiq etmək qərarının əsaslı etiraz doğurduğu vurğulanıb.
Müxtəlif fikirlərin yer aldığı məqalədə yekun qənaətə gəlinib ki, Fransa Azərbaycan kimi sülhsevər bir ölkəni təqib etmək əvəzinə, bütün səylərini İran İslam Respublikasına qarşı yönəltməlidir. Dünya Tehrandakı mollalara qarşı birləşməli, Azərbaycanı və bu dəhşətli rejimə qarşı mübarizənin önündə gedən digər ölkələri gücləndirməli, onları zəiflətməməlidir. Müəllif, həmçinin Fransa Senatının qəbul etdiyi qətnaməyə erməni diasporunun Fransanın milli maraqlarına vurduğu zərər kimi xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 578 Tarix: 19 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi
Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"
18.09.2021 3137 Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə
18.09.2021 2874 İstirahət gününün havası açıqlandı
Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti
18.09.2021 459 Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO
Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald
18.09.2021 1949 Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is
18.09.2021 789 Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?
"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar
17.09.2021 2089 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1
18.09.2021 3133 Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888