Mollanı əmmamələməlimi, əmmamələməməlimi? - TƏHLİL

Mollanı əmmamələməlimi, əmmamələməməlimi? - TƏHLİLİranda iki aydan artıqdır davam edən antihökumət etirazları qismən səngisə də, gərginlik qalmaqdadır. Artıq ölkənin 129 şəhərində keçirilən etirazlarda 400-ə yaxın insan ölüb, 14 mindən çox insan həbs edilib. Hakimiyyət etirazçılara qarşı ən repressiv addımlar atmaqla onları qorxutmağa çalışsa da, narazı xalq geri çəkilənə oxşamır. Molla rejimi etiraf etməsə də, bu aksiya son 40 ilin ən irimiqyaslı etirazı kimi tarixə düşəcək. Kütləvi çıxışlar 1979-cu il islam inqilabından bəri hökumətin üzləşdiyi ən ciddi hadisədir.

Budəfəki etiraz bir çox xüsusiyyətləri ilə fərqlənir. Ölkədə din xadimlərinə qarşı nifrət pik həddə çatıb, onlara çox sərt şəkildə etirazlar bildirilir, söyülür, döyülür, təhqir olunurlar. Artıq din xadimləri əmmamələrlə küçəyə çıxmağa belə qorxurlar. Rejimin bel sütunu olan mollalar artıq xalqa təsir etmək imkanını itirirlər.

Ali dini liderin, digər nüfuzlu şəxslərin şəkilləri yandırılır. İri şəhərlərlə, universitetlərlə yanaşı, qəbiristanlıqlar hazırda İranda ən böyük etiraz məkanına çevrilib.

Mövzu ilə bağlı "Kaspi" qəzetinin yazısını təqdim edirik:

Ən dəhşətlisi odur ki, etirazçılara qarşı repressiv addımları artıran hakimiyyət onların ailələrini övladlarının guya ürək tutmasından, insultdan və ya intihardan öldüyünü etiraf etməyi tələb edir. Evlərindən, məktəblərindən və yataqxanalarından qaçırılan fəallar, qadın hüquqları müdafiəçiləri, musiqiçilər, məktəbli qızlar və tələbələr indi hətta ölüm hökmündən qorxmağa məcburdurlar. "Beynəlxalq aləm bilməlidir ki, İranda şərin gücü iqtidardadır, lakin xalqın cəsarəti onların terrorundan güclüdür", - deyə etirazçılardan biri bildirib.

Hazırkı etirazları əvvəlkilərdən fərqləndirən daha bir cəhət də "divarlar uğrunda mübarizədir". Sosial mediada divarlara şüar yazan insanların görüntüləri də adi hala çevrilib. Bələdiyyələr qraffitilər olan yerləri yenidən boyamağa çalışsalar da, bu, hədər yerə aparılan mübarizə kimi görünür. Əksər şüarlar ali dini lider ayətullah Xamenei və İranın teokratik rejimini hədəfləyir ki, bu da əvvəllər nadir müşahidə edilən bir hal idi. Küçələrdə ictimai məkanlar uğrunda əsl mübarizə gedir: etirazçılar reklam lövhələrini ya sökür, ya da üzərlərinə öz şüarlarını yazırlar.

Etirazların digər fərqləndirici tərəfi odur ki, onun hərəkətverici qüvvəsi gənclərdir. İnternetdəki videolarda şagirdlər (əsasən, qızlar) hökumət əleyhinə şüarlar səsləndirir, ayətullah Xameneinin şəkillərini cırır və yaxud da dərsliklərdəki şəkilləri həlak olan etirazçıların görüntüləri ilə əvəz edirlər.

Sözsüz ki, bu aksiyalar 40 il yığılıb qalan narazılıqları üzə çıxarmış olub. Sosial şəbəkələrdəki mollaların gənclər tərəfindən döyülməsi, başlarından əmmamələrin salınması ilə bağlı çoxsaylı videolar da bunu sübut edir. Həmin videoların hamısı təxminən eyni süjetlə çəkilir, yəni bir gənc oğlan insidenti çəkir, digəri isə qarşıda gedən mollanın başındakı əmmaməni vurub yerə salır.

Bir zamanlar İran rejiminin tərəfdarı olan şəxslərin böyük bir qismi də gerçəklikləri görürlər və baş verənlərə artıq öz etirazlarını bildirirlər. Bəzi iranlılar əmmaməni yerə salmağı müqavimətə dəstək hərəkəti kimi dəyərləndirsə də, digərləri bu hərəkətin dövlətlə heç bir əlaqəsi olmayan sadə din adamlarına qarşı haqsız zorakılıq və təhqir ola biləcəyini deyirlər. Tehranlı jurnalist və keçmiş siyasi məhbus Əhməd Zeydabadi deyir ki, küçədə bu hərəkətə məruz qalan bəzi mollalar "dövlətin siyasətinin tənqidçiləri və hətta qurbanları da ola bilərlər".

O əlavə edib ki, yüksək vəzifəli mollalar nadir hallarda cəmiyyət arasına çıxır və çıxanda da çox zaman cangüdənlər tərəfindən qorunurlar. "Onlar mollaların əmmaməsini son 43 ildə törədilən cinayətlər və korrupsiyanın, habelə mollalara verilən imtiyazların rəmzi olaraq yerə salırlar. Burada zorakılıq yoxdur. Üstəlik, burada gənclərin şıltaqlığı da var. Bu isə inqilabın ruhunu əks etdirir", - deyə fəallardan biri bu iddialara cavab verib.

Əmmamə vurma trendini rejim özü də reallaşdırıb

Parisdə yaşayan iranlı din xadimi və tədqiqatçı Həsən Fereştian Qərb mediasına deyib ki, əmmamə vurma trendi "son qırx ildə boğulmuş qəzəbin" nəticəsidir. "Əgər onun məqsədi din xadimlərini yox etməkdirsə, zorakılığın başlanğıcı ilə üz-üzə qala bilərik. Əslində, din xadimləri hakimiyyətin mərkəzindən yox edilməlidir. Ancaq onlar cəmiyyətdən silinməməlidir", – deyə o, "Radio Fərda"nın fars xidmətinə müsahibəsində bildirib.

Ötən il də rejim tərəfdarları hakimiyyəti tənqid edən din xadimlərinin əmmamələrini vurub yerə salmışdılar. Əmmaməsi yerə salınanlar arasında keçmiş daxili işlər naziri Abdollah Nuri və parlamentin keçmiş spikeri Mehdi Kərrubi də olub. 85 yaşlı Kərrubi 2009-cu ildə keçmiş prezident Mahmud Əhmədinejadın yenidən seçilməsini sorğuladığı üçün 2011-ci ildən bəri ev dustaqlığındadır. Kərrubiyə rəsmi ittiham irəli sürülməsə də, onun ali dini lider Əli Xameneinin əmri ilə ev dustaqlığında saxlandığı deyilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 701   Tarix: 19 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.