Təbriz Universitetinin tələbələri Aylar Həqqinin qətlinə etiraz olaraq aksiya keçirib
Güney Azərbaycanın Təbriz şəhərindəki Tibb Elmləri Universitetinin tələbələri Aylar Həqqini İran hakimiyyətinin qətlə yetirməsinə etiraz olaraq aksiya keçiriblər.
"Report" xəbər verir ki, bu barədə Güney Azərbaycan mənbələri məlumat yayıb.
Qeyd edək ki, ali təhsil müəssisəsinin 4-cü kurs tələbəsi, 23 yaşlı Aylar Həqqi noyabrın 12-da Təbrizdə İranın hərbi-polisləri tərəfindən qətlə yetirilib. Rejim qüvvələri onu çoxmərtəbəli binadan atıblar.
Bu azərbaycanlı gəncin dəfn mərasimini polis dağıtmağa cəhd göstərib.
Aylar Həqqinin dəfn mərasimi noyabrın 18-də Təbrizin Vadi-Rəhmət qəbiristanlığında keçirilib. Hakimiyyət qətlə yetirdiyi Ayların dəfninə də mane olmağa cəhd göstərib. Hərbi-polis qüvvələri mərasim iştirakçılarının üzərinə hücum edib. Xüsusi təyinatlı polis bölmələri və təhlükəsizlik qüvvələri qəbiristanlığın giriş yollarını bağlayaraq bir çox etirazçının ora getməsini əngəlləyib.
Mərasim iştirakçıları "Diktatora ölüm!", "Xameniyə ölüm!, "Azadlıq, ədalət, milli hökumət!", "Azərbaycan milləti çəkməz bu zilləti!", "Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq!", "Hamımız Aylarıq, mübarizə davam edir!", "Biri cavab verməlidir, Ayları mənə verməlidir!" kimi şüarlar səsləndiriblər.
Aylar Həqqinin dəfn mərasimində iştirak edənlərdən bəzilərinin həbs olunduğu da deyilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 914 Tarix: 19 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ-ın sanksiyaları sərtləşdirəcəyi gözlənildiyi üçün İran valyutası dollara qarşı rekord səviyyədə ucuzlaşıb
ABŞ-ın Maliyyə Naziri Skott Bessentin "düşmənə qarşı indiyə qədər təşkil edilən ən böyük maliyyə hücumu" ndan sonra İrana qarşı sanksiyaları gücləndirmək planlarını açıqlayacağı gözlənilir. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, İranın valyutası olan rial açıq bazarda rekord səviyyədə ucuzlaşara
15:25 162 İran bu AB ölkəsinə xəbərdarlıq etdi
Bolqarıstanın ABŞ-la İrana hücum etmək üçün əməkdaşlıq etməsi təcavüz aktıdır. xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai keçirdiyi brifinqdə deyib. "Bolqarıstanı ABŞ-la əməkdaşlıq etməməyə çağırırıq. İrana qarşı hər hansı təcavüzün mənbəyinin hədəfə alınması İranı
21:45 88 Buxarada qarşılanma mərasimindən - Fotolar
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Özbəkistanın paytaxtı Daşkənd şəhərindən Buxara şəhərinə gəliblər. Buxara Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev v
14:51 207 Samsung 10 il əvvəl buraxdığı telefonları yenilədi
"Samsung" illər əvvəl istehsal etdiyi bəzi smartfon modelləri üçün gözlənilmədən yeni proqram təminatı yeniləməsi təqdim edib. xarici mediaya istinadən xəbər verir ki, yeniləmə "Samsung Galaxy S8" və "Galaxy Note 8" istifadəçiləri üçün əlçatan olub. Mütəxəssislər şirkəti
19:45 145 Dünyanın ən təhlükəli canlısı o imiş - İldə 700 min adamı öldürür
Dünyada insan həyatı üçün ən təhlükəli canlı nə şir, nə pələng, nə də köpəkbalığıdır. Alimlərin məlumatına görə, bu göstəricidə ilk yeri ağcaqanadlar tutur. xarici mediaya istinadla xəbər verir ki, ağcaqanadların yaydığı xəstəliklər hər il dünyada 700 mindən çox insanın ölümünə səbəb olur. Cəmi bir neç
19:30 173 Bakı-Daşkənd xətti: İki ölkənin iqtisadi potensialı necə birləşir?
"Azərbaycanla Özbəkistan arasında iqtisadi əlaqələr son illərdə kifayət qədər sürətlə inkişaf edir. Məncə, bu münasibətlərin ən böyük üstünlüklərindən biri iki ölkənin iqtisadi imkanlarının bir-birini tamamlamasıdır. Özbəkistan böyük istehsal potensialına və Mərkəzi Asiyanın geniş bazarına malikdir
13:29 165 Wi-Fi şifrəsini unutmusunuz? - 1 dəqiqəyə belə öyrənə bilərsiniz
Wi-Fi şifrəsini unutmusunuzsa, routerin üzərindəki kodu axtarmağa və ya şəbəkə parametrlərini sıfırlamağa ehtiyac yoxdur. Telefon və ya kompüter həmin şəbəkəyə daha əvvəl qoşulubsa, yadda saxlanılan şifrəni bir neçə addımla cihazın özündən görmək mümkündür. xarici mediaya istinadla xəbər verir ki, bunu
19:00 149 Tramp: İran tamamilə çökür
İran tamamilə çökür. APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donal Tramp "Truth Social" hesabında yazıb. Tramp İranın artıq tamamilə çökdüyünü qeyd edib
21:15 109 Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq
Bu il ali təhsil müəssisələrinə qəbul olunanların yarıdan çoxu ödənişli əsaslarla təhsil alacaq. "Qafqazinfo" xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin açıqladığı nəticələrə əsasən, ali məktəblərə qəbul olunan 58 947 nəfərdən 30 522-si ödənişli əsaslarla təhsil almaq hüququ qazanıb. Dövlə
20:17 145