İran azərbaycanlıları casusluğa necə CƏLB EDİR? - ŞƏRH

İran azərbaycanlıları casusluğa necə CƏLB EDİR? - ŞƏRHİranın Azərbaycan vətəndaşlarını müxtəlif vədlərlə aldadaraq casusluq fəaliyyətinə cəlb etməsi gözlənilən idi. Dəfələrlə bu barədə ekspertlər səviyyəsində fikirlər səsləndirilmiş, mətbuatda açıq mənbələrə istinadən xəbərlər dərc olunmuşdu. Bildirilirdi ki, İran din pərdəsi altında inanclı şəxsləri öz ətrafına toplayaraq, Azərbaycan əleyhinə təbliğat aparır.

Bir neçə gün öncə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində İran xüsusi xidmət orqanları tərəfindən təşkil olunmuş casus şəbəkəsinin ifşa olunması deyilənləri təsdiqlədi. Məlum oldu ki, Azərbaycana üzdə dost deyib, əslində ölkəmizə düşmən kəsilən İran rəhbərliyi işğalçı Ermənistanın maraqlarına xidmət etməklə təhlükəli oyunlara əl atır.

İndi maraq doğuran əsas məqam İranın azərbaycanlıları casusluğa necə cəlb etməsidir.

Bəzi məlumatlara görə, təhsil almaq, müalicə olunmaq üçün İrana gedən Azərbaycan vətəndaşlarının bəziləri müxtəlif yollarla İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunur. Kiminin sənədləri oğurlanır, kiminin isə ölkədən çıxışına qəsdən problemlər yaradılır. Bu şəxslər problemlərinin həlli qarşılığında əməkdaşlığa təhrik edilirlər. Lakin bəzi insanlar özləri də bilmədən xüsusi xidmət orqanlarının toruna düşürlər. Eləcə də şantaj və təzyiq yolu ilə casusluğa vadar edilənlərin də olması istisna deyil.

Məsələ ilə bağlı Modern.az-a danışan politoloq Cümşüd Nuriyev bildirib ki, İran Azərbaycan vətəndaşlarını əsasən dini dəyərlərdən istifadə etməklə tələyə salır:

"İslam dininin ölkəmizdə düzgün təbliğ olunmaması insanlarda yanlış fikirlər yaradır. Məhz bu da İranın casus şəbəkəsinin Azərbaycana yol açmasına imkan verir. Əslində, İslamda şiə-sünni məsələsi yoxdur. Azərbaycanda da bu məsələyə fikir verilmir. Ancaq İran şiəlik siyasətini ixrac etməklə Azərbaycanda öz maraqlarını həyata keçirməyə çalışır. Bu bədbəxt dövlətin ixrac edəcəyi başqa heç nə yoxdur".

Politoloqun fikrincə, İranın Azərbaycana qonşu olması, vətəndaşlarımızın müxtəlif məqsədlərlə bu ölkəyə səfərlər etməsi Tehranın işini asanlaşdırır:

"Unutmayaq ki, İran ərazisində 40 milyona yaxın azərbaycanlı yaşayır. İran həm onların bəzilərindən, həm də Azərbaycanda dini yaxşı bilməyən insanların olmasından yararlanır. Təəssüf ki, bir sıra Azərbaycan vətəndaşları iqtisadi səbəblərdən İranın çirkin siyasətinə boyun əyir. Onlar sosial vəziyyətlərini vətəni satmaqla düzəltməyə çalışırlar. Digər yandan Azərbaycanda tolerantlığın olması bizə müəyyən problemlər yaradır. Bütün bunlara baxmayaraq, İran başa düşməlidir ki, Azərbaycan əvvəlki ölkə deyil. Azərbaycanın təhlükəsizlik orqanları çox ciddi iş aparır.

Mübarizə çərçivəsində media da müəyyən işlər görür. Lakin vaxtında İranın şantajlarına qarşı düzgün iş aparılsaydı, vəziyyət belə olmazdı. Biz daha çox aqressiv mövqedən çıxış edirik. Ancaq məsələləri insanlara mülayim şəkildə izah etməliyik. Artıq xain olan olub. Onsuz da, belə insanların xəyanətə meyli varmış. Biz indi digər vətəndaşlara yönəlməli, onlara İslamı düzgün izah etməliyik. Eyni zamanda gənclərimizə vətən sevgisini aşılamalıyıq ki, onlar İranın və digərlərinin şantaj şəbəkəsinin toruna düşməsinlər".

C.Nuriyev vurğulayıb ki, İrana gedən insanlar əksər hallarda şantaja məruz qalırlar, bu da sonda həmin şəxslərin cinayət əməlinə əl atmasına gətirib çıxarır:

"İranın xüsusi xidmət orqanları əksər hallarda şantaj yolu ilə insanları öz mənfur niyyətlərinin icraçısına çevirir. Etiraf edək ki, Azərbaycanda kifayət qədər maliyyə ayrılmasına baxmayaraq, səhiyyə sahəsində vəziyyət yaxşı deyil. Xüsusilə də, özəl klinikalarda qiymətlər əl yandırır. Vətəndaşlar məcbur qalaraq İrana üz tuturlar. Orada qiymətlər bizdəkindən 3 dəfə aşağıdır. İranın qurumları savadsız və məlumatsız insanları yoldan çıxararaq, onları müxtəlif üsulla şantaj edir. Farslar əsasən gəncləri hədəf alırlar.

Çünki yaşlı insanlar onlara sərf etmir. Həmçinin gənclərin beynini yumaq daha asandır. Eyni zamanda, dini təhsil üçün gənclərimiz İrana üz tuturlar. Onlar əsasən Qum şəhərində təhsil alırlar. Onların beyinlərini yuyub, Azərbaycana göndərirlər. Qeyd etdiyimiz məqamlar, eləcə də digər nüanslar İranın casus şəbəkəsinin formalaşmasına gətirib çıxarır. Bəli, İran təhlükəli ölkədir və bizə qarşı rəsmən düşmən mövqedən çıxış edir. Ona görə də, ayıq-sayıq olmalıyıq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 652   Tarix: 19 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.