"İranın yük maşınları Xankəndinə silah-sursat və yanacaq daşıyıb" - RƏY

"İranın yük maşınları Xankəndinə silah-sursat və yanacaq daşıyıb" - RƏY"İranın yük maşınları Xankəndinə silah-sursat və yanacaq daşıyıb".

Bunu "Report"a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, İranın Qarabağ münaqişəsinin mövcud olduğu 30 ilə yaxın dövrdə Ermənistanın işğalçılıq siyasətinə verdiyi dəstəyini 44 günlük müharibə dövründə də davam etdirdiyinə dair kifayət qədər faktlar var: "Tehran rejimi müharibənin getdiyi günlərdə heç bir əsası olmayan "regionda terrorçular var" iddiasını gündəmə gətirmişdi və bununla əslində mövqeyini bəlli edirdi. Müharibədən sonra ortaya çıxan faktlar isə göstərdi ki, İran Ermənistana təkcə bəyanatlarla deyil, praktiki addımlarla da dəstək verib. Bunlardan biri Azərbaycan Ordusunun mövqeləri haqqında kəşfiyyat məlumatlarının Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahına ötürülməsi idi. İran müharibənin başlandığı ilk günlərdə Azərbaycanla sərhəddə xüsusi radar sistemləri və dinləmə stansiyaları qurub. 80 nəfərə yaxın hərbi-texniki heyətin təmsil olunduğu bu mərkəz Azərbaycan əsgərlərinin hərəkət trayektoriyası və mövqeləri, döyüş təyyarələrinin hava hərəkəti haqqında məlumatlar toplayır, toplanan məlumatlar da ermənilərə göndərilirdi".

Ekspert Vətən müharibəsinin ilk günlərindən İranın Azərbaycanla sərhəddə hərbi qüvvələr topladığını xatırladıb. O, müharibə zamanı bəzi mövqelərdə problemlərin yaşandığından, eləcə də əməliyyatların maneələrlə üzləşdiyindən söz açıb: "Məlumdur ki, Ordumuzun üzləşdiyi problemlərin yaranmasının səbəbkarlarından biri də məhz İranın Ermənistana ötürdüyü kəşfiyyat məlumatları olub. İnformasiya təminatı ilə yanaşı, İran Ermənistana başqa hərbi yardımlar da təklif edirdi. Misal üçün, "Bayraktar"ların vurulmasına yardım bu təkliflərdən biridir. Lakin İranda belə bir sistemin olmadığına görə buna nail ola bilmədilər. Bununla yanaşı, İranın Azərbaycanın suveren ərazisinə daxil olduğu, Xudafərin körpüsünə bayrağımız sancılandan sonra ordumuzu Zəngilan istiqamətində hərəkəti zamanı bu ölkənin əsgərləri ilə üz-üzə gəldiyi faktı da var. İran hərbçiləri bu addımı su anbarının təhlükəsizliyinin qorunması bəhanəsi ilə izah edib, lakin əsas məqsədin Azərbaycan Ordusunun əməliyyat şəraitinə maneələr yaradılması olduğu bəllidir. İran əsgərləri rəsmi Bakının diplomatik kanallarla etirazından sonra geri çəkiliblər. Müharibənin ilk günlərindən İran Azərbaycanla sərhəddə hərbi qüvvələr toplamışdı. Bunu döyüş əməliyyatının İran ərazisinə keçməsi təhlükəsinə qarşı tədbir kimi əsaslandırırdılar, hərçənd Ermənistana verdikləri hərbi yardımlar fonunda istisna deyil ki, Tehran rejiminin bu addımı da Azərbaycan Ordusuna qarşı yönəlmişdi. Bütün bunlar ictimaiyyətə məlum olan faktlardır, lakin İranın Ermənistana hərbi dəstəyinin bildiyimizdən daha böyük olduğu istisna deyil".

A.Nərimanlı vurğulayıb ki, eyni dəstək müharibədən sonra da həm hərbi, həm iqtisadi sferada davam etdirildi və yardımlar təkcə Ermənistana yox, həm də Qarabağda qalan separatçı-terrorçu rejimə göndərilirdi: "İran TIR-larının Xankəndinə yanacaq daşıdığı faktı məlumdur. İrandan yüzlərlə yük maşını Ermənistana gedir, orada da qanunsuz yolla Xankəndinə keçirdilər. Yük maşınlarında yanacaq daşındığını bilirik, lakin istisna deyil ki, yüklər təkcə yanacaq yox, həm də kiçikçaplı silahlar və hərbi təchizat olub. Bu fikri İranın yük maşınlarının Xankəndinə intensiv səfəri də gücləndirirdi. İran tərəfi əvvəlcə bunları təkzib edirdi, lakin faktlar ortaya çıxdıqdan sonra gizli yola əl atdılar. Belə ki, İrandan yük maşınları Ermənistana gedir, daha sonra dövlət nömrə nişanlarını dəyişdirərək Xankəndinə daxil olurdular. Azərbaycanın Gorus-Qafan yolunda iranlı sürücülərdən Xankəndinə yük daşınmasına dair rəsmi sənədi aşkarlamasından sonra Tehran rejimi fakt qarşısında qaldı. Bu gün belə Ermənistandan Xankəndinə "humanitar yardım" adı ilə aparılan yüklər arasında İranın payının olmadığına heç kim zəmanət verə bilməz. İran Ermənistana istər hərbi, istərsə digər istiqamətlərdə dəstəyini bu gün də davam etdirir və daha açıq şəkildə. Özünü İslam Respublikası adlandıran bu ölkə artıq seçimini İslam dəyərlərini təhqir edən Ermənistandan yana edib, bunu daha gizlətmirlər də. Əslində, bütün bu yardımlar, verilən dəstəklər İranın son 30 ildə həyata keçirdiyi siyasətin daha açıq müstəviyə keçməsidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 897   Tarix: 19 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.