Şuşada beynəlxalq blogerlər üçün master klass keçirildi - FOTO

Şuşada beynəlxalq blogerlər üçün master klass keçirildi - FOTO25 noyabr 2022 Xəbər verildiyi kimi, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (İƏGF Avrasiya Regional Mərkəzi) təşəbbüsü ilə həyata keçirilən "Show Me Azerbaijan" (Mənə Azərbaycanı göstər) layihəsi çərçivəsində ABŞ, Fransa, İspaniya, İndoneziya, Qazaxıstan, Türkiyə, Misir və ümumilikdə sayı 10-dan çox ölkəni təmsil edən bloger Şuşa şəhərinə səfər edib.

BiG.AZ xəbər verir ki, qonaqları qarşılayan Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin aparıcı mütəxəssisi İsmayıl İsmayılov onlara şəhərin tarixi və mədəni abidələri haqqında, eləcə də şəhərin erməni işğalından azad edilməsində Azərbaycan əsgərlərinin göstərdiyi qəhrəmanlıq haqqında məlumat verib. Daha sonra blogerlər şəhərin güllələnmiş abidələrini, Natəvanın evini, Şuşa qalasını, Vaqifin məqbərəsini, şəhərin tanınmış bəylərinin evlərini ziyarət ediblər, eləcə də Cıdır düzündə olublar. Xarici blogerlər öz yutub kanallarında Şuşa təəssüratları ilə bağlı bir sıra paylaşımlar ediblər.

D.Bernard eləcə də öz yutub abunəçiləri üçün Şuşadan videopaylaşım edərək, işğal dövründə dağıdılmış evlərlə bağlı təəssüfünü qeyd edib, bu evlərin tezliklə bərpa olunacağına inandığını bildirib. Misirli bloger Əmr Əl-Agizi Şuşada və Füzulidə son müharibənin nəticəsi olaraq evlərin dağıdıldığını, Füzulinin "ruhlar şəhərinə" çevrildiyini bildirib. Indoneziyalı bloger Diska Reşa Putra, qazax Asel Axmetova öz paylaşımlarında diqqəti minalanmış ərazilərə yönəldiblər. İspaniyadan olan bloger Marina Qomez isə Şuşanı "Azərbaycanın böyük musiqiçilər və şairlər şəhəri" adlandıraraq bu şəhərin təbiətinə heyran olduğunu bildirib.

Şuşa səfəri çərçivəsində proqramın ikinci hissəsi olaraq məşhur amerikalı bloger Duqlas Bernardın master klas təlimləri keçirilib. O, müasir dünyada blogerlik sənətinin əhəmiyyətindən, illər ərzində əldə etdiyi təcrübə haqqında danışıb, eləcə də "Show Me Azerbaijan" proqramı haqqında təqdimat edərək, onun Azərbaycan və Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında oynadığı roldan, son zamanlar proqrama olan marağın artmasından bəhs edib. İƏGF Avrasiya Regional Mərkəzinin əməkdaşı Aydan Bağırlı təmsil etdiyi qurum haqda blogerlər qarşısında təqdimatla çıxış edib. Mərkəz təsis olunandan bəri həyata keçirilən beynəlxalq layihələr barədə, xüsusilə, müsəlman gənclərin həmrəyliyi istiqatmətində görülən işlər haqqında məlumat verib.

Layihənin əsas məqsədi Azərbaycan Respublikası prezidentinin bu ilin "Şuşa ili" elan edilməsi ilə əlaqədar bu şəhərə ediləcək səfər çərçivəsində (Show Me Azerbaijan - Beynəlxalq blogerlərin Şuşa düşərgəsi) xarici blogerləri Qarabağın təbiəti, mədəni abidələri və tarixi yerləri, xüsusilə, Şuşanın Azərbaycana aid olmasını sübut edən mədəni irsi, o cümlədən, erməni işğalının nəticəsi kimi yaşayış məntəqələrinin və mədəni abidələrin vandalizmə məruz qalması, eyni zamanda bu şəhər işğaldan azad edildikdən sonra həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış etmək, sonda onların səfər təəssüratlarını dünyaya yaymaqdır.

Qeyd etmək lazımdır ki, İƏGF Avrasiya Regional Mərkəzinin təşəbbüsü ilə keçən il ərzində analoji tədbirlər uğurla həyata keçirilib. Belə ki, "Show Me Azerbaijan" layihəsi çərçivəsində 8 ölkədən 13 bloger, o cümlədən, ABŞ və Əlcəzairdən olan 3 tanınmış videobloger işğaldan azad edilmiş ərazilərə səfər edərək, erməni işğalı nəticəsində dağıdılmış yaşayış məskənləri, tarixi abidələr haqda hazırladıqları videoreportajları yutub kanallarında yayımlamışlar. Bu reportajlara yeddi milyondan çox insan baxmışdır. Bu ilin sonuna qədər Qarabağla bağlı blogerlərin çəkdiyi videoreportajların və onlara baxış sayının artırılması layihənin əsas məqsədlərindən biridir.

Şuşada beynəlxalq blogerlər üçün master klass keçirildi - FOTOŞuşada beynəlxalq blogerlər üçün master klass keçirildi - FOTOŞuşada beynəlxalq blogerlər üçün master klass keçirildi - FOTOŞuşada beynəlxalq blogerlər üçün master klass keçirildi - FOTOŞuşada beynəlxalq blogerlər üçün master klass keçirildi - FOTOŞuşada beynəlxalq blogerlər üçün master klass keçirildi - FOTOŞuşada beynəlxalq blogerlər üçün master klass keçirildi - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 734   Tarix: 25 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Son Xəbərlər