"Heç vaxt üzünə deyə bilmirəm ki, səni sevirəm, mesaj yazıram..." - Xuraman
"Həyatda heç vaxt yalanı sevməmişəm. Başımın ağrısıdır. Övladımı da uşaq yaşlarından alışdırmışam ki, nə olursa-olsun mənə düzünü de. Hamı deyir ki, mən yalan danışmıram, bəs onda yalanı danışan kimdir? İnsanlarda bir-birinə qarşı böyük aqressiya var. Bilmirəm bu nədəndir?!"
AZXEBER.COM xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış aktrisa Xuraman Əlizadə deyib.
Sənətçi daha sonra aktrisa həmkarı Dilarə Əliyevadan danışıb.
"Onu nəinki mən, ailəm də, oğlum da çox istəyir. Bir dəfə oğlumu Dilarə xanımın iştirak etdiyi çəkilişə apardım. Oğlum o qədər çox istəmişdi ki, onu. Evə gəlib ondan soruşdum ki, Dilarə xanımın nəyini bəyəndin? Dedi ki, gözlərini, saçlarını, mənə qayğısını. O sanki bir mələkdir. Mənim ilk qazancım Oqtay müəllimin məni dəvət etdiyi reklamdan aldığım qonorar olub. Görün onların ayağı necə ruzilidir?! O ailə insana dəyər verməyi bacarır. Qəribəsi burasındadır ki, mən heç vaxt Dilarə xanımın üzünə deyə bilmirəm ki, səni sevirəm. Həmişə mesaj vasitəsilə yazıram" deyə aktrisa bildirib.
Sənətçi teatrdan uzaqlaşmağından da danışıb.
"O vaxt canlı efir aparırdım. Teatrdan da Gəncəyə qastrol səfərinə gedirdilər. Halbuki həmin tamaşada mənim dublyorum da var idi. İsrar etdilər ki, sən getməlisən. Dedim ki, çəkilişimi yola verib, özüm gələcəyəm. Dedilər ki, xeyr, bizimlə getməlisən. Mübahisə düşdü, ərizəmi yazıb 2008-ci ildə teatrdan uzaqlaşdım. Heç peşman da deyiləm. Teatrda qala bilməzdim" deyə aktrisa bildirib.
Xuraman Əlizadə ailəsindən də danışıb.
"İş qadını olsam da, ev işlərimi də, yeməyimi də öncədən hazırlayıram. Hər şeyə vaxt tapıram. Heç kim deyə bilməz ki, mən ev işlərimi axsıtmışam. Həyat yoldaşım hər şeydən əvvəl mənim dostumdur. Xəstələnəndə də, əməliyyat olunanda da yanımda onu görmüşəm. O mənim həyatımdakı ən böyük şansımdır. Uşağın üstündə əsirəm, əslində belə olmamalıdır. Murad məni soyuqqanlı olmağa alışdırır, amma bu özümdən asılı deyil. Hətta evə kamera da qoydurmuşam, gəlib-gedənləri də görürəm. Evə də yad adam gəlmir, ya anam-atam gəlir, ya da baldızım, bacım və s.. Yenə də ürəyim uşağın yanında qalır" deyə aktrisa bildirib.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Ən bahalı müğənnisən, sənin yerinə utandım"
"Sənin yerinə utandım. Ayıbdır. Abbas Bağırov "Rolls-Royce", ən yeni "BMW"dən düşməlidir. Azərbaycanın ən bahalı müğənnisidir. Simiclik edirsiniz. Həyat sənə bir dəfə verilib, xərclə". Axşam.az xəbər verir ki, bu sözləri radio aparıcısı Rəvan Bağırov "Manpası"
30.10.2026 896 Mənzurə Musayevanı 500 manata toya çağırmaq istədilər
Müğənni Mənzurə Musayeva yarım saatlıq toy çıxışının qiyməti ilə bağlı müzakirələrə səbəb olub. Qaynarinfo xəbər verir ki, müğənni bu günlərdə qatıldığı televiziya proqramlarından birində müzakirə mövzusuna çevrilib. Veriliş zamanı orta məktəbdə müəllim işləyən tamaşaçı canlı yayıma qoşularaq övladlarını
29.10.2026 748 Ömürlük həbs hökmünün detalları açıqlandı
Türkiyədə ötən il müəmmalı şəkildə həyatını itirən müğənni Gül Tutun (Güllü) qətlinə görə qızı Tuğyan Ülkem Gülterə verilən ağırlaşdırılmış ömürlük həbs cəzasının əsaslandırılmış qərarı açıqlanıb. Axşam.az xəbər verir ki, Yalova Ağır Cinayətlər Məhkəməsinin 25 səhifəlik qərarında hadisə zamanı evdə yalnı
25.10.2026 931 Gülay Zeynallı paylaşımı ilə HAMINI MAT QOYDU - FOTOLAR
Müğənni Gülay Zeynallı sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, müğənni instaqram hesabında yeni görüntülərini izləyiciləri ilə bölüşüb. Gülay görünüşü və yeni tərzi ilə diqqət çəkib. Fotolarda onun anası və qızı da yer alıb. Paylaşıma xoş sözlər yazıblar. Həmin fotoları təqdim edirik
01.11.2026 829 3 uşaq anası olan Aysel mini geyimdə AĞILLARI BAŞDAN ALDI - FOTOLAR
Müğənni Aysel Teymurzadə (Adıgözəlzadə) sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, sənətçi instaqram hesabında yeni görüntülərini paylaşıb. O görünüşü ilə izləyicilərin marağına səbəb olub. Ayselin paylaşımına xoş sözlər yazıblar. Qeyd edək ki, ifaçı Xalq artisti Murad Adıgözəlzadə il
31.10.2026 886 Tacir Şahmalıoğlu Fədayə Laçının yolunu gözləyib: "Gəlmədisə, sağ olsun"
Müğənni Fədayə Laçın duet ortağı Tacir Şahmalıoğlunun səhhəti ilə maraqlanmayıb. Qaynarinfo xəbər verir ki, Tacir Şahmalıoğlu müsahibələrinin birində bu barədə danışıb. Müğənni Fədayə Laçının onu ziyarət edəcəyini gözlədiyini də gizlətməyib:. "Fədayə Laçın gəlmədi, amma ondan umdum. İstədim ki
27.10.2026 894 Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
Xalq artisti Röya Ayxanın evindən yayılan görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb. xəbər verir ki, pop ulduzun dəbdəbəli villasından paylaşdığı kadrlarda makiyaj üçün xüsusi olaraq ayrılmış otaq izləyicilərin diqqətini çəkib. Müğənninin şəxsi istifadəsi üçün nəzərdə tutulan bu məkanın görünüş
10:45 0 "Avroviziya 2027" ilə bağlı ilk detallar açıqlandı
"Avroviziya" mahnı müsabiqəsinin 2027-ci ildə keçiriləcək yarışmasında iştirak edəcək ölkələrin siyahısı açıqlanıb. Axşam.az xəbər verir ki, Avropa Yayım Birliyi (EBU) müsabiqədə 36 ölkənin ictimai yayımçısının iştirakını təsdiqləyib. Təmsilçilər gələn ilin mayında Bolqarıstanın Burqas şəhərind
28.10.2026 675 Konsertindən 1,3 milyard qazanaraq rekorda imza atdı
Kanadalı müğənni The Weeknd solo ifaçılar arasında konsert turundan əldə olunan gəlirə görə dünya rekordunu qırıb. Onun "After Hours Til Dawn" adlı qastrol səfəri bütün zamanların ən çox gəlir gətirən solo turu olub. Axşam.az xəbər verir ki, bu barədə "Variety" nəşri konsertləri
07.11.2026 197