Gülməkdən ölən qaraqabaq adam - FOTO

Gülməkdən ölən qaraqabaq adam - FOTOBiz onu "O olmasın, bu olsun" kinokomediyasında Məşədi İbad rolu ilə sevmişdik. Yaddaşlara "Məşdibad" kimi hopub. "Görüş" filmindəki Şıxəli obrazının dilindən çıxan kəlmələr də sitat kimi, aforizm kimi el dilində gəzir.

Lent.az-ın "Bir ulduz axdı" rubrikasında sevimli sənətkarımız Xalq artisti Əliağa Ağayevdən danışacağıq.

Gülməkdən ölən qaraqabaq adam - FOTOO, 1913-cü il martın 22-də Bakıda doğulub. Atası Qazaxlı, anası Tiflisli idi. Yetimliklə böyümüşdü, anasını iki yaşında itirib. Beş yaşı olanda atası ermənilər tərəfindən qətlə yetirilib. Ailədə üç qardaş olublar. Qardaşı Mirzəağa 1937-də ilin repressiyasına qurban gedib. Bağırov tərəfindən Sibirə sürgün edilib, ömrünü orda başa vurub. Yəni güldürən adamın gəncliyi kədər və əziyyətdən ibarət olub.

Aktyor əmək fəaliyyətinə Gəmi Təmiri zavodunda çilingər kimi başlayır və burada su nəqliyyatı işçilərinin dram dərnəyinə yazılıb. Tezliklə peşəkar səhnəyə gəlib və 1936-cı ildə Fəhlə Uşaqlar Teatrında (sonralar Gənc Tamaşaçılar Teatrı adlandırıldı) fəaliyyətini davam etdirib. Teatrda gələcək xanımı Cəvahirlə tanış olub.

Ailə üzvlərinin dediyinə görə, əsasən komediya aktyoru kimi tanınsa da, çox ciddi, hətta qaraqabaq adam olub. Sənət onun üçün hər şey idi, rolları üçün böyük fədakarlıqlara hazır idi. Məsələn "Görüş" filmi soyuq payız aylarında çəkilirmiş. Ssenariyə əsasən, Şıxəli çaya yıxılmalıydı. Bu kadr yaxşı alınmırdı deyə Əliağa Ağayev bir gündə yeddi dəfə soyuq suya baş vurub və nəticədə möhkəm xəstələnib. Deyilənə görə, rola elə girirmiş ki, həyatda da özünü Şıxəli kimi aparırmış.

Məşədi İbad roluna çəkilmək üçün gur, qara saçlarını dibindən qırxdırıb, keçəl olub.

Gülməkdən ölən qaraqabaq adam - FOTO"Sehirli Xalat" filmindəki Xan obrazına görə, erməni həyasızlığı ilə üzləşib. Bir erməni tamaşaçısı filmdə səslənən sözə etirazını bildirmişdi. Filmdə belə bir səhnə var: Rəşid xanın sarayına düşəndən sonra xanı da götürüb geri qayıtmaq istəyir. Həmin hissədə belə bir dialoq var:

Rəşid: Çitrakuta, çitrakuta, işvara!

Xan: Çitraxuda, çitraxuda, işvərə!

Rəşid: Ayravana...

Xan: İrəvana gedirik?

Xanın pionerdən "İrəvana gedirik?" soruşması erməninin şəstinə toxunub. Məktubda yazılmışdı: "Siz nəyə görə filmdə Yerevanın adını çəkmisiniz? Bunun sizə, filmə nə dəxli var?"

Filmin rejissoru Ə.S.Atakişiyev həmin erməniyə İrəvan xanlığının keçmişi barədə tutarlı bir cavab yazır. Məsələ bununla da bitir.

Əliağa Ağayevin çox gözəl dramatik obrazları da var.

"Qanun naminə" bədii filmində Məmmədxan obrazını qeyd etmək kifayətdir.

Gülməkdən ölən qaraqabaq adam - FOTOAktyorun oğlu Vaqif Ağayev müsahibələrindən birində demişdi ki, atası çox qaraqabaq adam olub:

"Atam çox ciddi və tələbkar idi. Şit zarafatlardan xoşu gəlməzdi. Həmişə deyərdi ki, aktyor istər səhnədə, istərsə də ekranda gərək təlxəklik eləməsin".

"Evlənmək istəyirəm" kinokomediyası Ə.Ağayevin kinoda çəkildiyi son film oldu. Filmdə Kərbəlayi Zalın dəmirçinin yeməyini oğurlayıb yediyi səhnə mükəmməlliyi və dramatikliyi ilə seçilir.

Gülməkdən ölən qaraqabaq adam - FOTOBir qardaşı Mircəfər Bağırov tərəfindən sürgünə göndərilsə də, o, diktator tərəfindən mükafatlandırılmışdı.

Oynadığı "Hacı Qara" tamaşasına baxan Mircəfər Bağırov tamaşadan sonra onu yanına çağırtdırır, fəxri ad alıb-almadığını soruşur. Bir müddət sonra Əliağa Ağayevə "Əməkdar artist" fəxri adı verilir. O uzun illər Gənc Tamaşaçılar Teatrında işlədi və o vaxtlar teatrda yeganə Xalq artisti Əliağa Ağayev idi.

Gülməkdən ölən qaraqabaq adam - FOTOO molla obrazlarını məharətlə ifa edirdi, amma heç kim bilmirdi ki, oxuduğu dualar realdır, çünki o, Quran hafizi idi.

Əliağa Ağayevin maraqlı səs tembri var idi və onu parodiya eləmək asan idi. Gənc aktyorlar tez-tez onun səsiylə kiməsə zəng vurub, zarafat edir, hətta borc istəyirmişlər. O bunu biləndə sadəcə gülümsünüb.

Gülməkdən ölən qaraqabaq adam - FOTOÖlümü də çox qəribə baş verib. Əliağa Ağayev gülməkdən ölüb. Hətta öncə heç kim onun öldüyünə inanmayıb, zarafat etdiyini düşünüblər. 1983-cü il noyabrın 3-də 70 illik yubileyi ərəfəsində dostları ilə bir məclisdə bir lətifəyə necə ürəkdən gülübsə, elə güldüyü yerdə keçinib. Bəli, qaraqabaq komediya ustası gülməkdən ölüb.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2654   Tarix: 30 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Sevgi təkbaşına kifayət etmir"

Türkiyəli aktrisa Deniz Baysal boşandıqdan sonra sevgiyə olan münasibətini bölüşüb. Axşam.az xəbər verir ki, aktrisa bu hisslərin zamanla dəyişdiyini bildirib:. "Sevgi dediyimiz anlayışın mənası mənim üçün çox dəyişib. Həyatın və inancın özü sevgidir. Bizim sevgi kimi gördüyümüz şey kimyəvi bi

28.10.2026 833
.

"Sevgilim 3 il məni aldatdı"

Aktrisa Pərvin Abıyeva şəxsi həyatı ilə bağlı etiraflar edib. Axşam.az xəbər verir ki, aktrisa sosial şəbəkədəki canlı yayım zamanı sonuncu münasibətinin üç il davam etdiyini bildirib. O, həmin müddətdə qarşı tərəfin ona dəfələrlə yalan vədlər verdiyini söyləyib. Pərvin ailə qurmaq və ana olmaq arzusund

07.11.2026 235
.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

02.11.2026 677
.

"Anamla atam ailə qurmağımı istəyir"

"25.10.25 - 25.10.26. Bir yaş daha. Oxuyacağım mahnılarım, quracağım xəyallarım, sarılacağım doğmalarım var. Şükürlərim çoxdur". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Günel Zeynalova sosial media hesabında yazıb. Ad günü olduğunu vurğulayan ifaçı bir ildir Bakıda yaşadıqlarını belə şər

25.10.2026 842
.

"Dərddən şəkərim qalxdı"

Müğənni İbrahim Borçalı səhhəti ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Bəh-bəh" verilişində danışıb. O, şirniyyatı çox sevdiyini, lakin şəkər xəstəliyinə görə ondan uzaq durmağa çalışdığını bildirib:. "Şirniyyatı xoşlayıram. Amma dərddən şəkərim qalxdı deyə

31.10.2026 488
.

Firəngiz Mütəllimova bu səbəbdən AİLƏ QURA BİLMƏYİB

Xalq artisti Firəngiz Mütəllimova "Görüş yeri" verilişində şəxsi həyatı ilə bağlı açıqlama verib. BİG.AZ Axşam.az-a istinadla xəbər verir ki, sənətçi ailə həyatı qura bilməməsinin səbəbindən danışıb:. "Mən gənc qız idim. Ailə həyatı qura bilmədim. Niyə? Çünki elə düşünürdüm ki, hamı "Sən

31.10.2026 763
.

Ömürlük həbs hökmünün detalları açıqlandı

Türkiyədə ötən il müəmmalı şəkildə həyatını itirən müğənni Gül Tutun (Güllü) qətlinə görə qızı Tuğyan Ülkem Gülterə verilən ağırlaşdırılmış ömürlük həbs cəzasının əsaslandırılmış qərarı açıqlanıb. Axşam.az xəbər verir ki, Yalova Ağır Cinayətlər Məhkəməsinin 25 səhifəlik qərarında hadisə zamanı evdə yalnı

25.10.2026 931
.

Atası ilə fotosunu paylaşıb bunları yazdı

Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin Nəcəfova atası ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, atası Xosrov Nəcəfovla çəkdirdiyi fotosunu izləyiciləri ilə bölüşüb. Nəzrin paylaşımına "Ürəyimdir, canım atam" şərhini yazıb. Qeyd edək ki, M.Eyubova və X.Nəcəfovun 4 övlad

01.11.2026 820
.

Konsertindən 1,3 milyard qazanaraq rekorda imza atdı

Kanadalı müğənni The Weeknd solo ifaçılar arasında konsert turundan əldə olunan gəlirə görə dünya rekordunu qırıb. Onun "After Hours Til Dawn" adlı qastrol səfəri bütün zamanların ən çox gəlir gətirən solo turu olub. Axşam.az xəbər verir ki, bu barədə "Variety" nəşri konsertləri

07.11.2026 197
.