Bir saata məşhurlaşdı, narkotikə görə həyatı puç oldu, tabutundan xırıltısı eşidildi - VİDEO

Bir saata məşhurlaşdı, narkotikə görə həyatı puç oldu, tabutundan xırıltısı eşidildi - VİDEOAzərbaycanın tanınmış reperi Hüseyn Dəryanın vəfatından illər keçsə də, insanlar tərəfindən sevilməsi ve tez-tez yad edilməsi maraq doğurur.

Yeniyetmə çağlarından rep yazmağa və bədahətən söyləməyə başlayan Hüseyn Dərya Azərbaycanda rep sənətinə ikinci həyat verən şəxs olub.

İlk dəfə muğamla repi sintez edən, qisa zamanda məşhurlaşan Hüseyn Dərya çətin bir yol qət edərək repi insanlara sevdirməyi bacarıb.

"Astar" "YouTube" kanalı onun haqqında maraqlı süjet hazırlayıb. Kadrlarda Hüseyn Dəryanı tanıyanlar bu reper barədə xatirələrini və fikirlərini bölüşürlər.

Prodüser Samir Xəttab: "O, həmişə məşhur olacağına inanırdı. Reper Anar Nağılbaz ona çox dəstək olub. Hüseyn Dərya repi bütün ictimaiyyətə sevdirdi, toylara repi gətirdi, yenilik yaratdı.Təəssüf ki, Hüseyn Dəryanın ölümü ilə "rep" sənəti süqut etdi. Narkotikin bir insanı necə məhv etdiyini biz bir daha gördük. Həmişə özünü nümunə göstərirdi. "Mən səhv etdim, siz etmeyin" deyirdi".

Prodüser Sayqa Cahid: "Hüseyn Dəryada fərqli alınırdı. O, sənətə meyxanadan başlamışdı. Əruz vəznini, qəzəli yaxşı bilirdi. Eyni zamanda fərqli düşüncəyə malik idi. Yaxın dostumuz ona "Dərya" adını elə-belə qoymamışdı".

Reper Dado (Səid Əliyev): "O vaxt repdə Elşad Xose, Anar Nağılbaz, "Dəyirman" idi. Sanki nə isə çatmırdı. Lakin Hüseyn Dəryanın gəlişi ilə hər şey yaxşı mənada dəyişdi. İlk dəfə "Space" kanalında oxuyan Dərya bir saat ərzində məşhurlaşdı. Ondan sonra ulduz həyatı başladı. Bəlkə də, ele bir günün ərzində tanınması ona ən böyük zərbəni vurdu".

Deyilənə görə, Hüseynin cəsədini avtomobilə yerləşdirəndə onun xırıltılı səsi eşidilib. Bu iddianı həmin an çəkiliş aparan media nümayəndəsi Fəxrəddin Sadıqzadə irəli sürüb. Maraqlıdır ki, bu səsi yalnız o deyil, Hüseynin həyat yoldaşı Sona İbadova da eşidib.

Süjeti daha ətraflı aşağıdakı videodan izləyə bilərsiniz:

Mehin Mehman


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2600   Tarix: 01 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Sevgi təkbaşına kifayət etmir"

Türkiyəli aktrisa Deniz Baysal boşandıqdan sonra sevgiyə olan münasibətini bölüşüb. Axşam.az xəbər verir ki, aktrisa bu hisslərin zamanla dəyişdiyini bildirib:. "Sevgi dediyimiz anlayışın mənası mənim üçün çox dəyişib. Həyatın və inancın özü sevgidir. Bizim sevgi kimi gördüyümüz şey kimyəvi bi

28.10.2026 833
.

"Sevgilim 3 il məni aldatdı"

Aktrisa Pərvin Abıyeva şəxsi həyatı ilə bağlı etiraflar edib. Axşam.az xəbər verir ki, aktrisa sosial şəbəkədəki canlı yayım zamanı sonuncu münasibətinin üç il davam etdiyini bildirib. O, həmin müddətdə qarşı tərəfin ona dəfələrlə yalan vədlər verdiyini söyləyib. Pərvin ailə qurmaq və ana olmaq arzusund

07.11.2026 235
.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

02.11.2026 677
.

"Anamla atam ailə qurmağımı istəyir"

"25.10.25 - 25.10.26. Bir yaş daha. Oxuyacağım mahnılarım, quracağım xəyallarım, sarılacağım doğmalarım var. Şükürlərim çoxdur". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Günel Zeynalova sosial media hesabında yazıb. Ad günü olduğunu vurğulayan ifaçı bir ildir Bakıda yaşadıqlarını belə şər

25.10.2026 842
.

"Dərddən şəkərim qalxdı"

Müğənni İbrahim Borçalı səhhəti ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Bəh-bəh" verilişində danışıb. O, şirniyyatı çox sevdiyini, lakin şəkər xəstəliyinə görə ondan uzaq durmağa çalışdığını bildirib:. "Şirniyyatı xoşlayıram. Amma dərddən şəkərim qalxdı deyə

31.10.2026 488
.

Firəngiz Mütəllimova bu səbəbdən AİLƏ QURA BİLMƏYİB

Xalq artisti Firəngiz Mütəllimova "Görüş yeri" verilişində şəxsi həyatı ilə bağlı açıqlama verib. BİG.AZ Axşam.az-a istinadla xəbər verir ki, sənətçi ailə həyatı qura bilməməsinin səbəbindən danışıb:. "Mən gənc qız idim. Ailə həyatı qura bilmədim. Niyə? Çünki elə düşünürdüm ki, hamı "Sən

31.10.2026 763
.

Ömürlük həbs hökmünün detalları açıqlandı

Türkiyədə ötən il müəmmalı şəkildə həyatını itirən müğənni Gül Tutun (Güllü) qətlinə görə qızı Tuğyan Ülkem Gülterə verilən ağırlaşdırılmış ömürlük həbs cəzasının əsaslandırılmış qərarı açıqlanıb. Axşam.az xəbər verir ki, Yalova Ağır Cinayətlər Məhkəməsinin 25 səhifəlik qərarında hadisə zamanı evdə yalnı

25.10.2026 931
.

Atası ilə fotosunu paylaşıb bunları yazdı

Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin Nəcəfova atası ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, atası Xosrov Nəcəfovla çəkdirdiyi fotosunu izləyiciləri ilə bölüşüb. Nəzrin paylaşımına "Ürəyimdir, canım atam" şərhini yazıb. Qeyd edək ki, M.Eyubova və X.Nəcəfovun 4 övlad

01.11.2026 820
.

Konsertindən 1,3 milyard qazanaraq rekorda imza atdı

Kanadalı müğənni The Weeknd solo ifaçılar arasında konsert turundan əldə olunan gəlirə görə dünya rekordunu qırıb. Onun "After Hours Til Dawn" adlı qastrol səfəri bütün zamanların ən çox gəlir gətirən solo turu olub. Axşam.az xəbər verir ki, bu barədə "Variety" nəşri konsertləri

07.11.2026 197
.