Sözlərdən dərin fikirlərin cövhərini çəkmək cəhdində...

Sözlərdən dərin fikirlərin cövhərini çəkmək cəhdində...Müasir media mühitində fikrin daha qısa və lakonik, eyni zamanda aydın ifadə olunması ötən ilin yayında ADA Universitetində Medianın İnkişafı Agentliyinin təşkil etdiyi seminarlarda, əsasən də fasilələr zamanı ən çox müzakirə etdiyimiz məsələlərdən biri idi. Təlimçilərdən biri, ADA-da "Kommunikasiya və Rəqəmsal Media" ixtisasının rəhbəri Şəfəq Mehrəliyeva iddia edirdi ki, azərbaycanlıların tviter platformasında nisbətən aşağı fəallığı məhz bu yazı üslubumuzun inkişaf etməməsi ilə bağlıdır. Həm də "Ədibin Evi" Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru olan Şəfəq xanım bir müddət sonra məsələni yenidən gündəmə gətirdi - bu dəfə o, dünya ədəbiyyatında "Six word story" kimi tanınan janrdan söz açaraq, bunu azərbaycanlı gənclər arasında müsabiqə şəklində sınaqdan keçirməyi təklif etdi.

Etiraf edim ki, janrın müəllifi hesab edilən amerikalı yazıçı, jurnalist Ernest Heminquey yeniyetməlik illərimin sevimli müəlliflərindən olsa da, onun nə zamansa mərc gələrək, altı sözdən ibarət hekayə yazdığını unutmuşdum. Qələmə aldığı "Satılıq uşaq çəkmələri, heç vaxt geyinilməyib" sətrini yaddaşımda təzələyəndə, nədənsə xəyalımda ikinci əl məhsulların üzərinə vurulan lövhəni canlandırdım. "Yəqin uzun illər övlad yolu gözləyən ana bu arzusuna qovuşa bilməyəcəyinə əmin olduqdan sonra çəkmələri mağazaya verib", - deyə düşündüm. Əslində isə, Heminqueyin "heç vaxt geyinilməyib" sözlərindən nə qədər istəsən əhvalat "uydurmaq" olar. "Heç vaxt geyinilməyib", ona görə ki, dünyaya gəlməyib, yaxud ayaqqabılar alınandan sonra ölüb və yaxud ayaqlarını itirib...
Nədənsə Vaqif Səmədoğlunun qələmə aldığı

"Məzarıma
nə başdaşı qoyun,
nə heykəl.
Bir cüt ayaqqabı qoyun,
ayağıyalın
geyib getsin..."

şeirini xatırladım.
Azərbaycan poeziyasında və nəsrində altı və hətta daha az sözlük, əhvalat janrına aid edə biləcəyimiz nümunələrin sayı çoxdur. Altı yüz, altı min, altı yüz min... sözdən ibarət, amma heç bir fikir ifadə etməyən söz yığınaqlarının sayı da həmçinin...
Müasir insan üçün vaxt hər şeydən dəyərlidir. Vaxtın dəyəri isə sözün dəyərini düz mütənasibliklə artırır - böyük bir fikri ifadə edən bir neçə söz sığdığı zaman kəsiyini daha dəyərli edir. Bu baxımdan, "müasir oxucu fikirdən daha çox, fikrin cövhərinin axtarışındadır" desək yanılmarıq. Az sözlə çox fikir ifadə etmək, fikrin cövhərini bir neçə söz vasitəsilə oxucuya çatdırmaq üçün istedad və bacarıq tələb olunur. Burada yazıçının müşahidə qabiliyyəti, yaradıcı və tənqidi düşüncə tərzi ilə yanaşı, zəngin söz ehtiyatı da imtahana çəkilir, düşüncəsinin və hisslərinin dərinliyi ortaya çıxır. "Ədibin Evi" Ədəbiyyata Dəstək Fondunun Medianın İnkişafı Agentliyi və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birlikdə elan etdiyi "6 sözlük əhvalat" müsabiqəsinin məqsədi də az sözə çox fikir yükü sığışdırmaq bacarığını təşviq etmək, texnoloji təkamül şərtləri altında dəyişən jurnalistikada fikir yükünün çəkisinin artırılmasına nail olmaqdan ibarət idi. Hekayələr mövzu olaraq İçərişəhər və Bakının qədim ruhunu əks etdirməli idi.
"Ədibin Evi"nin Himayəçilik Şurasının üzvü, Bakı Dövlət Universitetinin professoru Təhsin Mütəllimovun sədrliyi altında münsiflər heyətinin tərkibinə seçildiyim və bu maraqlı hadisənin kiçik bir parçası olduğuma sevindim.
"6 sözlük əhvalat" müsabiqəsinin ideyasının məhz "Ədibin Evi"ndən - görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlalın ocağından pərvazlanması, şübhəsiz ki, təsadüfi deyildi. Azərbaycan ədəbiyyatında "kiçik hekayənin böyük ustası" kimi tanınan Mir Cəlal barədə tənqidçilər, söz və fikir adamlarının tarixin müxtəlif dövrlərində söylədiklərinə nəzər salsaq, onun yaradıcı yolunu altı sözə sığdırmaq cəhdimiz, yəqin ki, aşağıdakı nəticəyə gətirər:
"Sözlərdən dərin fikirlərin cövhərini çəkən adam"...
Yekunlaşmış müsabiqəmiz haqda düşünəndə, "Ədibin Evi"nə ilk dəfə getdiyim günü xatırlayıram - ecazkar İçərişəhərin qədim Qala Qapılarından "Ədibin Evi"nədək, sanki illərin içərisindən keçərək uzun bir məsafə qət etdim. Daş döşənmiş yolların enişi və yoxuşu mənə geridə buraxdığım ömür kəsiyimdən söz açır, dünənimlə bu günümün kəsişən nöqtələrini düşüncələrimdə bir araya gətirirdi... Həyatımın bir hissəsi İçərişəhərdə keçib və hər küçəsi, hər daşı mənə doğmadır. Burada hər günümün, bəlkə də heç vaxt hansısa şeirə, hekayəyə sığışdıra bilməyəcəyim xatirəsi var. Müsabiqəyə təqdim olunan əhvalatlardan birində deyildiyi kimi, "Xatirələr daş-daş üstümə yağırdı İçərişəhərin küçələrində".
Münsiflər heyəti üzvü kimi missiyama da məhz bu müstəvidən yanaşırdım. Düşünürdüm ki, qosqoca İçərişəhəri altı sözə necə sığışdırmaq olar? Amma sən demə mümkün imiş...
Doğrusu, müsabiqəyə bu qədər böyük marağın olacağını gözləmirdim. İştirakçıların və təqdim olunan altı sözlük əhvalatların sayı gözləntilərimi xeyli üstələdi: 100-dən çox iştirakçı, 260-dan çox əhvalat... Müsibəqəyə təqdim olunan əhvalatların arasında İçərişəhərlə bağlı düşüncələrimin, nə zamansa yaşadığım və yaddaşımda iz buraxan anların izlərini görəndə xeyli təəccübləndim - İlahi, görün Bakıda mənimlə eyni hissləri yaşayan, yaxud bu hisslərin alayarımçıq obrazlarını sözə daşıya bilən nə qədər insan var imiş...
Müsabiqə təkcə mənim üçün deyil, bütövlükdə "6 sözlük əhvalat" heyətində yer alan hər kəs üçün maraqlı oldu və bunu onların üzlərindən, gözlərindən, sözlərindən oxudum.
Qiymətləndirmə hər bir münsif, o cümlədən, yazıçı, jurnalist Flora Xəlilzadə, yazıçı, jurnalist Rəşad Məcid, MEDİA-nın şöbə müdiri Natiq Məmmədli, "İçərişəhər" Muzey Mərkəzinin direktor müavini Sevil Məmmədova üçün asan olmadı. Yekun nəticəyə həm ayrı-ayrılıqda, həm də birgə müzakirələr əsasında gəldik. Hər əhvalatın, hər sözün bətnindəki fikir yükü, obrazlar təkrar-təkrar göz önündə canlandırıldı. Əhvalatlar, sözlər, baxış bucaqları ələnərək, professor Təhsin Mütəllimovun mütəxəssis nəzarəti altında bəyaz lövhəyə süzüldü və nəhayət, bütün münsiflərin ortaq qərarı ilə qalib 10-luq müəyyənləşdi. Lakin qalib seçilməyən işlər arasında da diqqətə layiqlilər kifayət qədər idi. İstər Qala divarlarının qoruduğu tarixi-mədəni irs barədə düşündürən
"İçərişəhər - yenilməz bir xalqın daşlaşan yaddaşı"
"Darıxdığı İçərişəhərdir, ya oradakı məsum uşaqlığı?!"
"İçərişəhərdə yaşayırdım. Zirzəmidə gizlədilmiş xəzinədən xəbərsizdim".

və yaxud satirik qələmdən çıxan

"Diqqət! Motor! Çəkirik! BUM! "Черт Побери!"
"Şah sağ olsun, təzə "kofeşop" açılıb!"

və ya milli ruhumuzu oxşayan

"- Caz? - Hardan bildiniz? - Vaqif döngəsində itdiniz".
"Mavi küləkli, qırmızı günəşli, yaşıl dənizli"

sevgi etirafları İçərişəhərə ünvanlanmışdı.

Əlbəttə ki, müsabiqəyə təqdim olunan əhvalatlar arasında uğurlu olmayanları da var idi. Təəssüf ki, bəzi işləri hətta fantaziyamızı işə salsaq belə, mövzu ilə əlaqələndirə bilmədik. Ümumilikdə isə, münsiflər heyətinin diqqətini çəkən məqamlar və yekun qənaəti bu idi ki, təqdim olunan işlərdə "aforizmi xatırladan lakonizm", "obrazlı düşünmək bacarığı", "İçərişəhərdə müasirliklə qədimliyin vəhdətini görmək bacarığı", "İçərişəhərimizə emosional bağlılıq və sevgi", "bir neçə sözdən ibarət sətirlərin böyük araşdırmalara zəmin yaratması", "tədqiqata təşviq etməsi" mövcudluğu sevindirici idi. Bu xüsusda, müsabiqənin öz hədəfinə çatdığını söyləmək mümkündür. Narahatedici məqamlar da var idi - ədəbiyyatda, mediada və sosial şəbəkələrdə hər gün qarşılaşdığımız problemlər "6 sözlük əhvalat" müsabiqəsində də sezilirdi. Bir çox əhvalatlarda fikrin dayazlığı, sözə, fikrə münasibətdə məsuliyyət hissinin aşınması, bədiiliyin azlığı, ifadə tərzinin bəsitliyi, Azərbaycan dilinin qrammatik qaydalarına əməl edilməməsi, bəzi müəlliflərin dilə və özünə, yaradıcılıq məhsuluna qeyri-ciddi yanaşması günümüzün məyusedici reallığıdı kimi önümüzdə idi.
Amma həvəsdən düşmək, ədəbiyyatın və təbii ki, bizi biz edən dəyərlərin təbliğindən əsla vaz keçmək olmaz. Problemlərdən isə hər zaman çıxış yolu var. "Ədibin Evi" bu çıxış yollarından birinin istiqamətini gerçəkləşdirdiyi "6 sözlük əhvalat" müsabiqəsi ilə nişan verdi. Bu yol, elə nişan verilən istiqamətdə də davam etdirilməli, ədəbiyyatın həyatımızın, mədəniyyətimizin ayrılmaz bir parçasına çevrilməsinə zəmin yaratmalıdır.
Bu müsabiqələri "6 sözlük əhvalat" müsabiqəsinin missiyası ilə birlikdə aşağıdan yuxarı bütün təhsil müəssisələrinə daşımaq, Azərbaycan dilində mükəmməl yazmağın və danışmağın əsl azərbaycanlı və mədəni insan olmanın əsas atributlarından biri kimi qəbul edilməsinə, bu yanaşmanın hakim düşüncəyə çevrilməsinə çalışmaq lazımdır. Azərbaycan dili milli düşüncəmizin, mədəniyyətimizin ilmələrini təşkil edir. Onun bir kəlməsi - ilməsi yerində olmazsa, ilmələri də qaçacaq, qarışıq düşəcək!
Mir Cəlalın"Bir gəncin manifesti" əsərindən milli düşüncəmizə miras qalan, milli kimliyimizi ifadə edən, aforizmə çevrilən dörd sözlük fikir və xarakter fırtınasında ifadə olunduğu kimi - "İtə ataram, yada satmaram!" Dilimizə də, ədəbiyyatımıza da özümüz sahiblənməliyik. Kiçik əhvalatlara, deyimlərə böyük fikirləri sığışdıra bilməsək, böyük fikirlərin yükünü də daşıya bilməyəcəyik.

Elçin MİRZƏBƏYLİ
Yazıçı, jurnalist
"6 sözlük əhvalat" müsabiqəsinin münsiflər heyətinin üzvü

Sözlərdən dərin fikirlərin cövhərini çəkmək cəhdində...Sözlərdən dərin fikirlərin cövhərini çəkmək cəhdində...Sözlərdən dərin fikirlərin cövhərini çəkmək cəhdində...Sözlərdən dərin fikirlərin cövhərini çəkmək cəhdində...Sözlərdən dərin fikirlərin cövhərini çəkmək cəhdində...


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 698   Tarix: 02 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?

Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali

15:20 0
.

Demokratlar Ukraynaya 15 milyard dollarlıq yardım paketi hazırlayır

ABŞ Demokratlar Partiyasının nümayəndələri Ukraynaya təxminən 15 milyard dollar məbləğində yeni hərbi yardım paketinin ayrılması, eləcə də Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndirilməsi imkanlarını müzakirə edirlər. "Report" xəbər verir ki, bu barədə "Financial Times" müzakirələrl

13:50 131
.

Slovakiyanın baş naziri etiraf etdi: "Ölkəmizin Aİ-yə üzvlüyü ilə bağlı referendum saxtalaşdırılıb"

"2003-cü ildə Slovakiyanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı keçirilən referendumun nəticələri saxtalaşdırılıb". TASS-a istinadən xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso deyib. "Slovakiya 2004-cü ildə Aİ-yə daxil olanda burada böyük ruh yüksəkliyi var idi. Bi

13:30 146
.

Prezident: "Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

"O binada (Xankəndidəki keçmiş icra hakimiyyətinin binası - red.) oturanlar - hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar". BİG.AZ AZƏRTAC- a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində deyib. "Onlar Bakıya tanklarl

12:35 132
.

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli Zəfər Günü münasibətilə paylaşım edib

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli 8 Noyabr Zəfər Günü münasibətilə təbrik paylaşımı edib. BİG.AZ xəbər verir ki, o, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birliyi, qəhrəman gənclərimizin Şuşa qayalarını fəth edərək tarixi dəyişməsini xüsusi vurğulayıb:. "Zəfər gün

14:33 129
.

Prezident: "Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!"

Əminəm, hər birimiz özümüzə deyirik: Biz elə güclü olmalıyıq ki, bundan sonra heç kimin ağlına belə Azərbaycana zərər vermək gəlməsin! Əminəm ki, belə də olacaq. BİG.AZ AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində deyib. Dövlətimizi

12:41 155
.

Kasım-Jomart Tokayev İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevi 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli İlham Heydər oğlu. Azərbaycan Respublikasının Zəfər Günü münasibətilə səmimi təbriklərimi qəbul edin

13:08 130
.

"Azərbaycanda filmə çəkilmək mənim üçün inanılmaz təcrübə oldu"

Türkiyəli aktrisa Özge Gürel bu gün qatıldığı tədbirdə baş rollarından birini ifa etdiyi, Azərbaycanın Vətən müharibəsinə həsr olunan "44" bədii filmi ilə bağlı təəssüratlarını bölüşüb. Axşam.az xəbər verir ki, aktrisa "Gece mühabiri"nə açıqlamasında filmdə rol almağın onun üçün qürurveric

12:00 148
.

Marneulidə faciə: Atasının ölüm xəbərini alan qızı da vəfat etdi

Gürcüstanın Marneuli rayonunda 50 yaşlarında kişi qəfil vəfat edib. -yə istinadən xəbər verir ki, kişinin iş yerində halı qəfil pisləşib və o, ürək çatışmazlığından dünyasını dəyişib. Məlumata görə, atasının ölümündən sarsılan orta yaşlı qızı da qısa müddət sonra qəfil vəfat edib

15:30 0
.