"Toppuş bacı"ya tətbiq olunan immunoterapiya xərçəngi tam sağaldır? – Onkoloqdan AÇIQLAMA
Hazırda onkoloji xəstələrin qəbul etdiyi "ağıllı dərman" və immunoterapiya ən bahalı müalicələrdəndir.
Bəzən xəstələr bu terapiyaları qarışdırır. Bunlar bir-birinə bənzər terapiyalar olsa da, dərman və təsir mexanizmləri fərqlidir.
Bakupost.az-a açıqlamasında həkim onkoloq, kimyaterapevt Pərvanə Rüstəmova immunoterapiyanın təsirindən danışıb.
O qeyd edib ki, immunoterapiya xəstənin immun sistemini aktivləşdirməklə öz qoruyucu mexanizmi ilə xəstəliyə qalib gəlməsinə kömək edir:
"Adətən, şiş hüceyrələrinin ifraz etdiyi maddələrin təsirindən immun sistem zəifləyir, sıfıra enir və xərçəng hüceyrələri yayılırdı. İmmunoterapiya artıq immun sisteminin ölməsinə, sönməsinə imkan vermir. Bundan sonra xəstədə şişin geriyə inkişafı, kiçilməsi, bəzi hallarda yox olması baş verə bilir. Bu terapiya əslində XIX əsrdən müxtəlif formalarda, müxtəlif adda dərmanlarla başlanmışdı. Lakin öz parlaq dövrünə 2000-ci illərdə gəlib çatdı".
Pərvanə Rüstəmova bildirib ki, immunoterapiyada istifadə etdiyimiz dərmanlar xəstələrə və şişin olduğu orqana görə dəyişə bilir:
"Bu əsasən, kiçik hüceyrıli və qeyri-ağciyər xərçəngində, böyrək, sidik kisəsi, süd vəzi, melanoma, yoğun bağırsağın bəzi şişlərində uğurla istifadə olunur. Xüsusən melanoma və ağciyər xərçəngində kimyaterapiyasız, tək immunoterapiya ilə tam müalicə mümkündür. İlk başladığı dövrdə immunoterapiya 3-4-cü dərəcədə, ağır, artıq yayılmış metastazlı xəstələrdə istifadə olunurdusa, bu gün dünyada qida borusu, mədə, ağciyər, melanoma xərçəngində, mədəaltı vəzlərdə ilkin birinci nəsil müalicə kimi başlayır. Xəstənin dərmanı alıb özbaşına müalicəyə başlaması yolverilməzdir. Bu, mütləq peşəkar onkoloq nəzarətində aparılmalıdır. Ciddi yan təsirləri var. Son elmi araşdırmalar göstərir ki, üçlü neqativ süd vəzi xərçəngində faydası yaxşıdır. Bu dərmanlar əməliyyat, şüa və kimya terapiyasını əsla əvəz etmir".
Mütəxəssis hesab edir ki, xəstəni onkoloq dəyərləndirməli, onun müalicəsində immunoterapiyaya ehtiyac olub-olmadığına o qərar verməlidir:
"Elə xəstə var genetik dəyişikliklər baş verib, o, müalicədən fayda görə bilməz. Dərman alsa, bu, sadəcə pul itkisidir.
Bəzi növ şişlərdə birbaşa müalicə məhz immunoterapiya ilə başlaya bilər. Təəssüf ki, bu dərmanlar çox bahalıdır. Çünki onların hazırlanması yüksək maliyyə tələb edir. Bizdə dərmanları xəstə öz vəsaiti hesabına alır. Çox güman ki, aktrisa Tünzalə xanıma da immunoterapiya aparılır. Uşaqlıq boynunun metastaz vermiş şişlərində immunoterapiya istifadə edilir. Bu, xəstənin yaşam müddətini uzada bilər. Tam sağaltmasa da, yaşama şansı yüksəlir".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZaur və Günaydan Zəfər Günü ilə bağlı təbrik - VİDEO
Tanınmış teleaparıcılar Zaur və Günay Baxşəliyevlər 8 Noyabr - Zəfər Günü münasibətilə paylaşım ediblər. BİG.AZ xəbər verir ki, cütlük sosial şəbəkə hesablarında video paylaşaraq Azərbaycanın şanlı Zəfər Gününü təbrik edib. Azərbaycanın tarixi Qələbəsinə həsr olunan görüntülərdə aparıcılar Zəfər Gününü
07.11.2026 206 Corcinanın qısqanclığı Ronaldoya 100 milyon dollara başa gəldi
Ulduz futbolçu Kriştiano Ronaldonun özəl təyyarəsində çalışan qadın pilotu işdən çıxardığı iddia olunur. Bu qərarın arxasında isə həyat yoldaşı Corcina Rodrigesin dayandığı bildirilir. xəbər verir ki, Ronaldonun təyyarəsində pilot kimi çalışan Sofiya Vens adlı qadınla futbolçu arasındakı yaxın münasibə
03.11.2026 791 Gülay Zeynallı paylaşımı ilə HAMINI MAT QOYDU - FOTOLAR
Müğənni Gülay Zeynallı sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, müğənni instaqram hesabında yeni görüntülərini izləyiciləri ilə bölüşüb. Gülay görünüşü və yeni tərzi ilə diqqət çəkib. Fotolarda onun anası və qızı da yer alıb. Paylaşıma xoş sözlər yazıblar. Həmin fotoları təqdim edirik
01.11.2026 829 Mənzurə Musayevanı 500 manata toya çağırmaq istədilər
Müğənni Mənzurə Musayeva yarım saatlıq toy çıxışının qiyməti ilə bağlı müzakirələrə səbəb olub. Qaynarinfo xəbər verir ki, müğənni bu günlərdə qatıldığı televiziya proqramlarından birində müzakirə mövzusuna çevrilib. Veriliş zamanı orta məktəbdə müəllim işləyən tamaşaçı canlı yayıma qoşularaq övladlarını
29.10.2026 748 "Ən bahalı müğənnisən, sənin yerinə utandım"
"Sənin yerinə utandım. Ayıbdır. Abbas Bağırov "Rolls-Royce", ən yeni "BMW"dən düşməlidir. Azərbaycanın ən bahalı müğənnisidir. Simiclik edirsiniz. Həyat sənə bir dəfə verilib, xərclə". Axşam.az xəbər verir ki, bu sözləri radio aparıcısı Rəvan Bağırov "Manpası"
30.10.2026 896 Sovet və Rusiya aktrisası Lidiya Fedoseyeva-Şukşina vəfat edib
Sovet və Rusiya aktrisası Lidiya Fedoseyeva-Şukşina ömrünün 89-cu ilində vəfat edib. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə onun qızı Mariya Şukşina məlumat verib. Oktyabrda mediada aktrisanın ürək problemləri səbəbindən xəstəxanaya yerləşdirilməsi barədə məluma
07.11.2026 189 Maykl Cekson ölümündən 17 il sonra 140 milyon dollar qazandırıb
2009-cu ildə vəfat edən əfsanəvi müğənni Maykl Cekson ölümündən 17 il sonra da dünyanın ən çox gəlir gətirən məşhurları sırasında yer alıb. Axşam.az xəbər verir ki, "Forbes" jurnalının 2026-cı il reytinqinə əsasən, sənətçinin mirası 140 milyon dollar gəlir əldə edib. Bu göstərici ilə Mayk
04.11.2026 480 Anasının evində əşyalara əl vurulmasını qoymur
Aparıcı Kamilə Babayeva bir müddət əvvəl vəfat edən anasının evindən görüntülər paylaşıb. Axşam.az xəbər verir ki, aparıcı anasının yoxluğundan sonra evdəki əşyaların yerini dəyişmədiyini bildirib. O, anasının sağlığında hər şeyi necə qoyubsa, elə də saxladığını qeyd edib. K.Babayeva anasının eyvanda
07.11.2026 329 Polad Bülbüloğlu bu səbəbdən Tünzalə Ağayevaya təşəkkür etdi
Xalq artisti Tünzalə Ağayeva Azərbaycan musiqisinin əvəzolunmaz sənətkarı, Xalq artisti Polad Bülbüloğlunun "Gəl ey səhər" əsərini ifa edərək ona yeni nəfəs verib. xəbər verir ki, MTV maqazin sözügedən ifa haqqında Polad Bülbüloğlundan özəl açıqlama alıb. Xalq artisti pop ulduza təşəkkürün
06.11.2026 436