Azərbaycanda problemli kreditlərin yaratdığı problemlər - EKSPERT RƏYİ

Azərbaycanda problemli kreditlərin yaratdığı problemlər - EKSPERT RƏYİDevalvasiyadan sonra aktuallaşan bu problem hələ də qalmaqdadır. Ekspert hazırkı bahalaşma şəraitində problemli kreditlərin artması tendensiyasının daha gözlənilən olduğu qənaətindədir. Məhz buna görə Mərkəzi Bank kreditlərin verilməsi qaydalarında dəyişiklik etdi. Çünki ehtiyat edilir ki, banklar daha çox istehlak krediti versələr, problemli kreditlər artar.

"Kaspi" qəzeti problemli kreditlər mövzusunu araşdırıb:

Azərbaycanın bank sektorunun əsas problemlərindən biri də problemli kreditlərdir. Devalvasiyadan sonra sürətlə artan problemli kreditlər məsələsi hələ də aktual olaraq qalır. Mərkəzi Bankın məlumatına əsaslansaq, 2022-ci ilin avqustun 1-nə Azərbaycanda problemli kreditlərin həcmi ötən ilin ilk yarısı ilə müqayisədə 0,2% artaraq 662,3 milyon manata çatıb. Vaxtı keçmiş kreditlər isə ötən ilin eyni dövrü ilə müqayisədə 29,4% azalıb. Vaxtı keçmiş kreditlərin nəzərəçarpacaq dərəcədə azalması sevindirici xəbərdir. Bəs bu azalmanın səbəbi nədir? Açıqlanan göstəricilərin bank sektoruna və istehlakçılara hansı xeyri var?

Ya qaytarılır, ya da balansdan silinir

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov dedi ki, reallıqda problemli kreditlər 2 səbəbdən azala bilər: "Birincisi, kreditlər qaytarılanda. Bu proses ya könüllü, ya bankın səyi, kollektorların təzyiqi, bəzən hətta hüquq mühafizə orqanlarının məsələyə qarışması ilə olur. İkinci yol budur ki, problemli kredit batır, qayıtmır və bankın balansından silinir. Bu hal problemli kreditlərin statistikasında görünmür. Birinci variant bankların xeyrinədir. Amma ikinci variant o deməkdir ki, bank o pulu tamamilə itirib. Banklarda bunların hər ikisi olur. Yəni pulun bir hissəsi qayıdır, bir hissəsi isə batır".

Banklar pis vəziyyətdə olduqlarını göstərmək istəmirlər

Ekspert bildirdi ki, bank statistikasında heç vaxt açıqlamırlar ki, problemli kreditlərin nə qədəri qayıdıb, nə qədəri isə batıb: "Bu da onu deməyə əsas verir ki, əksər hissəsi batıb. Çünki qayıtsaydı, onu da deyərdilər. Sual yaranır ki, bəs bank niyə gizlədir? Birinci səbəb odur ki, banklar pis vəziyyətdə olduqlarını göstərmək istəmirlər. Bu o deməkdir ki, bankın idarəetməsində problem var. İkinci səbəb odur ki, bunun açıqlanması banka borcu olanları şirnikləndirər. Onlar düşünərlər ki, bankın pulunu qaytarmamaq da olar".

Azalma bankların xeyrinədir, yoxsa ziyanına?

Ə.Həsənovun sözlərinə görə, problemli kreditlər qaytarılsaydı, bunun bank sektoruna xeyri dəyərdi: "Yəni banka qayıdan pul yenidən kredit kimi verilər və bank qazanardı. Əgər qayıtmayıb batıbsa, bu, bank sistemi üçün itkidir. Banklar hesabatlarını şəffaf şəkildə vermirlər deyə, biz də dəqiq qiymət verə bilmirik ki, azalma bankların xeyrinədir, yoxsa ziyanına. Əgər problemli kreditlər qaytarılmayıbsa, bu, istehlakçıların da ziyanınadır. Çünki kreditlərin çox hissəsi batıbsa, deməli, artıq bankların kredit vermək üçün pulu azdır. Həm də bu o deməkdir ki, bankların gözü qorxub və kredit götürmək əvvəlki kimi asan olmayacaq".

Kölgə iqtisadiyyatı az olsa...

Bank eksperti qeyd etdi ki, problemli kreditlərdən qaçmaq olmur, onlar istənilən bank sistemində var, amma bizdə daha çoxdur: "Azaltmaq üçün, birincisi, iqtisadiyyat daha şəffaf olmalıdır. Çünki vətəndaşların gəlirinin xeyli hissəsi qeyri-rəsmidir. Bank vətəndaşın maaşına baxır, görür rəsmi əməkhaqqı azdır. Amma vətəndaş deyir ki, qeyri-rəsmi gəliri var. Bank isə həmin gəliri tam dəqiq yoxlaya bilmir. Yəni vətəndaşın əsl gəliri haqqında bankda tam məlumat olmur. Əgər kölgə iqtisadiyyatı az olsa, banklar da borc verdiyi şəxsin maliyyə vəziyyəti haqqında daha məlumatlı olar və bu da problemli kreditlərin artmasının qarşısını alar".

Bahalaşma problemli kreditləri artırır

Ə.Həsənovun fikrincə, problemli kreditləri yaradan digər səbəb ölkədəki iqtisadi vəziyyətdir. Qiymət artımı gəlirlərə uyğun deyil. Bu da problemli kreditləri artırır. Qiymət artdıqda vətəndaş maaşını daha çox xərcləyir, artıq krediti ödəyə bilmir. O baxımdan problemli kreditlərin qarşısını almağın ən yaxşı yolu iqtisadi inkişafa nail olmaqdır. Yəni insanların gəlirləri qiymətlərdən daha sürətlə artmalıdır. Amma yaxın dövrdə buna nail olmaq mümkün deyil".

Ekspert sonda onu da bildirdi ki, qarşıdakı dövrdə problemli kreditlərin artma ehtimalı daha çoxdur: "Bu da bazardakı bahalaşma ilə bağlıdır. İndiki şəraitdə problemli kreditlər yalnız o halda artmayacaq ki, kredit verilməsi azalacaq. Bu yaxınlarda Mərkəzi Bank kreditlərin verilməsi qaydalarında dəyişiklik etdi ki, banklar daha çox istehlak krediti verməsin. Çünki Mərkəzi Bank qorxur ki, banklar daha çox istehlak krediti versələr, insanların maddi vəziyyəti pisləşər və problemli kreditlər artar. Banklar yeni qaydaya riayət etsələr, problemli kreditlər elə də çox artmaz".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 776   Tarix: 11 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.