Azərbaycanlı məşhurlar Bəxtiyar Ersayın təyinatını necə qarşıladılar?

Azərbaycanlı məşhurlar Bəxtiyar Ersayın təyinatını necə qarşıladılar?Xəbər verdiyimiz kimi, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlıq Qrupunun komandanı general-polkovnik Bəxtiyar Ersay Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşaviri təyin edilib.

Musavat.com azərbaycanlı məşhurların Bəxtiyar Ersayın təyinatına münasibətini təqdim edir.

Millət vəkili Fazil Mustafa:

Azərbaycanlı məşhurlar Bəxtiyar Ersayın təyinatını necə qarşıladılar?"Bəxtiyar Ersay paşanın Azərbaycan müdafiə nazirinin müşaviri təyin olunmasına sevindim. O, Azərbaycan üçün şəhid Nuri Paşa qədər dəyərli şəxsiyyətdir. Orada nəhayət ki, güvəndiyimiz peşəkar birinin olması millətimiz üçün ümidverici haldır".

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı:

Azərbaycanlı məşhurlar Bəxtiyar Ersayın təyinatını necə qarşıladılar?"Müstəqil Azərbaycan Cümhuriyyəti qurulanda da belə olmuşdu. 2-ci hökumət kabinəsində rəsmən olmasa da, Qafqaz İslam Ordusu komandanı Nuru Paşa Azərbaycan müdafiə naziri funksiyasını yerinə yetirdi. Bu dəfə 44 günlük Vətən savaşının görünməz qəhrəmanlarından Bəxtiyar Ersay Paşa rəsmən Azərbaycan müdafiə nazirinin müşaviri vəzifəsinin icrasına başlayıb. Gücümüz birliyimizdədir!"

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "YeniÇağ" Media Qrupunun rəhbəri Aqil Ələsgər:

Azərbaycanlı məşhurlar Bəxtiyar Ersayın təyinatını necə qarşıladılar?"Zahidin bir barmağın kəssən, dönüb Həqqdən qaçar,

Gör bu gerçək aşiqi sərpa soyarlar, ağrımaz.

Bax, o, sərpa soysalar da, vətən aşiqi, dövlət sevdalısı olmaqdan bir an olsun vaz keçməyən Bəxtiyar Paşadır!

Bəlkə də başqası olsa, küsərdi. Ancaq heç bir günahı olmadığı halda FETÖ tərəfindən 31 ay zindanda saxlandıqdan sonra bəraət alaraq PKK-ya od qoyan, təcrübəsindən, məsləhətlərindən bizim də Qarabağda istifadə etdiyimiz Bəxtiyar Ersay Paşanın təyinatının elan olunması gözəl xəbərdir. Ordumuz və Müdafiə Nazirliyi ilə bağlı inam yaradan məqamdır".

LAF TV-nin direktoru Ləman Ələşrəfqızı:

Azərbaycanlı məşhurlar Bəxtiyar Ersayın təyinatını necə qarşıladılar?"Türk generalı Bəxtiyar paşa. İnşallah gözü Ordumuzun üstündə olar. Yeni təyinatı uğurlu olsun".

Hərbi ekspert Ədalət Verdiyev:

Azərbaycanlı məşhurlar Bəxtiyar Ersayın təyinatını necə qarşıladılar?"Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlıq Qrupunun komandanı general-polkovnik Bəxtiyar Ersay Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşaviri təyin edilib. Xeyirli və uğurlu olsun".

"Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu:

Azərbaycanlı məşhurlar Bəxtiyar Ersayın təyinatını necə qarşıladılar?"Azərbaycan ordusu gerçəkdən də dəyişir! Dəyişməlidir! Dərin islahatlar aparılmalı, orduda yuvalanmış mafiya və korrupsiya dəstələri darmadağın edilməlidir!

Bahtiyar Ersay paşamızın - Türk Ordusunun bu əfsanə isminin rəsmən Müdafiə Nazirliyimizə yüksək vəzifəyə təyin olunması bu istiqamətdə görülən və davam etdirilən işlərin ciddiyyətindən xəbər verir! Proses Prezidentin iradəsi ilə aparılır və Ordumuzu türkləşdirmək, müasirləşdirmək, daha da gücləndirmək məqsədi daşıyır!

Bahtiyar paşa ilə Ali Baş Komandan İlham Əliyevi birgə və uğurlu fəaliyyət bağlayır. Vətən Müharibəsində Bahtiyar paşamız da üzərinə düşən bütün işləri və Ali Baş Komandanın əmrlərini böyük uğurla həyata keçirib. Bundan sonra da birgə fəaliyyət davam edəcək, demək ki!

Bahtiyar Ersay paşa Ordumuzun başında dayanan simalardan biridirsə, artıq bu iş tam rəsmidirsə, demək ki, bizi yaxın gələcəkdə ciddi döyüşlər, ciddi mücadilələr, həm də böyük qələbələr gözləyir!

Turan və Turan Ordusu Azərbaycandan, Şuşadan qurulur!"

"Yeni Müsavat" qəzetinin əməkdaşı Elşad Paşasoy:

Azərbaycanlı məşhurlar Bəxtiyar Ersayın təyinatını necə qarşıladılar?"Hərbi xidmətdə olduğum zaman bizə Türkiyədən gəlmiş komutanlar təlim keçirdilər. Sonuncu heyətin üzvü Eli Efedən ayrılarkən əsgər dəftərçəmə ondan avtoqraf almışdım. Çox kövrəlmişdim. Həm də Türk komutanlara Qarabağı işğaldan azad etməyimiz üçün arxa-dayaq olaraq baxırdım. O anlarda düşündüm ki, bizə çox çətin olacaq. Düzdür, Türkiyədə hərbi təhsil almış gənc zabitlərimiz gəldilər o zamanlarda, ilk qrupları elə möhtəşəm idi ki, "Öncə Vətən!" deyirdilər hər biri, qürurlanırdıq! Amma yenə də Türkiyə zabitlərinin gedişinə üzgün idik…

Şükürlər olsun, Türkiyə Azərbaycanda, Qarabağda, Zəngəzurda, Azərbaycan Türkiyədədir bu gün!

General-polkovnik Bəxtiyar Ersayın Azərbaycan müdafiə nazirinin müşaviri təyin olunması isə növbəti möhtəşəm xəbər oldu! "Qardaş Yumruğu" düşmənlərin başını əzəcək, inşallah! Uğurlu və xeyirli olsun!"


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1029   Tarix: 11 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.