Ukraynada uşaqlar niyə oğurlanır? - Beynəlxalq təşkilatlardan açıqlama

Ukraynada uşaqlar niyə oğurlanır? - Beynəlxalq təşkilatlardan açıqlamaDünya iqtisadiyyatı dövridir: yüksəliş ardınca eniş gəlir, sonra növbəti resessiyaya kimi bərpa olma və sairə. İkinci Dünya müharibəsindən bəri dünyada beşədək resessiya baş verib, 2020-ci il kovidlə bağlısı da daxil.

Lakin bir dəfə də olsa enişdən sonrakı bərpa olma bu qədər indiki kimi tez büdrəməyib. Başlıca səbəb Rusiyanın Ukraynaya hücum etməsidir.

Rusiyanın Ukraynaya hücumu dünyanın "Covid-19" böhranından sonra bərpa olmağa və əvvəlki rifah artımı templərinə qayıtmasına mane oldu, qlobal iqtisadiyyata ziyan vurdu, enerjidaşıyıcılar bazarlarının sabitliyini pozdu. Bir çox inkişaf etməkdə olan ölkədə ərzaq qıtlığı və yoxsulluğu daha da gərginləşdirdi. Bəzi məlumatlara görə, əldən buraxılmış imkanlar təkcə bu il bir trilyon dollardan çox qiymətləndirilir. Gələn il isə bu məbləğin 2,8 trilyon dollara çatacağı gözlənilir.

Dünya universitetlərinin iqtisadçılarının proqnozların görə, bu müharibədən, başqalarından daha çox, Rusiya da daxil, yoxsul ölkələr zərər çəkəcək.

Bunlar bir yana, Rusiyanın təcavüzü günahsız Ukrayna uşaqlarına getdikcə daha çox təsir edir.

İyun ayında Ukrayna Prezidenti Volodimir Zelenski çox qalmaqallı bir iddia səsləndirib. O, "Rusiya həm böyükləri, həm də uşaqları zorla aparır" deyərək bu ölkəni insan hüquqıllarını pozmaqda ittiham edib.

Bəs Rusiya ukraynalı uşaqları niyə oğurlayıb aparır?

"Bu, Rusiyanın ən ağır hərbi cinayətlərindən biridir. Rusiya ümumilikdə 200 mindən çox ukraynalı uşağı qaçırıb, onlar valideynlərindən ayrılıb və müharibə başlayandan bəri uşaq evlərində saxlanılıb. Məqsəd Ukraynanı unutdurmaqdır. Rusiya bu uşaqları xüsusilə uzaq ərazilərə köçürür. Bu cinayət siyasətinin məqsədi təkcə insanları oğurlamaq deyil, insanlara Ukraynanı unutdurmaq və geri qayıtmasının qarşısını almaqdır",- deyə Zelenski bildirib.

May ayında isə Ukraynanın BMT-dəki daimi nümayəndəliyinin müşaviri Sergey Dvornik, həmçinin, bildirib ki, Rusiya ukraynalı uşaqları qaçıraraq öz ərazisinə aparır:

"İşğalçıların məqsədi təkcə Ukraynanı tutmaq deyil, həm də Ukrayna millətini məhv etməkdir. Ümumilikdə 230 mindən çox uşaq Rusiya Federasiyasının ərazisinə deportasiya edilib. Rusiyaya zorla deportasiya edilmiş 1,4 milyon Ukrayna vətəndaşı arasında ən azı 230 min ukraynalı uşağın oğurlanması, müstəmləkəçiliyin müasir təzahürü olan, Ukrayna millətini gənc nəsillərindən məhrum etməklə məhvə yönəlmiş cinayətdir".

O əlavə edib ki, Ukrayna şəhərlərinə raket və artilleriya hücumları nəticəsində on minlərlə dinc sakin həlak olub, çoxlu sayda insan yaralanıb. 220 minə yaxın insan evini itirib.

Milyonlarla vətəndaş işğal edilmiş və ya müharibədən zərər çəkmiş əraziləri tərk etmək məcburiyyətində qalıb. 8 milyon insan məcburi köçkünə çevrilib, 6,5 milyon adam Ukraynanı qaçqın kimi tərk edib.

Sentyabr ayında "RBK" saytında yayılan digər məlumata görə, Rusiya Ukraynadan 7 mindən çox uşağı məcburi deportasiya etdirib. Bu, bir milləti yer üzndən silmək cəhdidir, bir növ soyqırımıdır.

Ukraynalı uşaqların Rusiyaya köçürülməsi barədə iyul ayında Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun özü də danışıb. Belə ki, işğal altındakı Donetskdə uşaq evində yaşayan 9 doğma bacı-qardaşı məcburi şəkildə Kursk və Rostova deportasiya ediblər, daha sonra isə yerli ailələrin himayəsinə veriblər. Qubernator bunu xeyirxah əməl kimi qələmə versə də, Ukrayna Ali Radasının insan hüquqları üzrə səlahiyyətli nümayəndəsi Dmitri Lubinets hesab edir ki, bunu etməklə Rusiya mülki şəxslərin müdafiəsi haqqında Cenevrə Konvensiyasının normalarını, beynəlxalq hüququ pozur və bu, Rusiya Federasiyasının Ukrayna xalqına qarşı soyqırım törətməsinin bariz nümunəsidir, çünki bir millətdən olan qrupun məcburi köçkünləşməsi soyqırımın birbaşa tərifidir,

"Rusiya əvvəlcə uşaqların valideynlərini və ailə üzvlərini mərmi ilə qətlə yetirərək, onları yetim qoyur, ailələrini deportasiya etməklə ayırır, şəhər və kəndlərdə məktəb və infrastrukturu məhv edərək uşaqları Vətənlərində oxuyub böyümək hüququndan məhrum edir, sonra da "xeyirxahlıqla" onları yad ölkədəki insanların qucağına atır", - deyə Lubinets vurğulayıb.

Lubinets əlavə edib ki, rusiyalı könüllülərlə əməkdaşlıq çərçivəsində deportasiya olunmuş 51 uşaq Ukraynaya qaytarılıb.

Adətən Rusiya yetim və sahibsiz uşaqları götürür, lakin Mariupol sərhədində dəfələrlə uşaqları valideyndən ayıraraq naməlum istiqamətdə apardıqları qeydə alınıb.

Bəzi məlumatlara görə, uşaqlar xüsusi hazırlanmış qatarlarda Rusiya Federasiyasının dərinliyinə, təxminən 9000 kilometr daxilə daşınırlar.

Həmin uşaqlar Rusiya ərazisində və ya işğal olunmuş torpaqlarda internatlara, düşərgələrə yerləşdirilir, rus ailələrinə himayəyə, övladlığa verilir.

Ukraynalı uşaqlar hansı şəraitdə saxlanılır?

Rusiya Federasiyasındakı həbs düşərgələrində yaşayış şəraiti müxtəlif səviyyəlidir. Övladlığa verilmək üçün seçilmiş uşaqlar nisbətən daha yaxşı şəraitdə saxlanılır, lakin çox vaxt deportasiya olunmuş uşaqlar faciəvi şəraitdə qalır. Buradakı nəmlik və kif, təmizləyici vasitələrin, təmiz suyun, qida təminatının olmaması, digər tərəfdən də məkanın soyuqluğu çoxsaylı xəstəlik və infeksiyaların yayılmasına səbəb olur. Zorlanma və cinsi istismar nəticəsində isə QİÇS-lə sonlanan İnsanın immunçatışmazlığı virusu (İİV) onlar arasında geniş yayılır.

Həmin uşaqların təyinat nöqtəsində dəri-zöhrəvi xəstəliklərin yayılması təhlükəsinə görə müayinə olunması onların ruslar tərəfindən övladlığa götürülməsi prosesi ilə bağlı olsa da, əsl həqiqət həmin vaxt ortaya çıxır. Belə ki, tibbi analizlər zamanı dəri-zöhrəvi xəstəliklər və ya İİV aşkarlananlar "Nevirapin" dərmanından geniş istifadə olunmaqla müalicə olunurlar. Rusiyanın ayrı-ayrı bölgələrində yerləşən həmin uşaq əsir düşərgələrindən tələb edilən "Nevirapin" dərmanını ümumi miqdarı indiyə kimi baş tutmuş onlarla köçürmənin hər birində yüzlərlə uşağın zorlandığını göstərir.

Qərb humanitar təşkilatları Rusiyada bu cür halların olduğu barədə hadisələri daxildən müşahidə edən bir şəxsdən anonim şəkildə alıblar. Həmin şəxs böyük həyati təhlükə olduğundan anonimliyini tam saxlamaq istəyir.

Azyaşlıların zorla köçürmə prosesinə, cinsi istismara məruz qalmasına qarşı beynəlxalq təşkilatlar həyəcan təbili çalır

Ukraynadakı aktivist və feminist qruplarının da bu deportasiyalardan xəbəri var. 2014-cü ildən Ukraynanın Lvov vilayətində fəaliyyət göstərən feminist təşkilatlarından biri olan "Feminist Atelyesi" (Feminist Workshop) təşkilatı müsahibələrin birində bu hadisələrlə İkinci Dünya Müharibəsi zamanı baş verən hadisələri, Rusiyada yaradılmış bu həbs düşərgələri ilə Nasistlər tərəfindən yaradılmış konslagerləri müqayisə edib və Rusiyadakı bu düşərgələri 21-ci əsrin konslagerləri adlandırıb. Eyni zamanda, Rusiyanın Ukrayna işğalı ilə İkinci Dünya müharibəsi arasında və ruslar tərəfindən istifadə olunan "Z" simvolu ilə Nasistlərin svastikası arasında böyük oxşarlıq olduğu faktına diqqət çəkib.

Onların iştirakı ilə keçirilən müsahibəni aşağıdakı videodan izləyə bilərsiniz:

Beynəlxalq feminist dairələri də məsələ ilə maraqlanır. Buna misal olaraq, ABŞ vətəndaşı Cun Ketrin Miniksi (June Kathryn Minix) göstərmək olar. (Onun "Facebook" səhifəsinə keçid: https://www.facebook.com/BM1MinixsGirl).

Ukraynada uşaqlar niyə oğurlanır? - Beynəlxalq təşkilatlardan açıqlamaO, beynəlxalq forumlarda yuxarıda qeyd olunan mövzuları qaldırır və Ukraynada zorakılığa məruz qalan qadın və uşaqların taleyilə maraqlanan digər beynəlxalq təşkilatları məsələyə cəlb etməyə çalışır.

Ukraynada uşaqlar niyə oğurlanır? - Beynəlxalq təşkilatlardan açıqlamaC.K.Miniks tərəfindən idarə olunan "Ukrayna üçün Qadınlar" ("Women For Ukraine") təşkilatı (təşkilatın "Facebook" səhifəsinə keçid: https://www.facebook.com/womenforukr) uzun müddətdir ki, ukraynalılara kömək etmək üçün vəsait toplayır, lakin ən əsası Ukraynada Rusiya müharibəsi zamanı qadın və uşaq hüquqlarının pozulması ilə bağlı qəliz mövzulara toxunur.

O, hazırda Ukraynadan deportasiya edilmiş uşaqların cinsi istismarına, düşərgələrdə həbs olunmasına və məcburi olaraq rus ailələrinə övladlığa verilməsinə qarşı kampaniyalar aparır.

Ukraynada uşaqlar niyə oğurlanır? - Beynəlxalq təşkilatlardan açıqlamaRusiyanın törətdiyi müharibə cinayətini dünyaya çatdırmaq və baş verənlər etiraz bildirmək üçün sosial şəbəkələrdə #UAChildrenCamps həşteqi ilə paylaşımlar edilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1284   Tarix: 16 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir - Foto/Video

8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir. xəbər verir ki, səhər saatlarından etibarən Azərbaycan xalqı məzarlığa axın edərək torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin məzarlarını ziyarət edirlər. Ziyarətçilər şəhidləri

10:58 142
.

Yaponiya kibertəhlükəsizliyi gücləndirmək üçün 63 milyon dollar ayıracaq

Yaponiya hökuməti şirkətlərə və dövlət qurumlarına artan haker hücumlarına cavab olaraq kibertəhlükəsizlik tədbirlərini gücləndirmək üçün büdcənin ehtiyat fondundan 10 milyard yen (təxminən 63 milyon dollar) ayıracaq. "Report"un "Kyodo" agentliyinə istinadən verdiyi məlumata görə

11:45 127
.

Rumıniya sahillərində tankerdə beş nəfərin meyiti aşkarlanıb

Rumıniyanın Qara dəniz sahillərində ötən ay dron hücumuna məruz qalan tankerdə beş dənizçinin meyiti aşkarlanıb. xəbər verir ki, bu barədə "BurgasMedia" nəşri məlumat yayıb. Qeyd olunub ki, gəmiyə oktyabrın 15-də zərbə endirilib. Həmin vaxt tankerdə 12 dənizçi olub. Onlardan beşi xilas edilib

13:20 0
.

Vətən müharibəsinin 43-cü günü: Şuşa işğaldan azad olunur - Foto/Video

2020-ci il noyabrın 8-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin qırx üçüncü günü. Noyabrın 7-si gün ərzində və 8-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəli

10:46 144
.

Xətai rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil olunub - Foto/Video

Noyabrın 7-də Xətai rayonunda Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil olunub. Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafi

11:40 136
.

Azərbaycan Prezidenti: "Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür"

"Bizi irəliyə aparan bizim milli-mənəvi dəyərlərimizdir. Azərbaycan dövləti bu təməl üzərində qurulub". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində söyləyib. Dövlətimizin başçısı qeyd edib: "Milli-mənəv

12:37 103
.

Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib - Foto

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifə onun Zəfər Günü ilə bağlı təbrikinə görə təşəkkür edib. xəbər verir ki, bu barədə Prezidentin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb. "Əziz qardaşım Məhəmməd Şahbaz Şərif, Zəfər Günü münasibətilə mənə və Azərbayca

13:15 24
.

Əraqçı 48 saatda 12 ölkənin naziri ilə məsləhətləşdi

İranın xarici işlər naziri Abbas Əraqçı son iki gün ərzində 12 ölkədən olan həmkarı ilə telefon əlaqəsi saxladığını, regionda cərəyan edən prosesləri, həmçinin ABŞ və İsrailin eskalasiyaya səbəb olan addımlarının fəsadlarını müzakirə etdiyini bildirib. xəbər verir ki, bu barədə diplomat sosial şəbək

11:15 144
.

İsrail Prezidenti hökuməti formalaşdırmağı Qadi Ayzenkota həvalə edəcək

İsrail Prezidenti İsxak Hersoq "Yaşar" partiyasının sədri Qadi Ayzenkota hökuməti formalaşdırmağı tapşıracağını açıqlayıb. "Report" xəbər verir ki, bu barədə prezident administrasiyasına istinadən "Ynet" məlumat yayıb. Bildirilib ki, müxalifət lideri Ayzenkot sabah yəhud

12:40 96
.