Azərbaycan ərazilərində ekoterrorizmə son qoyulmalıdır

Azərbaycan ərazilərində ekoterrorizmə son qoyulmalıdırBu il dekabrın 3-dən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıblar. Danışıqların ilk günündən nümayəndələrimizin üzləşdiyi çətinliklər, onların qarşısında yaradılan maneələr barədə ölkəmizin KİV-də geniş məlumatlar verilib. Hətta Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması məqsədi ilə gələn işçi qrup üzvərini burada erməni millətindən olan vətəndaşlar qarşılayaraq onların əraziyə buraxılmasına mane olublar.
Bu məsələlərlə əlaqədar Şuşa-Laçın yolunda Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların etiraz aksiyası təşkil olunmuşdur. Iştirakçlların sayının günbəgün artdığı bu aksiyaya gənclər, ziyalılar, müxtəlix QHT-lərin üzvləri, həmçinin ictimai fəallar da qoşulmuşlar.
Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır. Bu bizim vətəndaşlarımızın tələbidir.
Aksiyaların məramının bəlli olmasına baxmayaraq bir sıra erməni mənbələri onun əsas məramı barədə ünya ictimaiyyətinə yalan məlumat verirlər. Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri sadəcə talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışırlar. Təcili tibbi yardım və digər humanitar məqsədli yüklər bu yolla maneəsiz daşınır və bu istiqamətdə heç bir problem yaşanmır.
Rusiya sülhməramlı kontingentinin qarşısında qoyulan tələblərimiz isə qalmaqdadır. İçşi qrup üzvlərinə monitoriq üçün şərait yaradılması ilə yanaşı, Ermənistan tərəfindən Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edilməsinin qarşısının alınmalıdır. Azərbaycan ərazilərində ermənilər və onlarla işbirliyi quranlar tərəfindən yol verilən cinayətlərin qarşısı mütləq alınmalıdır. Kriminal iş adamı Ruben Vardanyanın Azərbaycanın təbii sərvətlərinin talan etməsi və ətraf mühitə ciddi ziyan vurulması yolverilməzdir.
Biz tələblərimizdə israrlıyıq və mübarizəmizi sona kimi aparacağıq.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 619   Tarix: 16 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir - Foto/Video

8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir. xəbər verir ki, səhər saatlarından etibarən Azərbaycan xalqı məzarlığa axın edərək torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin məzarlarını ziyarət edirlər. Ziyarətçilər şəhidləri

10:58 142
.

Yaponiya kibertəhlükəsizliyi gücləndirmək üçün 63 milyon dollar ayıracaq

Yaponiya hökuməti şirkətlərə və dövlət qurumlarına artan haker hücumlarına cavab olaraq kibertəhlükəsizlik tədbirlərini gücləndirmək üçün büdcənin ehtiyat fondundan 10 milyard yen (təxminən 63 milyon dollar) ayıracaq. "Report"un "Kyodo" agentliyinə istinadən verdiyi məlumata görə

11:45 127
.

Rumıniya sahillərində tankerdə beş nəfərin meyiti aşkarlanıb

Rumıniyanın Qara dəniz sahillərində ötən ay dron hücumuna məruz qalan tankerdə beş dənizçinin meyiti aşkarlanıb. xəbər verir ki, bu barədə "BurgasMedia" nəşri məlumat yayıb. Qeyd olunub ki, gəmiyə oktyabrın 15-də zərbə endirilib. Həmin vaxt tankerdə 12 dənizçi olub. Onlardan beşi xilas edilib

13:20 0
.

Vətən müharibəsinin 43-cü günü: Şuşa işğaldan azad olunur - Foto/Video

2020-ci il noyabrın 8-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin qırx üçüncü günü. Noyabrın 7-si gün ərzində və 8-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəli

10:46 144
.

Xətai rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil olunub - Foto/Video

Noyabrın 7-də Xətai rayonunda Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil olunub. Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafi

11:40 136
.

Azərbaycan Prezidenti: "Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür"

"Bizi irəliyə aparan bizim milli-mənəvi dəyərlərimizdir. Azərbaycan dövləti bu təməl üzərində qurulub". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində söyləyib. Dövlətimizin başçısı qeyd edib: "Milli-mənəv

12:37 103
.

Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib - Foto

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifə onun Zəfər Günü ilə bağlı təbrikinə görə təşəkkür edib. xəbər verir ki, bu barədə Prezidentin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb. "Əziz qardaşım Məhəmməd Şahbaz Şərif, Zəfər Günü münasibətilə mənə və Azərbayca

13:15 24
.

Əraqçı 48 saatda 12 ölkənin naziri ilə məsləhətləşdi

İranın xarici işlər naziri Abbas Əraqçı son iki gün ərzində 12 ölkədən olan həmkarı ilə telefon əlaqəsi saxladığını, regionda cərəyan edən prosesləri, həmçinin ABŞ və İsrailin eskalasiyaya səbəb olan addımlarının fəsadlarını müzakirə etdiyini bildirib. xəbər verir ki, bu barədə diplomat sosial şəbək

11:15 144
.

İsrail Prezidenti hökuməti formalaşdırmağı Qadi Ayzenkota həvalə edəcək

İsrail Prezidenti İsxak Hersoq "Yaşar" partiyasının sədri Qadi Ayzenkota hökuməti formalaşdırmağı tapşıracağını açıqlayıb. "Report" xəbər verir ki, bu barədə prezident administrasiyasına istinadən "Ynet" məlumat yayıb. Bildirilib ki, müxalifət lideri Ayzenkot sabah yəhud

12:40 96
.