Azərbaycanda saxta diplom verən universitetin adı AÇIQLANDI

Azərbaycanda saxta diplom verən universitetin adı AÇIQLANDIElm və təhsil naziri Emin Əmrullayev saxta diplomlarla bağlı danışıb. Milli Məclisin Elm və təhsil komitəsində "Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması" mövzusunda keçirilən ictimai dinləmədə sualları cavablandıran E.Əmrullayev bildirib ki, ölkədə külli miqdarda saxta diplom verən ali məktəblərimiz var.

Ümumiyyətlə, diplomun həqiqiliyini yoxlamaq üçün məlumat bazası olmalıdır. Tələbənin ali məktəbə daxil olduğunu, bitirdiyini və ya xaric edildiyi haqqında məlumatlar niyə açıq deyil?

Məsələ ilə bağlı BiG.AZ-a danışan təhsil üzrə ekspert Kamran Əsədov saxta diplom verən ali məktəbin adını açıqlayıb:

"İlk növbədə qeyd edim ki, ən çox saxta diplom Azərbaycan Müəllimlər institutunun Gəncə filialında tələbələrə verilən saxta diplomlar təşkil edir. Bu ali təhsil müəssisəsinin adı ilə alınıb təhsil sistemində işlənilən diplomlar 600-dən çoxdur. Ədalət naminə demək lazımdır ki, saxta diplom məsələsi ilə bağlı müəyyən irəliləyişlər var. 5-10 il bundan qabaqkı faktlarla müqayisədə müəyyən sabitləşmə hiss olunur. Bunun səbəbləri müxtəlif şəkildə izah oluna bilər. Xatırlayırsınızsa, 2012-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (DİM) sədri Məleykə Abbaszadə məsələylə bağlı ciddi rəqəmlər açıqlamışdı. O, 1992-2011-ci illər ərzində 22 min 332 nəfər TQDK-nın (DİM) "qara baza"sına düşdüyünü və həmin şəxslərin saxta diplomlarla fəaliyyət göstərdiyini bildirmişdi.

Saxta diplomların əsasən köçürmələrlə bağlı olduğunu da qeyd etmək lazımdır. Azərbaycanda keçirilən qəbul imtahanında keçid balını toplaya bilməyən gənc xarici ölkələrin, xüsusən də Rusiya, Ukrayna, Gürcüstan və Türkiyə universitetlərinə saxta yolla qəbul olunur, sonra isə Azərbaycanın dövlət universitetlərinə və ya rayon filiallarında birbaşa 2-ci kursa qəbul olunurdular.

Xatırladım ki, Azərbaycan Beynəlxalq Universitetinin tədrisinin təşkilindəki problemlər, qanunsuz tələbə köçürmələri və digər nöqsanlara görə bağlanandan sonra həmin ali məktəbin diplomları qəbul olunmadı, məhkəmə prosesi hələ də bu günə kimi davam edir. Misir Mərdanovun nazirlik dövründə bir neçə müəlimlər işdən azad olundu. Amma məhkəmə bunları yenidən bərpa etdi.

Saxta diplom məsələsinin başlıca səbəbi cəzasızlıqdan qaynaqlanır. Hər hansı universitetin rektoru və ya nazirlikdən kimsə mövcud səbəbə görə cəza aldığı ilə bağlı konkret rəsmi məlumat verilməyib. Məhz "cəzasızlıq sindromu"na görə bu kimi hallar baş verir. Sovet dövründə Pedaqoji Kadrların İxtisasartırma və Yenidən Hazırlama İnstitutu var idi, sonradan bu İnstitutun xarakteri dəyişilərək Azərbaycan Müəllimlər İnstitutu statusu aldı. Bu azmış kimi bu İnstitutun bölgələrdə 11 filialı yaradıldı, o cümlədən də Gəncədə. Bir müddətdən sonra burada böyük korrupsiya faktları aşkarlandı, bir neçə filiallar bağlandı və belə bir mənzərə ortaya çıxdı. 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması barədə sərəncam imzaladı və belə deyək ki, diplom istehsal edən ən böyük müəssisə fəaliyyətini dayandırdı.

Təhsil Nazirliyində Nostrifikasiya şöbəsində diplomların tanınması rəsmi qeydiyyata alınır, nazirlik hansısa bir xarici ölkədən gələn diplom üçün həmin universitetə sorğu göndərir, dəqiqləşdirmə aparılır İnstitutun lisenziyası yoxdursa və ya Nostrifikasiyadan keçməyibsə saxta hesab olunur. Saxta anlayış da var ki, möhür saxtadır və ya imza saxtadır. Bununla əlaqədar müəyyən qurumlar fəaliyyət göstərir və bu iş daim nəzarətdədir. Amma bir məqam da var ki, bəzi hallarda Təhsil Nazirliyində Nostrifikasiya şöbəsinin təsdiqi ilə də saxta diplomlarda əmək bazarında istifadə olunur.

Ölkəmiz müstəqillik əldə etdikdən sonra ölkənin sosial-iqtisadi sahəsində olduğu kimi, təhsil sahəsində də müəyyən boşluqlar əmələ gəldi. Təhsil qanununun qəbul olunması 15 ilə qədər ləngidi. Digər normativ hüquqi baza yaradılması istiqamətində lazımi iş aparılmadı. Fürsətdən istifadə olunub, 70-dən artıq ali və orta təhsil müəssisələri yaradıldı və bu müəssisələrin əksəriyyəti özəl oldu. Onların hər hansı bir bazası formalaşmadı. Ona görə də qanunvericilikdə olan müəyyən boşluqlar və bu təhsil müəssisələrində saxtarkarlıq elementlərinin baş verməsinə səbəb yaratdı. Özəl ali məktəblərdə islahatlara start verilidi. Bir neçə universitetlər – Azərbaycan Beynəlxalq Universiteti, Təfəkkür Universiteti, Moskva Açıq Univeristeti bağlandı. Bu sahədə rasionallaşma, optimalaşma baxımından tədbirlər həyata keçirilir. Bir sıra universitetlər bağlanır, digərləri birləşir, kolleclər universitetlərin nəzdinə verilir. Bu hərəkətlilik və dəyişikliklər müəyyən vaxtlarda boşluqlar yaradır və bundan istifadə edənlər saxta diplomlar hazırlayıb kimlərəsə verirlər.

Belə bir "xroniki xəstəliyi" birdən-birə aradan qaldırmaq mümkünsüz dərəcədə çətin bir şeydir. Əvvəllər mətbuat, internet belə geniş səs-küy salmırdı. Burada mətbuatın rolu böyükdür. Korrupsiya, saxtakarlıq halları mətbuat tərəfindən qabardıldı, bu məsələ yüksək səviyyələrə qədər qaldırıldı. Mətbuatın rolu olmasaydı, ictimaiyyət təpkisi olmasaydı bu proses hələ də çiçəklənməkdə davam edəcəkdi.

Bundan başqa hesab edirəm ki, elektron baza olmalıdır. Hər bir işə götürən işçini qəbul etdikdən sonra rahatlıqla həmin portala daxil olub verilmiş diplomun həqiqi yoxsa saxta olduğunu yoxlamalıdır".

Nuranə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 4119   Tarix: 16 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Almaniya uzaqmənzilli arsenal hazırlayır: Xərclənəcək böyük məbləğ açıqlandı

Almaniya uzaqmənzilli arsenalın yaradılmasını sürətləndirmək qərarına gəlib və artıq işə necə başlayacağını müəyyən edib. İlk raketlərin 2027-ci ildə əldə edilməsi planlaşdırılır, bütün proqrama isə Almaniya Müdafiə Nazirliyi ilkin olaraq təxminən 12 milyard avro büdcə ayırıb. -ın xarici KİV-ə istinadə

13:40 130
.

ABŞ Venesuelanın telekommunikasiya sahəsinə tətbiq olunan bəzi sanksiyaları ləğv edib

ABŞ Maliyyə Nazirliyi Venesuelaya qarşı məhdudlaşdırıcı tədbirləri yumşaldaraq Amerika şirkətlərinə bu Cənubi Amerika ölkəsinin telekommunikasiya sahəsi üçün avadanlıq, texnologiya və xidmətlərin tədarükünü həyata keçirmək, eləcə də həmin sektora sərmayə qoyuluşu barədə danışıqlar aparmaq imkanı verib

14:10 122
.

Şavkat Mirziyoyev "Heydər Əliyev" ordeni ilə təltif edilib - FOTO

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev "Heydər Əliyev" ordeni ilə təltif edilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd olunub ki, Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrini

16:37 91
.

Eldar Əzizov: "Son 20 ildə Bakıya 200 milyard dollardan çox investisiya yatırılıb"

"Son 20 ildə Bakıya 200 milyard dollardan çox investisiya yatırılıb". "Trend"ə istinadən xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan IV Regionlararası Forumunda çıxışı zamanı deyib. "Maraqlı məqam ondan ibarətdi

13:50 126
.

Azərbaycanın iki rayonuna Bakıdan axın başladı - SƏBƏB

"Demək olar ki, yay mövsümünün son ayıdır. Çünki sentyabrdan ümumtəhsil müəssisələri, universitetlər açıldığı üçün turistlər daha çox sentyabrın 15-nə qədər plan qururlar". Bu sözləri "Yeni Sabah"a açıqlamasında turizm eksperti Cabir Dövlətzadə deyib. Onun fikrincə, hazırda regionlarda

00:54 406
.

Tunis sahillərində içində miqrantların olduğu qayıq BATDI

Tunis sahillərində içində İtaliyaya gedən miqrantların olduğu qayıq batıb. Qəzadan sonra göyərtədə olanların əksəriyyəti ilə əlaqə kəsilib. bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir. İlkin məlumatlara görə, ən azı 13 nəfərin taleyi məlum deyil. İki sərnişini xilas etmək mümkün ols

10:00 161
.

Daşkənd hava limanında Prezident İlham Əliyevin qarşılanması üçün hazırlıq işləri aparılır - VİDEO

Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin dövlət səfərinə hazırlıq işləri aparılır. xəbər verir ki, hava limanının ərazisi Azərbaycan və Özbəkistanın dövlət bayraqları ilə bəzədilib, Prezident İlham Əliyevin dövlət səfəri ilə əlaqədar qarşılanma mərasimi üçün zəruri təşkilat

11:15 101
.

Daşkənddə İlham Əliyevin dövlət səfəri ilə bağlı qarşılanma bannerləri yerləşdirilib - VİDEO

Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri münasibətilə qarşılanma bannerləri yerləşdirilib. xəbər verir ki, bannerlərdən biri paytaxtın hava limanında quraşdırılıb. Banner üzərində Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın fotoları, həmçini

12:20 115
.

Bəqai: ABŞ-nin üçüncü ölkələri İranla ticarət əlaqələrini dayandırmağa məcbur etməsi hüquqaziddir

ABŞ-nin İrana qarşı yeni iqtisadi sanksiyalar elan etməsi tək bir ölkəyə qarşı davam edən qanunsuz "iqtisadi müharibə"dən daha artığıdır. Bu, Birləşmiş Millətlər Təşkilatının hər bir müstəqil üzv dövləti üzərində eksterritorial suverenlik iddiasıdır. "Report" xəbər verir ki, bun

16:00 98
.