Pensiyalar belə artırılacaq - AÇIQLAMA/VİDEO

Pensiyalar belə artırılacaq - AÇIQLAMA/VİDEOGələn ilin əvvəlindən ölkədə bütün növ pensiyalar artırılacaq. Bununla bağlı "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik təsdiq edilib.

Xezerxeber.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Elnur Abbasov deyib ki, yeni qanun pensiyaların indeksləşdirilərək artırılmasında gələn ilin əvvəlindən bütün növ pensiyalara münasibətdə vahid, bərabər yanaşmaya keçidi təmin edir.

Elnur Abbasov bildirib ki, indeksasiya faizinin nə qədər olacağı növbəti ilin yanvar-fevral ayında Dövlət Statistika Komitəsi açıqladıqdan sonra məlum olacaq.

Onun sözlərinə görə, xüsusi şərtlərlə pensiya alan şəxslərin pensiyalarına bu il üzrə hər ay ödənilən 10%, həmçinin ümumi əsaslarla pensiya alan şəxslərin pensiyalarına isə il ərzində ödənilən 200 manat maddi yardımın bir aya düşən məbləği, 16,67 manat, 2023-cü il yanvarın 1-dən onların pensiyalarının tərkibinə daxil ediləcək.

Şöbə müdiri əlavə edib ki, qulluq stajına görə əlavə alan dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslər və digərlərinin pensiyaları əgər bu vaxta qədər onların işləmiş olduqları sahələrdə əməkhaqqı artımı olduqda artırdısa, bundan sonra həmin pensiyalar da digər pensiyalar kimi hər ilin əvvəlində indeksləşdirilərək artırılacaq. Nəticədə həmin şəxslərin pensiyalarında da hər il artım baş verəcək.

Qeyd edək ki, hər il pensiyaların indeksləşdirilərək artırılması elektron qaydada həyata keçirilir və xüsusi şərtlərlə təyin olunmuş pensiyaların da növbəti ildən e-sistem üzərindən artırılması təmin olunacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3771   Tarix: 17 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kirayədə yaşayanlara 300 manat CƏRİMƏ

Kirayə mənzil bazarında son vaxtlar həyata keçirilən dəyişikliklər diqqəti yenidən bu sahədəki problemlərə yönəldib. Xüsusilə müqaviləsiz kirayə münasibətlərinə görə tətbiq olunan inzibati cərimələrin artırılması mövzusu həm ev sahibləri, həm də kirayəçilər arasında müzakirələrə səbəb olub. Əvvəllə

10.05.2026 268
.

Prezident: "Birinci Qarabağ müharibəsi vaxtı ordumuz faktiki olaraq quldurların əlində idi"

"O vaxt əgər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, xalqımızın, dövlətimizin taleyi çox ağır ola bilərdi. Məhz onun fəaliyyəti nəticəsində bütün mənfi meyillərə son qoyuldu, vətəndaş müharibəsinə son qoyuldu, hakimiyyətsizlik, özbaşınalıq kimi hallara son qoyuldu, ölkəmizdə sabitli

10.05.2026 156
.

Kruiz gəmisində yeni virus yayılıb: 100-dən çox insan yoluxub

"Caribbean Princess" kruiz laynerində 100-dən çox şəxsdə norovirus aşkarlanıb. xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) məlumat yayıb. Qurumun açıqlamasına görə, ümumilikdə 115 nəfər virusa yoluxub. Onlardan 102-si sərnişin, 13-ü isə ekipaj üzvüdür. Gəmid

10.05.2026 169
.

Almaniyada aviauçuşlarla bağlı ciddi təhlükə: 20 milyon sərnişinə təsir edə bilər

Kerosin qıtlığı səbəbindən qarşıdakı yay mövsümündə aviareyslərin ləğvi Almaniyada təxminən 20 milyon sərnişinə təsir göstərə bilər. xəbər verir ki, bunu Almaniya Aeroportlar Assosiasiyasının (ADV) baş direktoru Ralf Bayzel "Welt am Sonntag" qəzetinə müsahibəsində bildirib. "Ən pis ssenarid

10.05.2026 167
.

Pentaqon peyvənddən imtinaya görə tərxis olunmuş hərbçilərin bərpası üçün işçi qrup yaradacaq

Pentaqon rəhbəri Pit Heqset ABŞ-nin keçmiş prezidenti Cozef Bayden administrasiyası dövründə COVID-19 peyvəndindən imtinaya görə tərxis olunmuş hərbi qulluqçuların məsələlərinin həlli üçün işçi qrupu yaradılacağını elan edib. "Report"un məlumatına görə, o, bu barədə "X" sosial şəbəkəsind

10.05.2026 175
.

Hantavirusun yayıldığı "MV Hondius" gəmisinin sərnişinləri "yüksək riskli" qrupa daxil edilib

Ölümcül hantavirus infeksiyası yayılmış "MV Hondius" kruiz gəmisinin bütün sərnişinlərinə profilaktik məqsədlərlə yüksək riskli təmasda olan şəxslər kimi baxılır. "Report" xəbər verir ki, bu barədə Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) gəminin İspaniyanı

10.05.2026 182
.

İndoneziyada sinqapurlu turistlərin axtarışı yeni vulkan püskürmələri səbəbindən çətinləşib

İndoneziyanın Şimali Maluku əyalətindəki Dukono vulkanı yaxınlığında aparılan axtarış əməliyyatı, davam edən vulkan fəaliyyəti və güclü yağışlar səbəbindən çətinləşir. "Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə yerli axtarış və xilasetmə agentliyinin rəhbər

10.05.2026 149
.

Bir teleqramın tarixçəsi: Sabir Rüstəmxanlının Heydər Əliyevlə bağlı unudulmaz xatirəsi

"Ümummilli lider Heydər Əliyev Azərbaycan tarixinin ən parlaq simalarındandır". Bunu -a sabiq deputat, xalq şairi Sabir Rüstəmxanlı deyib. O bildirib ki, Heydər Əliyev barəsində saatlarla danışmaq olar:. "O bizim tariximizin ən parlaq şəxsiyyətlərindən biridir. Ən çətin günlərdə Azərbayca

10.05.2026 178
.

Britaniyalı alimlərdən UNİKAL KƏŞF

Britaniyalı tədqiqatçılar bütün məlum həyat formalarından fərqli genetik koddan istifadə edən mikroskopik orqanizm aşkar ediblər. xəbər verir ki, bu barədə "PLOS Genetics" jurnalında məlumat verilib. Qeyri-adi kəşf alimlər tərəfindən təsadüfən, ayrı-ayrı hüceyrələrin DNT ardıcıllığını müəyyənləşdirm

10.05.2026 161
.

TOP MP3