Hansı sahələrə büdcədən vəsait yönəldilməsinə xüsusi ehtiyac var? - İqtisadçı AÇIQLADI
Maliyyə Nazirliyinin məlumatına əsasən, 2022-ci ilin dövlət büdcəsində 3 milyard 2,6 milyon manatlıq profisit (artıqlıq) yaranıb. Belə ki, 2022-ci ilin yanvar-noyabr aylarında dövlət büdcəsinə 28 milyard 978,1 milyon manat vəsait daxil olub, büdcədən xərclənən vəsait isə 25 milyard 975,5 milyon manat təşkil edib.
Məsələyə münasibət bildirən iqtisad üzrə fəlsəfə doktoru Elçin Süleymanov Oxu.Az-a açıqlamasında qeyd edib ki, "Büdcə sistemi haqqında" Qanuna görə, büdcədə profisit yarananda bu vəsait il sonunda silinir və növbəti ilin büdcəsində nəzərə alınır:
"Yəni konkret müəyyən bir istiqamətə yönəltmə olmur. Hər il dövlət büdcəsində xərclər gəlirlərdən bir az daha artıq nəzərdə tutulur. Amma bəzən xərclərə qənaət edilərək, bəzən də nəzərdə tutulduğu halda görülməyən işlərə görə xərclənməyən vəsait qalır. Ümumilikdə isə vergi və gömrük sistemində inzibatçılığın, şəffaflıq tədbirlərinin genişləndirilməsi son illərdə dövlət büdcəsinin gəlirlərini artırıb. Vergi və gömrük xidmətləri hesabına bir milyarddan artıq vəsait toplanıb".
Ekspert hesab edir ki, büdcədəki bu cür vəsaitlər hesabına gələcəkdə iqtisadiyyatın müəyyən sahələri daha gəlirli ola bilər:
"Məsələn, həmin vəsaitin xüsusilə qeyri-neft sektorunda kiçik və orta sahibkarlığın inkişafına dəstək məqsədli verilməsi məqsədəuyğun olardı. Çünki bəzən banklar və qeyri-bank qurumlardan kifayət qədər böyük faizli kreditlər alınır, bu da şirkətin mənfəətliyini aşağı salır. Daha sonra şəxslər sahibkarlıq fəaliyyətindən imtina edirlər, şirkətlər bağlanır. Düşünürəm ki, həm kənd təsərrüfatı, həm digər sahələrdə kiçik və orta sahibkarlıq subyektinə aşağı faizli kredit verilməsi mühüm addım olardı. Çünki vəsaitin qarşılıqsız verilməsi də çox effektiv olmaz.
Bir başqa istiqamət isə infrastruktur istiqamətinin inkişafını əsas götürməklə regionların inkişafına şərait yaratmaqdan ibarət ola bilər. Çünki infrastrukturun inkişafı regionlarda iqtisadi inkişafa müsbət təsir göstərir. Son illərdə bu istiqamətdə müəyyən işlər görülüb, amma bu daha da artırıla bilər. Nəticədə iqtisadiyyatın Bakı-Abşeron ərazisində cəmləşməsinin də qarşısı alınar. Çünki iqtisadi fəallıq, iqtisadiyyatın 94 faizi Bakı-Abşeron üzərindədir".
İqtisadçı üçüncü prioritet istiqamətin işğaldan azad edilən ərazilərdəki fəaliyyətlərdən ibarət olduğunu və bu yöndə hökumət tərəfindən lazımi qayğının göstərildiyini vurğulayıb:
"İşğaldan azad edilən torpaqlara tez zamanda əhalinin köçürülməsi və onların aktiv iqtisadi fəaliyyətə qoşulması gərəklidir. Xüsusilə bölgənin kənd təsərrüfatı, turizm, mədənçıxarma istiqamətli layihələrini daha innovativ, daha elmi səviyyəyə çatdırmalıyıq. Köhnəni söküb yenidən qurmaq çətindir. Amma infrastrukturu sıfırdan qurduqda onu effektli etmək mümkündür. Sıfırdan drenaj, nəqliyyat-logistika sistemi qurmaq, bölgənin hab şəklində inkişafına çalışmaq, kənd təsərrüfatı məhsullarının məhsul kimi yox, emal edilərək ixracına nail olmaq və ixrac ölkələrini çeşidləmək vacibdir. Bu istiqamətlərə vəsaitlərin ayrılması faydalı olardı. Bundan əlavə, əhalinin alıcılıq qabiliyyətinin artırılması, yəni əməkhaqqı, pensiya sosial ödənişlərin artırılmasına və inflyasiya zərərlərinin azaldılması istiqamətinə də müəyyən vəsait yönəldilə bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 513 Tarix: 17 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMilli Qəhrəmanın oğlu: "Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır"
"Bir şəhid övladı olaraq Zəfər Günü mənim üçün ən gözəl günlərdən biridir. Çünki bu zəfərdə mənim atamın da imzası var". Bu fikirləri -a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev Zəfər Günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.
11:29 127 İlham Əliyev: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"
Bu gün Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik, xoş ovqat, quruculuq meyilləri və cəmiyyətimizin vahid amal uğrunda birləşməsi, hesab edirəm ki, bugünkü dünyada az-az rast gəlinən mənzərədir. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətil
12:39 0 PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya
00:19 286 Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
13:12 0 Əməkhaqlarında kəskin artım gözlənilir?
Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d
00:23 293 Prezident: "Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi"
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində deyib. Ermənistanın işğal edilmiş ərazilərdə bir neçə istehkam
12:19 20 Şəhid Elşən Əhmədlinin anası: "Qəhrəman böyütməyimdən xəbərim olmayıb" - Video
23 yaşında adını Zəfər tariximizə həkk etdi. Vətən müharibəsində döyüşlərə qatıldı, göstərdiyi şücaətlə fərqləndi. Son döyüşü isə noyabrın 8-də oldu. Şuşanın sıldırım qayalıqlarında gedən qızğın döyüşlər zamanı şəhidlik zirvəsinə ucaldı. Zəfər Gününü görə bilməsə də, tarixi qələbəmizin qazanılmasınd
13:11 0 Mətbuat Şurası: " Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar"
8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, birliyinin və sarsılmaz mübarizə əzminin təntənəsidir. xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının 8 Noyabr - Zəfər Günü münasibətilə yaydığı məlumatda qeyd olunub. "Prezident, Müzəffər Ali Baş Komanda
10:59 129 Azərbaycan Prezidenti: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"
"Bu gün biz azad Qarabağda qurub-yaradırıq". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bildirib. Dövlətimizin başçısı qeyd edib: "Bu gün biz - bu torpaqların sahibləri bütün dünyaya göstəririk ki, bur
12:33 0