Nasazlıq aşkarlanan yeni avtomobillərin aqibəti necə olmalıdır? - Azərbaycanda işləməyən sistem

Nasazlıq aşkarlanan yeni avtomobillərin aqibəti necə olmalıdır? - Azərbaycanda işləməyən sistemMüasir dövrdə avtomobillərin funksionallığı və texniki cəhətdən üstünlüyünün artırılması məqsədilə yeniliklər tətbiq edilir. Lakin bəzən bu yeniliklər özünü istənilən şəkildə doğrultmadığı üçün bəzi problemlər yaşana bilir. Nəqliyyat vasitələri satışa çıxarıldıqdan sonra aşkarlanan məsələlər bu problemin bir qədər də dərinləşməsinə səbəb olur. Çünki artıq həmin seriya üzrə istehsal olunan və sistemində nasazlıq olduğu aşkar edilən nəqliyyat vasitələri vətəndaşlar tərəfindən alınmış olur.

Bəzi şirkətlər problemlər aşkarlanan zaman öz reputasiyalarını qorumaq məqsədilə məsuliyyəti öz üzərinə götürür və nöqsan aşkarlanan seriya üzrə nəqliyyat vasitələrini geri çağırırlar.

Buna misal olaraq deyək ki, "Tesla" ABŞ-da 321 min avtomobilini arxa işığın nasazlığına görə geri çağırıb. "Mercedes-Benz" avtomobil konserninin Rusiyadakı nümayəndəliyi ölkədə 38 mindən çox avtomobili geri çağırmışdı. İki il öncə "Hyundai Motors" şirkəti Rusiyada 48 minə yaxın avtomobili geri çağırmışdı.

Əslində bu həm də təhlükəsizlik qaydalarına da ziddir. Bəs bu prosedur Azərbaycanda işləyirmi?

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Oxu.Az-a açıqlamasında bildirib ki, bu proses Azərbaycanda həyata keçirilmir.

Onun sözlərinə görə, ay yarım öncə Çində istehsal edilən avtomobillərdən birinin geri çağırılması ilə bağlı məlumat yayıldı:

"Heç 2 min kilometr məsafə qət etməmiş nəqliyyat vasitəsinin mühərriki sıradan çıxdı. Yeni avtomobil olsa da, belə bir problem yaşandı. İstehsalçı avtomobilləri geri çağırdı. Həmin geri çağırılma ilə bağlı bəyanatda qeyd edilib ki, bu avtomobillərə azərbaycanlı alıcılar tərəfindən düzgün yanacaq tökülmür".

E.Hüseynov onu da əlavə edib ki, bənzər problemlə qarşılaşan istehlakçının hüquqlarının qorunması üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ərizə ilə bağlı müraciət göndərmişəm:

"Rəsmi şəkildə istehlakçının hüquqlarının qorunmasını tələb etmişik, çünki həmin problemin aradan qaldırılması üçün 8 min manat tələb edilir. İstehlakçı bundan sonra da eyni yanacaqdan istifadə edəcək. Ümumiyyətlə məndə olan məlumata görə, bu kimi problemlərdən dolayı şirkətlərin nəqliyyat vasitələrini geri çağırması prosesində Azərbaycan iştirak etməyib. Təkcə avtomobillərin geri çağırılmasında deyil, ümumiyyətlə bir çox ölkələrdə hətta qida məhsulları, digər mallar da geri çağırılır, lakin ölkəmizdə belə bir sistem işləmir. Azərbaycanda bu məsələ demək olar ki yox səviyyəsindədir, bu da o deməkdir ki, istehlakçı siyasəti bərbad vəziyyətdədir.

İstehlakçıların hüquqlarının qorunması ilə məşğul olan qurum müstəqil orqan kimi fəaliyyət göstərməlidir".

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, zaman-zaman nəhəng avtomobil istehsalçıları hər hansı bir modelin geri çağırılmasını elan edirlər:

"Bu o demək deyil ki, avtomobillər ümumiyyətlə zavoda qayıdırlar. Bu o deməkdir ki, istehsal prosesində avtomobilin hansısa ehtiyat hissəsində müəyyən nasazlıq olub və bu daha sonra aparılan testlər və ya nəqliyyat vasitəsinin istismarı zamanı ortaya çıxıb. Sonra aşkarlanan qüsurların istehsalçı tərəfindən aradan qaldırılması həmin istehsalçının öz alıcılarına, istehlakçılarına və ən başlıcası öz brendinə hörmətlə yanaşmasından xəbər verir.

Bu gün artıq avtomobillərin geri çağırılması məsələləri sadələşdirilib. Rəsmi distribüterlər onlara məxsus olan internet portallarında yeni sistem yaradıblar. Məsələn, avtomobilin BAN (VİN) nömrəsini həmin portala daxil etməklə alıcı nəqliyyat vasitəsi barədə bütün məlumatı əldə edir. Həmçinin həmin avtomobilin hər hansı ehtiyat hissəsində qüsur varsa, bu barədə məlumat almış olur".

Bəs avtomobilin geri çağırılma prosesi necə baş verir?

E.Cəfərov deyir ki, əgər avtomobildə həmin qüsur varsa, nəqliyyat vasitəsinin sahibi həmin brendin ölkəmizdə fəaliyyət göstərən rəsmi dilerinə müraciət edir:

"Həmin müraciət əsasında nəqliyyat vasitəsinə baxış keçirilir. Həmin qüsur aradan qaldırılır. Ehtiyat hissələrin dəyişdirilməsi, yerinə quraşdırılması həyata keçirilir. Bunun üçün avtomobil sahibi heç bir ödəniş etmir. Bütün proses rəsmi dilerin öz hesabına həyata keçirilir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 649   Tarix: 17 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.