Türkmənbaşıdakı Zirvə Görüşü: Bu əməkdaşlıq platforması böyük coğrafiyanı əhatə edəcək - TƏHLİL

Türkmənbaşıdakı Zirvə Görüşü: Bu əməkdaşlıq platforması böyük coğrafiyanı əhatə edəcək - TƏHLİLAzərbaycan-Türkiyə-Türkmənistan üçlüyü dünyadakı yeni reallıqlara uyğun olaraq birgə fəaliyyətin gələcək konturlarını müəyyənləşdiriblər. Prezidentlərin I Zirvə Görüşü, orada aparılan danışıqlar, imzalanan sənədlər türkdilli ölkələr arasında münasibətlərin inkişafına da böyük töhfə verəcək.

Mərkəzi Asiya xalqları içərisində milli mənsubiyyət baxımından azərbaycanlılara ən yaxın olan xalqlardan biri məhz türkmənlər hesab olunur. Türklərin oğuz boyundan olan, beləliklə eyni kökə, mədəniyyətə, qədim tarixi ənənələrə malik Azərbaycan və Türkmənistan xalqlarını dil və din eyniliyi birləşdirir. Hələ SSRİ dövründən başlayan sıx əlaqələr respublikalar müstəqillik əldə etdikdən sonra daha da inkişaf etdirilib. Son dövrlər hər iki dövlət başçısının qarşılıqlı səfərləri, ölkələrimiz arasında münasibətləri irəliyə aparmaq istiqamətində onların atdığı addımlar Azərbaycan-Türkmənistan əlaqələrində yeni səhifə açıb.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun dəvəti əsasında Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 14-də Türkmənbaşı şəhərinə səfəri də bu qəbildəndir. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edən bu səfər çərçivəsində Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin birinci Zirvə Görüşü keçirilib. Prezident İlham Əliyev səfər çərçivəsində türkmənistanlı həmkarı Sərdar Berdiməhəmmədov, Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşlər keçirib. Bununla yanaşı prezidentlərin məhdud və geniş tərkibdə görüşləri də təşkil edilib, yekun bəyanat qəbul olunub, üçtərəfli Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri imzalanıb.

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsində deyilir:

İqtisadi əlaqələrdə rekord göstərici

Prezidentlərin geniş tərkibdə görüşündə çıxış edən dövlət başçısı İlham Əliyev 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin 45 faiz artaraq 5 milyard dollara çatdığını söyləyib. Bildirib ki, Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına 14 milyard dollara yaxın sərmayə yatırılıb. O, bu il Türkmənistanla ticarət dövriyyəsinin də 5 dəfə artdığını diqqətə çatdıraraq, bunun rekord göstərici olduğunu vurğulayıb. Dövlət başçısı Azərbaycan, Türkiyə və Türkmənistanın nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atdığını da dilə gətirib. Deyib ki, ölkələrimiz tərəfindən bir çox layihələr icra edilib. Prezident bildirib ki, bu layihələr öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Dövlət başçısı hər üç ölkədə bu sahəyə qoyulan sərmayələrin yeni, müasir infrastrukturun yaradılmasına xidmət etdiyini diqqətə çatdırıb.

Üçtərəfli münasibətlərin gündəliyində olan aktual məsələlər

Ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməyə hesablanmış bu səfəri, Türkmənbaşı şəhərində aparılan danışıqları, Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin I Zirvə Görüşünün əhəmiyyətini "Kaspi" qəzetinə Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, millət vəkili Cavid Osmanov şərh edib. Bildirib ki, görüşlərdə üçtərəfli münasibətlərin gündəliyində olan aktual məsələlər müzakirə olunub: "Türkmənbaşı şəhərində 3 qardaş ölkə lideri arasında keçirilən I Zirvə Görüşü tarixi hadisədir. Bu yeni əməkdaşlıq platforması yalnız 3 ölkəni deyil, böyük bir coğrafiyanı əhatə edəcək. Xüsusən 3 ölkə, Türk Dövlətləri Təşkilatı və Avrasiya məkanında əlaqələrin inkişafına töhfə verəcək. I Zirvə Görüşündə prezidentlərin səsləndirdiyi fikirlər, yekun bəyanat, imzalanan sənədlər bunun bariz nümunəsidir. 2020-ci ilin əvvəlindən dünyada koronavirus pandemiyası tüğyan etdiyi bir zamandan Prezident İlham Əliyev öz liderlik keyfiyyətlərindən yararlanaraq, türk dövlətlərinin rəhbərləri ilə intensiv görüşlər keçirməyə başladı. Bu təşəbbüs ondan qaynaqlanırdı ki, eyni tarixə, soya, kökə, dinə, dilə mənsub olan qardaş ölkələrin pandemiyaya qarşı birgə mübarizəsi təşkil olunsun. Sonrakı mərhələlərdə Qoşulmama Hərəkatı və BMT səviyyəsində daha qlobal təşəbbüslərlə çıxış etməsi, birgə fəaliyyət planının hazırlanması Azərbaycan Prezidentinin çox yüksək liderlik keyfiyyətlərinə malik olduğunu bir daha ortaya qoyub".

Hadisələri düzgün qiymətləndirmək

Millət vəkili vurğulayıb ki, cari ilin əvvəlindən Rusiya-Ukrayna müharibəsinin başlanması dünyada yeni nizam formalaşdırıb, böhranlar yaradıb. Onun sözlərinə görə, bu ilin ikinci yarısından dövlət başçısı İlham Əliyevin xarici ölkələrə səfərləri, iştirak etdiyi zirvə toplantıları, irəli sürdüyü təkliflər, keçirdiyi görüşlər onu sübut edir ki, Azərbaycan Prezidenti geosiyasi hadisələri düzgün qiymətləndirir, mövcud vəziyyətdən daha səmərəli şəkildə yararlanır, ölkəmizin maraqlarını uğurla təmin edir, həm qardaş dövlətlərlə, həm də dünya ölkələri ilə hərtərəfli faydalı əməkdaşlıq əlaqələri qurur: "Bu əlaqələrin mərkəzində isə siyasi, ticari, iqtisadi münasibətlər, təhlükəsizlik maraqları dayanır. Dünyada enerji təhlükəsizliyi, ərzaq böhranları var. Bu böhranlarla bərabər türk dövlətlərinin müdafiə olunması, müdafiə sənayesi potensialının inkişaf etdirilməsi, təhlükəsizlik məsələlərinin ön plana çəkilməsi kimi məsələlər aktualdır. Türkmənbaşı şəhərində keçirilən I Zirvə Görüşünü bu kontekstdən qiymətləndirir, ölkəmiz və qardaş dövlətlər üçün əhəmiyyətli hadisə hesab edirəm. Cənab İlham Əliyevin liderliyi ilə bu gün Azərbaycan yalnız regional məsələlərdə deyil, böyük bir türk coğrafiyasında və dünyada əhəmiyyətli ölkəyə, söz sahibinə çevrilib".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 526   Tarix: 17 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.