Samir Şərifov: "Səudiyyə Ərəbistanı Krallığının Ermənistanla əlaqələr qurmamasını yüksək qiymətləndirik"

Samir Şərifov: "Səudiyyə Ərəbistanı Krallığının Ermənistanla əlaqələr qurmamasını yüksək qiymətləndirik"Ölkəmiz Səudiyyə Ərəbistanı Krallığının Azərbaycana qarşı təcavüz törətmiş Ermənistanla diplomatik əlaqələr qurmamaq kimi prinsipial mövqeyini yüksək qiymətləndirir.

"Report" xəbər verir ki, bunu Azərbaycan maliyyə naziri Samir Şərifov Səudiyyə Ərəbistanı Krallığından olan nümayəndə heyətinin Zəngilan rayonuna səfəri zamanı Zəngilan Hava Limanında təşkil edilmiş tədbirdə qeyd edib.

O, Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığının respublikamıza qarşı təcavüzə, yüz minlərlə mülki azərbaycanlının doğma yurd-yuvasından və torpaqlarından zorla köçürülməsinə, dağıdılmasına səbəb olan, ölkəmizin şəhər və kəndlərini xarabalığa çevirmiş, məscidlərimizə və digər müqəddəs yerlərimizə qarşı vandalizm törətmiş Ermənistanla diplomatik əlaqələr qurmamaq kimi prinsipial mövqeyini yüksək qiymətləndirdiyini bir daha qeyd edib.

Onun sözlərinə görə, dəymiş maddi ziyanın həcmi hələ tam hesablanmayıb.

"Lakin siz Zəngilanda olarkən nəzər salsanız, dağıntıların miqyasını görə biləcəksiniz. Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur rayonları 28 ildən artıq qonşu Ermənistanın işğalı altında idi. Azərbaycan uzun illər ərzində beynəlxalq vasitəçilərin köməyi ilə danışıqlar yolu ilə Ermənistanla münaqişəni sülh yolu ilə həll etməyə çalışırdı. Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə açıq-aşkar məhəl qoymaması, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına son qoymaq üçün beynəlxalq vasitəçilərin yarıtmaz fəaliyyəti Azərbaycanın münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini faktiki olaraq dayandırdı. 2020-ci ilin sentyabr-noyabr aylarında Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində işğalçı Ermənistanı darmadağın edərək, onu təslim aktı imzalamağa məcbur etdi. Şanlı qələbə canlarını fəda etmiş şəhidlərin qəhrəmanlığı və şücaəti sayəsində əldə edilmişdir. Azərbaycan öz qanuni hüquqlarını reallaşdırdı, tarixi torpaqlarının işğalına son qoyub, ərazi bütövlüyünü bərpa edib.

Təyyarəmiz Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması ilə bağlı gördüyü işlər çərçivəsində işğaldan azad edilmiş Azərbaycan torpaqlarında inşa edilən Zəngilan Beynəlxalq Hava Limanına enib. Prezident İlham Əliyev işğal olunmuş ərazilər azad edildikdən dərhal sonra bütün dövlət orqanlarına tapşırıb ki, bu ərazilərin ölkə iqtisadiyyatına yenidən inteqrasiyası, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasını təmin etmək məqsədilə yenidənqurma işlərinə başlansın. Prezidentin sərəncamı ilə "Böyük Qayıdış Proqramı"nın 1-ci mərhələsi qüvvəyə minib və 2021-ci ildən icrasına başlanılıb", - nazir əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 783   Tarix: 18 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Uşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

00:21 257
.

Azərbaycan və Türkiyə jurnalistləri üçün Şuşaya mediatur təşkil olunub - Foto/Video

Zəfər Günündə Azərbaycan və Türkiyə mediasının nümayəndələri üçün Şuşa şəhərinə press-tur təşkil olunub. BİG.AZ "Report"a istinadən xəbər verir ki, tədbir Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinin altıncı ildönümünə həsr edilib. Tur Yuxarı Gövhər ağa məscidinin ziyarət edilməs

11:31 115
.

Azərbaycanda bu şəxslərə 200 manat veriləcək

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini

00:25 281
.

Əraqçı 48 saatda 12 ölkənin naziri ilə məsləhətləşdi

İranın xarici işlər naziri Abbas Əraqçı son iki gün ərzində 12 ölkədən olan həmkarı ilə telefon əlaqəsi saxladığını, regionda cərəyan edən prosesləri, həmçinin ABŞ və İsrailin eskalasiyaya səbəb olan addımlarının fəsadlarını müzakirə etdiyini bildirib. xəbər verir ki, bu barədə diplomat sosial şəbək

11:15 123
.

Qətər ABŞ və İran arasında danışıqların uğursuzluqla nəticələndiyinə dair xəbərləri təkzib edib

ABŞ və İran razılaşma əldə etmək üzərində işləməyə davam edir, danışıqların uğursuzluqla nəticələndiyinə dair xəbərlər isə həqiqəti əks etdirmir. "Report" xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin nümayəndəsi Məcid əl-Ənsari "X" sosial şəbəkəsindəki hesabında paylaşı

10:00 147
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - Foto/Video

Azərbaycanın Vətən müharibəsində qazandığı qələbəyə həsr olunmuş memorial kompleksə - Zəfər parkına ziyarət davam edir. xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və müavinləri, həmçinin baş prokuror Kamran Əliyev və digər rəsmilər Zəfər parkını ziyarət edərək şəhidlərin ruhuna ehtiramların

11:12 122
.

Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR

Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin gələn ildən 600 manatdan 1500 manata qaldırılması təklif edilir. Bu barədə məlumat 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Müavinətin 900 manat qaldırılması demoqrafik vəziyyətə və ailələrin sosial rifahına nə dərəcədə təsir ed

00:27 300
.

Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video

Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri

00:07 231
.

İsrail Prezidenti hökuməti formalaşdırmağı Qadi Ayzenkota həvalə edəcək

İsrail Prezidenti İsxak Hersoq "Yaşar" partiyasının sədri Qadi Ayzenkota hökuməti formalaşdırmağı tapşıracağını açıqlayıb. "Report" xəbər verir ki, bu barədə prezident administrasiyasına istinadən "Ynet" məlumat yayıb. Bildirilib ki, müxalifət lideri Ayzenkot sabah yəhud

12:40 0
.