Atalıq məzuniyyəti: hansı ölkədə necə təyin olunur? - Araşdırma

Atalıq məzuniyyəti: hansı ölkədə necə təyin olunur? - AraşdırmaValideynlik qayğısı uşağın müəyyən yaş dövründə vacib əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən dünyanın əksər ölkələrində analıq məzuniyyəti ilə bağlı praktiki nəticələrə gəlinib və bu sahədə fikirlər konkretləşdirilib. Atalıq məzuniyyəti isə dünyanın böyük hissəsində mübahisəli məsələ olaraq qalır. Eyni zamanda dünya ölkələrinin praktikasında atalıq məzuniyyəti ilə bağlı fərqliliklər müşahidə edilir.

Bakıpost.az atalıq məzuniyyəti ilə bağlı kiçik araşdırma aparıb. Həmin araşdırmanı təqdim edirik:

Atalıq məzuniyyətinin təyinatı ölkədən-ölkəyə fərqlənir. Dünyanın bir sıra ölkələrində atalıq məzuniyyəti ana vəfat etdikdə, yaxud fiziki imkanları məhdudlaşdıqda təyin edilir. Dünya ölkələri atalıq məzuniyyətini tətbiq edərkən bu kriteriyaları rəhbər tuturlar:

- Bioloji atalıq,
- Övladlığa götürülmə nəticəsində atalıq.

Bəs atalıq məzuniyyətinin dünya praktikasında tətbiqi necədir?

Litva

Litvada atalar qismən ödənişlə 30 günlük atalıq məzuniyyəti alırlar. Ancaq qanunvericilik atalara ailə vəzifələri üçün daha çox vaxt verməyə meyillidir. Məqsəd qadınların iş qüvvəsi olaraq qeyri-aktiv istifadəsini aradan qaldırmaqdır.

ABŞ

ABŞ-da isə atalıq məzuniyyəti tələb edən heç bir qanun yoxdur. Bu məsələdə şirkətlər daha aktiv fəaliyyət göstərməyə çalışırlar. ABŞ-ın təxminən 20% kişinin atalıq məzuniyyətinə çıxmaq imkanı var. Lakin kişilərin əksəriyyəti atalıq məzuniyyətinin karyeralarına zərbə vuracağından qorxub bu təklifdən imtina edirlər.

Böyük Britaniya

Böyük Britaniyada isə atalar 151,97 avro və ya adi maaşın 90%-i məbləğində qanunla müəyyən edilmiş ödənişi təmin edərək, məzuniyyət götürmək imkanına sahib ola bilirlər.

Azərbaycan

Azərbaycanda atalıq məzuniyyəti məsələsi qanunvericiliklə birbaşa tənzimlənməsə də, Əmək Məcəlləsinin 128 və 130-cu maddələri əsasında uşağın dünyaya gəlməsi ilə bağlı bəzi təminatlar müəyyən edilir.

İşəgötürən ildə bir dəfə həyat yoldaşı hamiləlik və ya doğuş mərhələsində olan işçinin ərizəsi əsasında ona 14 gün və ya ailə, məişət və digər sosial məsələlərin həlli üçün 7 gün müddətinə ödənişsiz məzuniyyət təyin edə bilər.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1025   Tarix: 20 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.