"Aytacı kənddə basdırmağa qoymayın" - Dəhşətli qətlin TƏFƏRRÜATI
Bu ilin fevralında Şəmkirin İrmaşlı kəndində 1998-ci il təvəllüdlü əmisi qızı Aytac Famil qızı Piriyevanı qətlə yetirən Piri Piriyevin məhkəmə prosesi başa çatıb.
"Qafqazinfo"nun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1998-ci il təvəllüdlü Piri Piriyev 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hadisənin hansı səbəbdən baş verməsinə gəlincə, bu, Aytacın vatsap statusu üstündə olub.
Təqsirləndirilən şəxsin sözlərinə görə, o, qardaşı arvadının telefonu ilə vatsap statuslarına baxan zaman Aytacın tanımadığı oğlanla qucaqlaşmış halda fotosunu görüb. Piri bundan sonra, Aytacgilin evinə gedərək oğlanın kimliyi ilə maraqlanıb. Aytac isə oğlanın sinif yoldaşı olduğunu, Türkiyəyə gedəcəyi üçün onunla səmimi şəkildə foto çəkdirdiyini bildirib.
Bundan əsəbiləşən Piri Aytacı şillə ilə vurub. Piri daha sonra Şəmkir şəhərinə gedərək həmin fotodakı oğlanı axtarmağa başlasa da, tapa bilməyib.
O, bütün bunlardan sonra Aytacın hərəkətlərinə son qoymaq məqsədilə onu öldürmək qərarına gəlib. Piri bu məqsədlə əvvəlcədən bazardan aldığı bıçağı maşına qoyub, qərara gəlib ki, Aytacın əl-qolunu bağlayaraq onu qətlə yetirsin. Aytacın maşından düşüb qaçmaması üçün də əvvəlcədən avtomobilin sağ qapısının cəftəsini və şüşə qaldıranını sındırıb.
Planın davamı olaraq Piri, Aytacgilin evinə gələrək onunla sakit bir yerdə söhbət etmək istədiyini bildirib. Bu zaman Aytac azyaşlı oğlunu evdə qoyaraq maşının ön oturacağına əyləşib. Bundan sonra, Piri planına uyğun olaraq, Aytacı İrmaşlı kəndində yerləşən "Sulu dərə" adlanan əraziyə tərəf aparıb.
Yolboyu Piri yenidən Aytacdan həmin oğlanın kimliyini soruşub. Aytac yenə eyni cavabı verərək həmin şəxsin sinif yoldaşı olduğunu bildirib, eyni zamanda qeyd edib ki, onun şəxsi işlərinə qarışmağa ixtiyarı yoxdur.
Bu zaman Piri maşından düşərək avtomobildə saxladığı kəndiri götürüb və qabaq qapını açaraq Aytacdan əllərini irəli uzatmasını istəyib. Aytac isə onun sözlərini ciddiyə almayıb və zarafat etdiyini düşünərək Pirinin dediklərinə heç bir etiraz etmədən əməl edib.
Bundan sonra Piri Aytacın müqaviməti qıraraq onu yerə yıxıb və boğazını kəsib. Bu zaman Piri Aytacın yalvarışlarına heç bir məhəl qoymayıb. O, əmisi qızını öldürdükdən sonra maşınla İrmaşlı kənd istiqamətində hərəkət edib. Kənddə həmkəndlisi ilə görüşüb onun maşına əyləşən zaman törətdiyi əməldən bəhs edib və onu polis bölməsinə aparmağı xahiş edib.
Bölməyə getməzdən əvvəl o, həmkəndlisindən kəndin mərkəzində avtomobilini saxlamasını da xahiş edib. Bu zaman Piri avtomobildən düşüb üzünü çayxanada olan kişilərə tutaraq, – "Mən öz pozğunumu təmizlədim, siz də gedin öz pozğununuzu təmizləyin, Aytacın meyitini kənddə basdırmağa qoymayın, əgər basdırsanız, yas verməyin", – məzmunlu sözlər deyib.
Daha sonra həmkəndlisi avtomobildən düşərək onu avtomobilə əyləşdirib Zəyəm polis bölməsinə aparıb.
Qeyd edək ki, Aytac Piriyeva 2017-ci ildə ailə həyatı qurub, onun bu evlilikdən bir övladı dünyaya gəlib. Aytacın həyat yoldaşı tez-tez işləmək üçün Ukraynaya gedib-gəlib. Onun həyat yoldaşı ilə sonradan münasibəti pozulduğu üçün bir il öncə vəfat edən atasının evinə qayıdıbmış.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2011 Tarix: 20 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÖzbəkistanın axtarışa verdiyi "narkobaron" Türkiyədə tutulub
Özbəkistan hüquq mühafizə orqanları tərəfindən qırmızı bülletenlə axtarışa verilmiş "narkobaron" Odil Fəxrəddinoviç Xudayberdiyev Türkiyənin Mersin şəhərində tutulub. "Report" xəbər verir ki, məlumatı Türkiyənin NTV kanalı yayıb. Bildirilib ki, o, Mersində kənd təsərrüfatı sahələrind
07.11.2026 238 Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
Noyabrın 8-i tarixi qələbəmizin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətə
00:10 294 Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib - YENİLƏNİB+VİDEO
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklil qoydu. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib
12:25 35 Əraqçı 48 saatda 12 ölkənin naziri ilə məsləhətləşdi
İranın xarici işlər naziri Abbas Əraqçı son iki gün ərzində 12 ölkədən olan həmkarı ilə telefon əlaqəsi saxladığını, regionda cərəyan edən prosesləri, həmçinin ABŞ və İsrailin eskalasiyaya səbəb olan addımlarının fəsadlarını müzakirə etdiyini bildirib. xəbər verir ki, bu barədə diplomat sosial şəbək
11:15 123 İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
İranın cənubundakı Sirik, Cask və Bəndər-Abbas şəhərlərində, eləcə də Keşm adasında partlayışlar baş verib. xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb. Hələlik partlayışların səbəbi ilə bağlı dəqiq məlumat yoxdur. Onların İran Silahlı Qüvvələrinin Hörmüz boğazının müdafiəs
01:19 300 Qətər ABŞ və İran arasında danışıqların uğursuzluqla nəticələndiyinə dair xəbərləri təkzib edib
ABŞ və İran razılaşma əldə etmək üzərində işləməyə davam edir, danışıqların uğursuzluqla nəticələndiyinə dair xəbərlər isə həqiqəti əks etdirmir. "Report" xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin nümayəndəsi Məcid əl-Ənsari "X" sosial şəbəkəsindəki hesabında paylaşı
10:00 147 8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir - Foto/Video
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir. xəbər verir ki, səhər saatlarından etibarən Azərbaycan xalqı məzarlığa axın edərək torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin məzarlarını ziyarət edirlər. Ziyarətçilər şəhidləri
10:58 130 Mask "Starlink"in ötürmə qabiliyyətinin 100 dəfə artacağını açıqlayıb
"Starlink" peyk şəbəkəsinin tutumu növbəti iki-üç ildə yeni nəsil peyklərin buraxılması sayəsində 100 dəfə artacaq. "Report"un məlumatına görə, "SpaceX" şirkətinin qurucusu İlon Mask bunu sahibkar Ron Beronla müsahibəsində açıqlayıb. "Hazırda orbitdə 11 00 peyk var
11:30 107 İlham Əliyev: "Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi"
"Təbii ki, uzun illər ərzində Ordu quruculuğu, Silahlı Qüvvələrimizin peşəkarlığının artırılması, müntəzəm olaraq hərbi təlimlərin keçirilməsi, döyüş qabiliyyətinin artırılması, ordumuzun müasir texnika ilə, silahlarla təchiz edilməsi amilləri Qələbəmizin qazanılmasında böyük rol oynamışdır. Amm
12:20 11