Vasif Talıbov hansı xəstəlikdən əziyyət çəkir?

Vasif Talıbov hansı xəstəlikdən əziyyət çəkir?Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun istefası ölkədə şok effekti yaratdı. Naxçıvanda yüksək rütbəli məmurların həbsi Ali Məclis sədrinin əl-qolunu bağlasa da, onun qapı arxasında saxlanılacağı gözlənilən deyildi. Buna görə də Naxçıvan "xan"ının qəfil istefası ölkə gündəminin bir nömrəli hadisəsinə çevrildi.

Vasif Talıbov vəzifəsindən istefa verdiyinə dair ərizəni dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinə təqdim edib. Ali Məclis dekabrın 21-də keçirilən növbədənkənar iclasında onun istefasını qəbul edib.

Naxçıvan Ali Məclisinin mətbuat xidməti Vasif Talıbovun istefasının səbəbini açıqlayıb. Mətbuat xidmətinin yaydığı məlumatda Ali Məclis sədrinin səhhətində yaranmış problemlə əlaqədar istefa verdiyi bildirilir.

Vasif Talıbov hansı xəstəlikdən əziyyət çəkir?

"Yeni Sabah" Talıbovlara yaxın şəxslə bu mövzuda dəqiqləşdirmə aparıb. Ailəyə yaxın şəxs söhbət zamanı Vasif Talıbovun səhhətində hər hansı ciddi problemin olmadığını deyib. Onun sözlərinə görə, Ali Məclis sədrinin sağlıq durumu hələ uzun müddət bu vəzifəni icra etməyə imkan verirdi.

Mənbə deyib ki, Vasif Talıbov şəkərli diabetdən əziyyət çəkir. Amma onda şəkərin miqdarı yüksək deyil. O, qida rejiminə əməl etməklə uzun illər ərzində eyni çəkidə qalmağı bacarıb.

Mənbə Vasif Talıbovun sağlam olduğuna dair başqa arqumentlər də gətirib. Bildirib ki, 62 yaşı olmasına rəğmən o, sonuncu dəfə 17 il əvvəl diş çəkdirib.

Müsahibimiz yaxın ətrafında olan bir neçə nəfərin koronavirusa yoluxmasına baxmayaraq, Vasif Talıbovun bu xəstəliyə tutulmamasını onun sağlam və güclü orqanizmə sahib olması ilə əlaqələndirib./Oxu.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1619   Tarix: 22 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Portuqaliyada niqaba qadağa qoyuldu

Portuqaliyada ictimai yerlərdə üzü tamamilə örtən geyimlərdən istifadəyə qadağa qoyulub. xarici mediaya istinadən xəbər verir ki, Prezident Antoniu Joze Sequro parlamentin iyul ayında qəbul etdiyi qanunu imzalayıb. Yerli mediada bu sənəd "niqab haqqında qanun" kimi təqdim olunur. Yeni qaydalar

22.08.2026 197
.

Kredit borcunu ödəməyənlər üçün çıxış yolu - 3-5 il "dondurmaq"... - AÇIQLAMA

Kredit öhdəliyini yerinə yetirməkdə çətinlik çəkən vətəndaşların borcun müəyyən müddətə "dondurulması" ilə bağlı müraciətləri zaman-zaman gündəmə gəlir. Xüsusilə gəliri azalan və ya müvəqqəti maliyyə çətinliyi yaşayan şəxsləri kredit ödənişlərinin 3-5 il müddətinə dayandırılmasının mümkün olub-olmamas

00:50 243
.

Hərbi biletlə bağlı QƏRAR: Onlar 200 manat cərimə olunacaqlar - RƏSMİ

Hərbi biletin qəsdən korlanılmasına və ya itirilməsinə görə cərimə tətbiq edilir. "Bakupost" xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb. Bildirilib ki, hərbi vəzifəlilər və çağırışçılar hərbi biletin və ya ilkin hərbi qeydiyyata alınma haqqınd

00:37 261
.

ABŞ ordusuna məxsus təyyarə Tayvan boğazı üzərində görüldü

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "P-8A Poseidon" patrul təyyarəsi Tayvan boğazı üzərindən beynəlxalq hava məkanında uçuş həyata keçirib. -ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi ABŞ Hərbi Dəniz Qüvvələrinin Yeddinci Donanmasına istinadən məlumat verib. Qeyd edək ki, dah

22.08.2026 193
.

Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb

Rusiyanın Ukraynanın Zaporojye vilayətinə endirdiyi zərbələr nəticəsində 3 nəfər həlak olub, 15 nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov "Telegram"da bildirib. Onun sözlərinə görə, Rusiya qoşunları Zaporojy

22.08.2026 182
.

Dünyada ilk: Nəhəng piton xərçəngdən xilas edildi

Böyük Britaniya zooparklarından birində nəhəng pitona dünyada ilk dəfə olaraq, adətən insanlar üçün nəzərdə tutulan elektrokimyaterapiya metodu tətbiq edilib. xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Məlumata görə, çəkisi 50 kiloqram, uzunluğu isə 4,5 metr olan ilan yeməkdə

11:15 0
.

Almaniya Ukraynaya əlavə 60 milyon avro ayıracaq

Almaniya Ukraynaya humanitar yardım üçün əlavə 50 milyon avro və NATO-nun CAP fonduna (Ukraynaya Yardım Paketi, Comprehensive Assistance Package) 10 milyon avro ayırır. "Report"un "İnterfaks-Ukrayna"ya istinadən verdiyi məlumata görə, bu barədə Almaniyanın xarici işlər naziri Yohan

22.08.2026 176
.

Azərbaycanda pensiya ilə bağlı sevindirici ANONS - Sinqapur modeli nədir?

"Hazırda pensiya kapitalı ən çox müzakirə olunan məsələlərdən biridir. Milli Məclisin Əmək və sosial siyasət komitəsində təkliflər təqdim olunub ki, vətəndaş dünyasını dəyişdiyi halda onun topladığı pensiya kapitalının müəyyən hissəsi, ən azı 30 faizi varisin hesabına köçürülsün və varis həmin vəsaitdə

00:31 205
.

Sentyabrda növbəti isti hava dalğası gözlənilir - XƏBƏRDARLIQ EDİLDİ

Böyük Britaniyada sentyabr ayında növbəti isti hava dalğası müşahidə olunacaq. Bizim.Media xəbər verir ki, ölkədə son həftələrdə hökm sürən rekord dərəcədə isti və quraq hava şəraitindən sonra gələn həftə temperaturun aşağı düşəcəyi gözlənilir. Lakin meteoroloqlar payıza keçərkən, xüsusilə Böyük Britaniyanı

00:55 206
.