"Medical Plaza"da 4500 AZN alıb qan köçürdülər, qolu bu vəziyyətə düşdü"
"Qan azlığından əziyyət çəkən atam Habil Mehdiyevi "Baku Medical Plaza"da ağır vəziyyətə salıblar. Damarı tapmadıqlarından qanı dəri altına vurublar, nəticədə bir qolu qızarıb və şişib. Qızartı getdikcə yuxarıya doğru yayılır və həmin hissədən qanlı su gəlir".
BiG.AZ xəbər verir ki, bu şikayətlə "qafqazinfo"ya zərərçəkənin oğlu Rövşən Mehdiyev müraciət edib.
O bildirib ki, xəstəxana bu xidmət üçün onlardan 4500 AZN pul alıb:
"Atam qanazlığından əziyyət çəkir. Dekabrın 18-i səhhətində problem yarandı, həmin gün bazar günü olduğuna görə dövlət xəstəxanaları işləmirdi və məcbur olub "Baku Medical Plaza"nın Babək prospektində yerləşən filialına müraciət etdik. Atamı gecə saatlarında ambulansla xəstəxanaya apardılar. Orada bizdən 5 min AZN depozit istədilər və o məbləği ödədik. Dekabrın 20-si səhər zəng elədilər ki, sizin depozitdən cəmi 400 manat qalıb. Pulumuz qurtardığına görə onu xəstəxanadan çıxarmalı olduq. Evə gətirəndə gördük ki, qolu bu vəziyyətdədir".
Ətraflı
Şikayətçi bildirir ki, bu müddətdə onlara atasının səhhəti ilə bağlı məlumat verilməyib. Yalnız evə gəldikdən sonra vəziyyətdən xəbərdar olublar:
"Xəstəxana ilə əlaqə saxlamaq da mümkün deyildi. Bu müddətdə cəmi bir dəfə Gülnar adlı həkimi ilə danışa bilmişik, sonra dedilər ki, tez-tez zəng etməyin. Özləri də zəng edib məlumat vermirdilər. Atamın qanı düşmüşdü, xəstəxanada ona bu gün yarım ərzində ancaq qan vurulub. Xəstəxananın verdiyi kağızları başqa həkimə də göstərdik, məlum oldu ki, bir analizi 3 dəfə götürüblər. Yəni, bu məbləğ müqabilində göstərdikləri xidmət ancaq qan köçürülməsidir ki, onu da belə ediblər. Hazırda atam evdədir qolu isə getdikcə pisləşir və qızartı yayılır. Bunun fəsadları yəqin ki, sonradan çıxacaq, dəri altına yığılmış qan çürümə də verə bilər".
Şikayətlə bağlı "Baku Medical Plaza"dan məsələyə belə münasibət bildirilib:
"Xəstə Habil Mehdiyev 18.12.2022 tarixində klinikamıza huşsuz komatoz vəziyyətdə, kəskin böyrək və tənəffüs yetərsizliyi ilə qəbul olunub. Aktiv reanimasion müdaxilələrdən sonra pasiyentin vəziyyəti nisbi stabilləşib, tənəffüs problemi, kəskin böyrək yetərsizliyi aradan qaldırılıb. Xəstənin vəziyyəti stabilləşdiyi üçün 20.12.2022 tarixində xəstə yaxınları xəstəni başqa tibb müəssisəsinə köçürməyə qərar veriblər. Xəstənin qolu xəstəxanadan çıxarkən o vəziyyətdə olmayıb".
Müalicə xərcinin 4500 AZN olmasına gəlincə isə, tibb müsəssisəsindən bildirilib ki, bu məbləğ təkcə qanköçürmə üçün olan ödəniş deyil:
"Xəstə huşsuz vəziyyətdə xəstəxanaya daxil olub və reanimasiyaya yerləşdirilib. Qeyd edilən depozit reanimasiya üçün alınıb və xəstə evə buraxılanda yaxınlarına hesab-faktura verilib. Həmin hesab-fakturada məbləğin nəyə xərcləndiyi görünür".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1541 Tarix: 22 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan və Türkiyə jurnalistləri üçün Şuşaya mediatur təşkil olunub - Foto/Video
Zəfər Günündə Azərbaycan və Türkiyə mediasının nümayəndələri üçün Şuşa şəhərinə press-tur təşkil olunub. BİG.AZ "Report"a istinadən xəbər verir ki, tədbir Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinin altıncı ildönümünə həsr edilib. Tur Yuxarı Gövhər ağa məscidinin ziyarət edilməs
11:31 115 Xətai rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil olunub - Foto/Video
Noyabrın 7-də Xətai rayonunda Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil olunub. Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafi
11:40 107 AQP: Kommersiya obyektlərinin icarə indeksi oktyabrda 7 %-ə yaxın artıb
Bu ilin oktyabr ayında kommersiya obyektlərinin icarə indeksi 6,7 % artıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) "Report"a verilən məlumata görə, kommersiya daşınmaz əmlakının satış bazarında ciddi qiymət dəyişikliyi baş verməyib. Oktyabrda median satış qiyməti 2 869,6 manat/kvadratmetr
10:15 139 Milli Qəhrəmanın oğlu: "Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır"
"Bir şəhid övladı olaraq Zəfər Günü mənim üçün ən gözəl günlərdən biridir. Çünki bu zəfərdə mənim atamın da imzası var". Bu fikirləri -a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev Zəfər Günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.
11:29 127 Qətər ABŞ və İran arasında danışıqların uğursuzluqla nəticələndiyinə dair xəbərləri təkzib edib
ABŞ və İran razılaşma əldə etmək üzərində işləməyə davam edir, danışıqların uğursuzluqla nəticələndiyinə dair xəbərlər isə həqiqəti əks etdirmir. "Report" xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin nümayəndəsi Məcid əl-Ənsari "X" sosial şəbəkəsindəki hesabında paylaşı
10:00 147 Prezident: "Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi"
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində deyib. Ermənistanın işğal edilmiş ərazilərdə bir neçə istehkam
12:19 20 Səfir: "TRIPP İrəvan və Bakı arasında dialoq üçün yeni imkanlar yaradacaq"
"TRIPP ("Tramp marşrutu") layihəsinin icra edilməsi Azərbaycanın bölgə ilə nəqliyyat əlaqələrinin genişləndirilməsinə şərait yaradacaq və Ermənistanla münasibətlərin inkişafı üçün yeni imkanlar aça bilər". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ-nin Ermənistandak
07.11.2026 193 Ərdoğan Zəfər Günü tədbirlərində iştirak etmək üçün Qarabağa yola düşüb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın 8 Noyabr -Zəfər Günü münasibətilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün İstanbuldan Qarabağa yola düşüb. "TRT Haber" telekanalına istinadən xəbər verir ki, Ərdoğanı səfər zamanı həyat yoldaşı Əminə Ərdoğan da müşayiət edir. Prezident
12:20 19 "Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb
8 Noyabr - Zəfər Günü münasibətilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə həsr edilmiş "Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb. BİG.AZ videoçarxı təqdim edir:
12:22 4