Vasif Talıbova saxta diplomu Misir Mərdanov verib? - YENİLƏNİB + AÇIQLAMA

Vasif Talıbova saxta diplomu Misir Mərdanov verib? - YENİLƏNİB + AÇIQLAMA"Bakı Dövlət Universitetinin (BDU) diplomunu Vasif Talıbova mən verməmişəm".

Bunu Modern.az-a açıqlamasında sabiq təhsil naziri, BDU-nun keçmiş rektoru (1996-1998-ci ildə) Misir Mərdanov bildirib.

O, Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova BDU-nun saxta diplomunu verməsi barədə deyilənlərin doğru olmadığını vurğulayıb.

"Mən BDU-da rektor olan zaman 15-16 fakültə, minlərlə tələbə olub. Tələbə təhsil alır, sonra ona diplomu müəssisə verir, rektor diplom vermir. Məncə, Vasif Talıbov universiteti bitirəndə mən artıq təhsil naziri idim. Ona görə də bu iddialar əsassızdır. Kimin dərsdə iştirak edib-etmədiyini də rektor bilə bilməz, 15 min tələbənin davamiyyətini mən necə izləyə bilərəm? Bu cür söhbətlərin olmasının heç bir mənası yoxdur", - Misir Mərdanov əlavə edib.

Qeyd edək ki, ötən gün Naxçıvan Ali Məclisinin sədri vəzifəsindən istefa verən Vasif Talıbovun diplomunun saxta olduğu deyilir. Məlumata görə, o, BDU-da hüquqşünaslıq ixtisası üzrə ikinci təhsil alıb və 1998-ci ildə ali məktəbi bitirib. V.Talıbov həmin illərdə Azərbaycan Milli Məclisinin deputatı və Naxçıvan Ali Məclisinin sədri olub.

İddia olunur ki, V.Talıbov saxta diplomu M.Mərdanovun rektor işlədiyi dövrdə alıb.

Məlumat üçün bildirək ki, 25 mart 1998-ci ildə təhsil naziri təyin olunan Misir Mərdanov 2013-cü ilin 19 aprelinə qədər bu postu tutub.
15:40
Milli Məclisin deputatı Etibar Əliyev Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovla bağlı şok iddia ilə çıxış edib. E.Əliyev özünün sosial şəbəkə hesabında keçmiş sədri savadsızlıqda ittiham edərək onun saxta diplom aldığını yazıb.

Yenisabah.az deputatın iddiasını araşdıraraq onun haqlı olduğunu üzə çıxarıb. Məlum olub ki, 1960-cı ildə Naxçıvanda doğulan Vasif Talıbov BDU-da hüquqşünas ixtisası üzrə ikinci təhsil alıb və 1998-ci ildə bu ali məktəbdən məzun olub. V.Talıbov həmin illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Naxçıvan Ali Məclisinin sədri olub.

Araşdırmalar zamanı V.Talıbovun bir dəfə belə sessiyalarda iştirak etmədiyi, hətta imtahanlara qatılmadığı məlum olub.

Qeyd edək ki, həmin vaxt BDU-nun rektoru sabiq təhsil naziri Misir Mərdanov olub. V.Talıbov saxta diploma M.Mərdanovun rektor işlədiyi dövrdə alıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2507   Tarix: 22 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Portuqaliyada niqaba qadağa qoyuldu

Portuqaliyada ictimai yerlərdə üzü tamamilə örtən geyimlərdən istifadəyə qadağa qoyulub. xarici mediaya istinadən xəbər verir ki, Prezident Antoniu Joze Sequro parlamentin iyul ayında qəbul etdiyi qanunu imzalayıb. Yerli mediada bu sənəd "niqab haqqında qanun" kimi təqdim olunur. Yeni qaydalar

22.08.2026 197
.

Vatikan təxminən 100 milyon avro dəyərində öz elektrik stansiyasını tikəcək

Vatikan bərpa olunan enerji mənbələri ilə işləyən elektrik stansiyası tikməyi planlaşdırır. "Report" "Reuters"ə istinadən xəbər verir ki, təxminən 100 milyon avro dəyərində olan layihə Romanın şimal-qərb ətrafındakı Santa-Mariya-di-Qaleriya kompleksinin ərazisində 80-90 MVt gücünd

22.08.2026 190
.

Azərbaycanda hazır çay ehtiyatları bir il ərzində 2 dəfə artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 6 min 537 ton çay istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,9 % azdır. Avqustun 1-nə müəssisələrin anbarlarında 174,1 ton hazır məhsul ehtiyatı olub, bu da bir il əvvəlk

22.08.2026 175
.

Krasnodarda PUA hücumu nəticəsində iki uşaq ölüb

Rusiyanın Krasnodar diyarının Yeysk rayonunda pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində iki nəfər həlak olub, iki nəfər xəsarət alıb. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Veniamin Kondratyev məlumat verib. Onun sözlərinə görə, həlak olanla

22.08.2026 179
.

Sumqayıtda internat yataqxanasında GÜCLÜ YANĞIN: Zəhərlənənlər var

Sumqayıt şəhərinin 14-cü məhəlləsi ərazisində yerləşən 2 saylı internat yataqxanasında yanğın baş verib. BİG.AZ "Report"a istinadən xəbər verir ki, hadisə yataqxananın dəhlizində qeydə alınıb. Yanğın zamanı yataqxanada yaşayan 199-cu il təvəllüdlü Şahin Maşallah oğlu Hüseynov və onun anası

22.08.2026 181
.

Türkiyədə helikopter qəzaya uğradı

Türkiyənin Giresun bölgəsində helikopter qəzası baş verib. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Helikopter yüksəkgərginlikli xəttlərdə təmir işləri aparılması məqsədilə əraziyə cəlb edilib və elektrik şirkətinə məxsus olub. Hadisə yerinə xilasedicilər cəlb olunublar. Helikopterd

22.08.2026 146
.

Hərbi biletlə bağlı QƏRAR: Onlar 200 manat cərimə olunacaqlar - RƏSMİ

Hərbi biletin qəsdən korlanılmasına və ya itirilməsinə görə cərimə tətbiq edilir. "Bakupost" xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb. Bildirilib ki, hərbi vəzifəlilər və çağırışçılar hərbi biletin və ya ilkin hərbi qeydiyyata alınma haqqınd

00:37 261
.

BU ŞƏXSLƏRİN PENSİYASI YENİDƏN ARTIRILACAQ - Səbəbi AÇIQLANDI

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". "AzPolitika" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini

00:07 192
.

ABŞ ordusuna məxsus təyyarə Tayvan boğazı üzərində görüldü

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "P-8A Poseidon" patrul təyyarəsi Tayvan boğazı üzərindən beynəlxalq hava məkanında uçuş həyata keçirib. -ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi ABŞ Hərbi Dəniz Qüvvələrinin Yeddinci Donanmasına istinadən məlumat verib. Qeyd edək ki, dah

22.08.2026 193
.