Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il ərəfəsində paytaxtın Nizami rayonunda geniş abadlıq-quruculuq işləri davam etdirilir

Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il ərəfəsində paytaxtın Nizami rayonunda geniş abadlıq-quruculuq işləri davam etdirilirPaytaxtda həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində, həmçinin sakinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq Bakı Şəhər İcra Hakimiyyəti və Nizami Rayon İcra Hakimiyyəti tərəfindən 8-ci km, Bəkir Çobanzadə küçəsinin Bəhruz Nuriyev küçəsi ilə Rüstəm Rüstəmov küçəsinin kəsişməsindəki ərazidə, 2500 nəfərdən çox sakinin yaşadığı 7 ədəd çoxmərtəbəli yaşayış binası və onları əhatə edən küçə boyu ərazidə təmiz-abadlıq işləri aparılaraq sakinlərin istifadəsinə verilib.
Sözügedən ünvanlarda yaşayış binalarının fasadları və pilləkən qəfəsələri təmir edilib, girişi qapıları, dam örtükləri yenilənib, həyətlərdə sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraiti yaradılıb. Abadlaşdırılan həyətlərdə uşaq meydançaları salınıb, müxtəlif idman qurğuları, 14 söhbətgah və 90 ədəd yeni oturacaq quraşdırılıb, tullantılar üçün qutular qoyulub.
Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətlərdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları, yanğınsöndürmə hidrant sistemi quraşdırılıb, elektrik sistemi yenilənib.
Eyni zamanda, Bəkir Çobanzadə küçəsi boyunca yol şəraitinin yaxşılaşdırılması və sakinlərin hərəkət təhlükəsizliyi səviyyəsinin yüksəldilməsi məqsədilə düyməli piyada işıqforu, yol nişanı quraşdırılıb, piyada keçidləri yenilənib.
Qeyd edək ki, həyətlərin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 550 ədəd müxtəlif növ ağac və 15 min kol əkilib, 8500 m2 ərazidə yaşıllıq zolağı salınıb. Bundan əlavə, 6 min p/m yeni bordür quraşdırılıb, 3200 m2 səki örtüyü, 9 min m2 asfalt örtüyü yenilənib.
Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsinə təsadüf edən tədbirlə əlaqədar abadlaşdırılan ərazi bayramsayağı bəzədilib, kiçik yaşlı uşaqların əylənməsi üçün yolka qurulub.
Sakinlər görülən işlərdən razılıq ifadə edərək, onların istirahəti üçün burada yaradılan şəraitə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il ərəfəsində paytaxtın Nizami rayonunda geniş abadlıq-quruculuq işləri davam etdirilirDünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il ərəfəsində paytaxtın Nizami rayonunda geniş abadlıq-quruculuq işləri davam etdirilirDünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il ərəfəsində paytaxtın Nizami rayonunda geniş abadlıq-quruculuq işləri davam etdirilirDünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il ərəfəsində paytaxtın Nizami rayonunda geniş abadlıq-quruculuq işləri davam etdirilirDünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il ərəfəsində paytaxtın Nizami rayonunda geniş abadlıq-quruculuq işləri davam etdirilirDünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il ərəfəsində paytaxtın Nizami rayonunda geniş abadlıq-quruculuq işləri davam etdirilirDünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il ərəfəsində paytaxtın Nizami rayonunda geniş abadlıq-quruculuq işləri davam etdirilirDünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il ərəfəsində paytaxtın Nizami rayonunda geniş abadlıq-quruculuq işləri davam etdirilirDünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il ərəfəsində paytaxtın Nizami rayonunda geniş abadlıq-quruculuq işləri davam etdirilirDünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il ərəfəsində paytaxtın Nizami rayonunda geniş abadlıq-quruculuq işləri davam etdirilirDünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il ərəfəsində paytaxtın Nizami rayonunda geniş abadlıq-quruculuq işləri davam etdirilir


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 549   Tarix: 22 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan və Türkiyə jurnalistləri üçün Şuşaya mediatur təşkil olunub - Foto/Video

Zəfər Günündə Azərbaycan və Türkiyə mediasının nümayəndələri üçün Şuşa şəhərinə press-tur təşkil olunub. BİG.AZ "Report"a istinadən xəbər verir ki, tədbir Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinin altıncı ildönümünə həsr edilib. Tur Yuxarı Gövhər ağa məscidinin ziyarət edilməs

11:31 115
.

Xətai rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil olunub - Foto/Video

Noyabrın 7-də Xətai rayonunda Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil olunub. Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafi

11:40 107
.

AQP: Kommersiya obyektlərinin icarə indeksi oktyabrda 7 %-ə yaxın artıb

Bu ilin oktyabr ayında kommersiya obyektlərinin icarə indeksi 6,7 % artıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) "Report"a verilən məlumata görə, kommersiya daşınmaz əmlakının satış bazarında ciddi qiymət dəyişikliyi baş verməyib. Oktyabrda median satış qiyməti 2 869,6 manat/kvadratmetr

10:15 139
.

Milli Qəhrəmanın oğlu: "Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır"

"Bir şəhid övladı olaraq Zəfər Günü mənim üçün ən gözəl günlərdən biridir. Çünki bu zəfərdə mənim atamın da imzası var". Bu fikirləri -a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev Zəfər Günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

11:29 127
.

Qətər ABŞ və İran arasında danışıqların uğursuzluqla nəticələndiyinə dair xəbərləri təkzib edib

ABŞ və İran razılaşma əldə etmək üzərində işləməyə davam edir, danışıqların uğursuzluqla nəticələndiyinə dair xəbərlər isə həqiqəti əks etdirmir. "Report" xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin nümayəndəsi Məcid əl-Ənsari "X" sosial şəbəkəsindəki hesabında paylaşı

10:00 147
.

Prezident: "Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi"

"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində deyib. Ermənistanın işğal edilmiş ərazilərdə bir neçə istehkam

12:19 20
.

Səfir: "TRIPP İrəvan və Bakı arasında dialoq üçün yeni imkanlar yaradacaq"

"TRIPP ("Tramp marşrutu") layihəsinin icra edilməsi Azərbaycanın bölgə ilə nəqliyyat əlaqələrinin genişləndirilməsinə şərait yaradacaq və Ermənistanla münasibətlərin inkişafı üçün yeni imkanlar aça bilər". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ-nin Ermənistandak

07.11.2026 193
.

Ərdoğan Zəfər Günü tədbirlərində iştirak etmək üçün Qarabağa yola düşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın 8 Noyabr -Zəfər Günü münasibətilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün İstanbuldan Qarabağa yola düşüb. "TRT Haber" telekanalına istinadən xəbər verir ki, Ərdoğanı səfər zamanı həyat yoldaşı Əminə Ərdoğan da müşayiət edir. Prezident

12:20 19
.

"Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb

8 Noyabr - Zəfər Günü münasibətilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə həsr edilmiş "Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb. BİG.AZ videoçarxı təqdim edir:

12:22 4
.