Azərbaycanla Serbiya arasındakı əlaqələrin dinamikası çox müsbətdir

Azərbaycanla Serbiya arasındakı əlaqələrin dinamikası çox müsbətdirDekabrın 21-də Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycana işgüzar səfərə gəlmişdir. Səfər çərçivəsində iki ölkə prezidentlərin təkbətək, həm də geniş tərkibli görüşləri keçirilmiş, dövlət başçıları mətbuata birgə bəyanat vermişlər.
Azərbaycan-Serbiya diplomatik əlaqələri 25 illik bir tarixə malik olsa da, ölkələrimiz arasında bir sıra strateji əməkdaşlıq sənədləri imzalansa da, iki ölkə arasında münasibətlərin intensivləşməsi gələcək üçün daha genişmiqyaslı perspektivlər vəd edir. "Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanmışdır. Biz hər zaman biri-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və bu siyasət dəyişməz olaraq qalacaq",- deyən Prezident İlham Əliyevin Serbiyaya səfərindən bir ay belə keçməmiş Serbiya Prezidentinin ölkəmizə səfəri, iki ölkə arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması ilə bağlı memorandumun imzalanması iqtisadi münasibətlərin inkişafı üçün etibarlı siyasi zəmin formalaşdırır.
İqtisadi münasibətlər siyasi münasibətlər üzərində qurulur və burada ölkə liderləri arasındakı dostluq münasibətləri çox önəmlidir. Azərbaycan ilə Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya, Belqradda Serbiya-Azərbaycan Ticarət Palatası fəaliyyət göstərsə də, hazırkı iqtisadi münasibətlər mövcud potensiala uyğun deyil.
Belə ki, iki ölkə arasında ticarət dövriyyəsi 8,1 milyon idxal, 1,7 milyon ixrac olmaqla 10 milyon ABŞ dollarına yaxındır, Serbiya Azərbaycanın xarici ticarət tərəfdaşları içərisində 68-ci yerdədir. Təbii ki, bu göstəricilər özündə ölkələr arasındakı siyasi dostluğu tam mahiyyəti ilə ehtiva etmir. Amma cari ilin yanvar-oktyabr aylarında, əvvəlki ilin müvafiq dövrünə nisbətən ticarət dövriyyəsi 28 faizə yaxın artıb ki, bunu da Serbiya-Azərbaycan iqtisadi əlaqələrinin uzunmüddətli perspektivinin ilk işartısı hesab etmək olar. Mövcud rəqəmlər o qədər cəlbedici olmasa da, iki ölkə arasında iqtisadi münasibətlər üçün çox geniş imkanlar mövcuddur.
Ölkələrimiz arasında energetika və qaz ixracı ilə bağlı artıq razılaşmalar imzalanıb, bu istiqamətdə perspektivlər var, reallaşdırılması üzrə danışıqlar aparılır. Bir neçə gün əvvəl Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün Qara dənizin dibi ilə kabel çəkilməsi üzrə razılaşma imzalanıb ki, bu da Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolunu daha da artıracaq.
Azərbaycan-Serbiya iqtisadi əməkdaşlığının qeyri-enerji, qeyri-neft sahəsinə dair də geniş imkanlar mövcuddur. Azərbaycan Avroatlantik məkanın aparıcı nəqliyyat-tranzit qovşağına çevrildiyi kimi, Serbiya da Avropanın çox mühüm nəqliyyat qovşağıdır. Serbiyanın ərazisindən 2 mühüm ümumavropa nəqliyyat dəhlizi keçir, dəmir yolu və su (çay) nəqliyyatı yüksək inkişaf göstəricilərinə malikdir və sair. Bu baxımdan, Azərbaycan-Serbiya nəqliyyat-logistika əlaqələri uzunmüddətli perspektivlər vəd edir və ölkəmizin Serbiya üzərindən Avropada daha geniş bazara çıxış imkanlarını artıra bilər. Prezidentlərin mətbuata birgə bəyanatında da səsləndiyi kimi, artıq uyğun istiqamətlərdə, o cümlədən nəqliyyat-logistika sahəsində müvafiq qurumlar təmas yaradıbdır və nəticəəsaslı fəaliyyətə başlanılıb.
Serbiyanın müdafiə sənayesi sahəsində ciddi uğurları var. Bu istiqamətdə də Azərbaycan-Serbiya münasibətləri perspektivlidir. Azərbaycan daim öz hərbi-iqtisadi gücünü artıran, sülhməramlı dünyəvi bir dövlətdir. Ona görə də ölkəmizdə müdafiə sənayesinin inkişafı, müasir avadanlıqların alınması və sair baxımından da Serbiya-Azərbaycan münasibətləri cəlbedicidir.
Serbiya ilə dostluq münasibətlərinin bu dövlətin işğaldan azad edilmiş Azərbaycan ərazilərinin yenidən qurulmasına da yolunu açdığını söyləyən iqtisad elmləri doktoru diqqətə çatdırıb ki, yaxın gələcəkdə Serbiya şirkətlərinin də Qarabağda, Şərqi Zəngəzurda fəaliyyətlərini görə bilərik. Azərbaycan-Serbiya iqtisadi münasibətləri üçün zəngin perspektivlər və etibarlı siyasi dayaq mövcuddur. Azərbaycan öz imkanlarını, potensialını bölüşməyi bacaran və ən əsası potensial imkanlarını siyasi təsir vasitəsinə çevirməyən, multikultural bir dövlətdir. Bütün bunlar yaxın gələcəkdə Azərbaycan-Serbiya iki və çoxtərəfli əlaqələrinin sürətlə inkişaf edəcəyinə əminlik yaradır.

Metin Hüseynov - politoloq


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 767   Tarix: 23 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.